ebook img

Game Theory In Philosophical Context And The Implementation Of Game Technologies In Teaching Process PDF

2018·0.21 MB·
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Game Theory In Philosophical Context And The Implementation Of Game Technologies In Teaching Process

AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 TƏHSİL TEXNOLOGİYALARI Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi Firuddin Həsənov Müəllif: Annotasiya. Məqalədə fəlsəfi və kulturoloji aspektlərdən oyun Firuddin Həsənov — nəzəriyyəsi və Homo Ludens, yəni «Oynayan İnsan» anlayışından Azərbaycan Dövlət Neft və bəhs edilir. İohan Heyzinqa, Roje Kayua, Jil Delöz, Vadim Demçoq, Sənaye Universiteti. Jan Piaje kimi filosofların misallar vasitəsilə insan anlayışının nə Azərbaycan, Bakı. üçün oyunla assosiasiya olunduğu fəlsəfi və psixoloji təhlillərlə E-mail: firuddin.hasanov@ göstərilir. Oyunun yarış, təsadüf, obrazlar kontekstində müxtəlif gmail.com variasiyaları haqqında mülahizələr irəli sürülür, eləcə də bu an- layışların uşaq və yeniyetmələrin həyatında nə kimi rol oynadığı müəyyənləşdirilir. Həmçinin, bəzi oyun texnologiyalarından nümunələr verilərək uşaqların elmi qavrama üsullarının sadə- ləşdirilməsi və təhsilə marağının artırılması barəsində sistemlər nümayiş edilir. Son illər təhsil sahəsində dünyada geniş tətbiq Açar sözlər: edilən Gamification in education (Təhsildə oyunlaşdırma)nəzəri Homo Ludens, oyun, uşaq, və praktik bəhsinə bir giriş kimi yazılan bu məqalədə insan təhsil, maska, obrazlar, anlayışı, onun ətraf mühit, əşyalar və təbiətlə münasibətləri şərh tədris üsulu, fəlsəfə. olunur. DOI: 10.32906/AJES/683.2018.02.12 Məqaləyə istinad:Həsənov F. (2018) Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi.«Azərbaycan məktəbi». № 2 (683), səh. 157–166 Məqalə tarixçəsi Göndərilib: 20.07.2018; Qəbul edilib: 11.09.2018 http://journal.edu.az 157 Azerbaijan Journal of Educational Studies. 2018. №2 Game theory in philosophical context and the implementation of game technologies in teaching process Firuddin Hasanov Author: Abstract. The article discusses the concept of Homo Ludens, Firuddin Hasanov, that is, «Man the Player», and game theory in terms of philosophical Azerbaijan State Oil and and cultural aspects. Based on the examples by some philosophers Industry University. and thinkers such as Johan Huizinga, Roger Caillois, Gilles Deleuze, Azerbaijan, Baku. Vadim Demchog, Jean Piaget and others, and by relying on the E-mail: firuddin.hasanov@ philosophical and psychological analysis, the paper shows why gmail.com the concept of human is associated with the game. Some sugges- tions are made based on different variations in terms of the contexts of competition, coincidence and images. Moreover, the roles of these concepts in the lives of children and adolescents are examined. Examples from some game technologies are also demonstrated for simplifying the scientific understanding of Keywords: children and increasing their interest in education. This article, Homo Ludens, game, written as an introduction to the theoretical and practical debate child, education, mass, on «Gamification in Education», which is widely studied in the image, teaching method, field of education in recent years, discusses human understanding philosophy. and its relationships with the environment, things, and nature. DOI: 10.32906/AJES/683.2018.02.12 To cite this article: Hasanov F. (2018) Game theory in philosophical context and the implementation of game technologies in teaching process.Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 157–166 Article history Received: 20.07.2018; Accepted: 11.09.2018 158 http://journal.edu.az Firuddin Həsənov Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi «Oyun yeganə fenomendir ki, bizə heç İbn Sinanın dörd idrak3anlayışına əsaslansaq, vaxt heç kim tərəfindən öyrədilməyib». yalnız təsəvvür gücü və hisslərimizlə Sokratı (Vadim Demçoq) təsvir edərik. Bunu hər kəs edə bilər və bu, subyektiv olduğu üçün klassik məntiqə əsasən fəlsəfənin dairəsinə aid edilə bilməz. Məsələni Giriş bir az da qəlizləşdirib Sokrat haqda yox, insan barəsində danışmaq istəsək, xəyalımızda Fəlsəfə və kulturologiyada insanın kateqorik hansısa bir obrazı canlandırmaq müşkülə müəyyənləşdirilməsi son olaraq Homo Ludens çevriləcək. Yəni biz elə bir ifadə, cümlə və ya kimi baş tutdu. Homo Ludens ifadəsinin mənası izahetmə forması tapmalıyıq ki, ibtidai, neon- «Oynayan İnsan» deməkdir. Bu ifadənin əsaslı dertal insanla müasir mədəni insanı özündə hesab edilməsinin səbəbi isə digər adlandırıl- ehtiva etsin. Bu geniş insanlıq tarixində, dia- malarla müqayisədə istisnasız olmasından pazonunda hansı xüsusiyyət dəyişməmişdir irəli gəlir. Yəni Homo Sapiens1 və ya Homo ki, biz hər bir insan formasını, obrazını ümumi Faber2məfhumlarına insan anlayışını sığışdır- insan məfhumu ilə anlayırıq. Ən çətini və maq mümkün olmasa da, oynamaq xüsusiyyəti fəlsəfəyə aid məsələ isə «insanlıq» məfhu- bütün insanlara xasdır. Dəlilər, doğuluşdan mudur. Çünki burada bir neçə konkret əqli məhdudiyyətli insanlar, həmçinin yaradıcı izahetməyə ehtiyac duyulur. Eyni problem olmayıb, istismara meyilli fərdlərin mövcudluğu bizim üçün başqa anlayışların izahında da ona dəlalət edir ki, Homo Sapiens və Homo dayanır. Zevs, tanrı və ya tanrılıq. Birincidən Faber ifadələrini insana şamil etmək mümkün sonuncuya getdikcə ağlın işi çətinləşir və bu olmur və ya məhdudiyyətlidir. Doğuluşdan kateqorik abstrakt müəyyənləşmə, eyni za- təbiət tərəfindən bizlərə bəxş edilən oynamaq manda dəyərli və qalıcı olur. Benedikt Spinoza qabiliyyətini başqa bir səbəblə izah etmək insanlıq məfhumunu «arzular toplusu», tanrılıq müşkül məsələdir, ona görə də latıncadan oy- məqamını «qüdrət» sözləri ilə əvəzləyir. namaq mənasına gələn ludusöyrədilmir, insana Arzuları olmayan insan, qüdrəti olmayan tanrı dünyaya gələn andan bir ərməğandır. Hətta haqqında danışmaq mənasızdır. Biz isə holland insandan savayı digər canlılar da körpəliyindən filosof və kulturoloq İohan Heyzinqanın termini həyatı, ətrafı oynamaqla hiss edirlər. İnsan olub, daha sonra bir çox düşüncə adamlarının isə ağılla mükəlləf olduğu üçün bu oynamaq əsas araşdırma mövzusuna çevrilən Oynayan prosedurları onda daha çoxşaxəli formada İnsan və onun ətrafında anlama formaları inkişaf edərək genişlənir. barədə izahlar verməyə çalışacağıq. Pifaqorun da qeyd etdiyi kimi, filosof ən arxa sırada oturaraq müşahidə edəndir. Fəlsəfənin əsas məqsədlərindən biri nəzər etməklə baş verənləri məntiq kateqoriyalarına ......................................................................................................... ayırmaq, sonra isə onlar arasında ortaq 1Latıncadan ağıllı və ya şüurlu insan mənasını ifadə edir. Primatlardan təkamül edərək indiyə cəhətləri tapmaqdır. Hər halda antik dövrlərdə qədər formalaşmış canlıların insan növünə verilən təbiət filosoflarından başlayaraq, Sokrata- addır. qədərki fəlsəfənin təməlində bu anlayışlar 2Yaradıcı insan anlamında istifadə olunur. Hanna dururdu. Arendt və Maks Şellerin yaratdığı, insanı ifadə Məsələn, «Sokrat», «insan» və «insanlıq» edən termindir. Henri Berqson insan şüurunun ilk arasında fərq nədən ibarətdir? Əgər Sokrat, növbədə yeni formalar yaratmasına diqqət çəkir. Həmçinin, məşhur yazıçı Maks Frişin eyniadlı yəni konkret bir şəxsiyyət haqqında fikir romanı vardır. söyləməli olsaq, yaddaşımıza müraciət etməklə, 3İbn Sinanın fəlsəfəsinə görə, insanın dörd idrak boyu, siması, dərisinin rəngi, xarakteri ilə onu forması vardır: idraki-hissi, idraki-vəhmi, idraki- bir başqasına anlada bilərik. Bunu etmək üçün xəyali, idraki-əqli. http://journal.edu.az 159 TƏHSİL TEXNOLOGİYALARI Uşaq və oyun Delöz özünün «Tənqid və Klinika» əsərində parovoza dair maraqlı bir misal verir. O, Hər bir uşaq dünyanı, yaşadığı evi və hətta günlərin birində balaca bir uşağı müşahidə yaxınlarını oyuncaqlar vasitəsi ilə anlayır. Bu edir. Uşaq öz oyuncaq parovozu ilə oynayır məsələni geniş şəkildə göstərmək üçün üç və tamamilə xəyal dünyasındadır. Bu zaman nümunə verək: otağa uşağın atası daxil olur və onun üzündən Birinci nümunə uşaqları və onların nitq öpərək «Sən də atanı öp» – deyə uşağa müraciət inkişafını araşdıran Jan Piajenin üsuludur. edir. Başı parovozla oynamağa yamanca Onun gəldiyi nəticələrə görə uşaq inkişafı qarışmış uşaq birdən ciddi sima ilə atasına boyunca eqosentrikdir. Yəni «mən» mərkəzlidir tərəf dönərək «Parovoz heç kimi öpmür» – və öz utopik dünyasında baş verənlərin deyir. Bu misalı verməklə həmçinin Freydi mərkəzində yalnız özünü görür. Erkən müəyyən mənada tənqid etmiş Delöz uşaq yaşlarında onun üçün istənilən əşya canlıdır hərəkətlərinin və uşaq beyninin «xəritə»sinin və hər şey ona nəzər etməkdədir. Yəni taxta təkcə onun valideynləri ilə əlaqəli deyil, stuldan, oyuncaq ayıdan tutmuş, ata-anasına oyuncaqları və obrazları ilə rabitəli olduğunu kimi hər kəs onu müşahidə edir. Uşağın nitq vurğulamaq istəyir. Delözə görə, uşaq parovozla inkişafı isə Piajeyə görə üç mərhələdən keçir. oynadığı zaman elə parovozun özüdür və Birinci mərhələ exolaliya (təkrar) adlanır. Bu əşyanın bütün funksiyalarını özünə qatır. Bu mərhələdə uşaq sözləri təkrarlamaqdan misalı istənilən digər əşyaya, xarakterə və xoşlanır və oyun formasından həzz alır. Burada qəhrəmana aid etmək olar. Aristotelin də uşaq kimlərəsə nəyisə sübut etmək istəmir, dediyi kimi «İnsan ya oxşayır, ya da oxşadır». sadəcə özünün ixtiyarsız çıxardığı səsləri Uşaq isə erkən yaşlarında hələ düşüncə öyrənir. İkinci mərhələdə (monoloq) uşaq mərhələsinə gəlmədiyindən öz yaddaş sanki içindəki düşüncələri səsli ifadə edir. arsenalında, xəyali qarderobunda olan obrazları Digər əşyalara, oyuncaqlara müraciət etmədən ilə dünyanı anlayır və öz imkanlarından daha dediyini artıq həyata keçirmiş kimi zənn edir. yüksək personajı özünün yerinə qoyaraq Yəni ifadə etməyin özü uşaq üçün hərəkətin dünyanı anlamağa çalışır. Yeri gəlmişkən, icrasına bərabərdir. Bu monoloq daha çox keçmişdə sonuncu zəngdən sonra teatra girmək introvert4 xarakter daşıyır. Üçüncü inkişaf qadağasını ona görə qoymuşdular ki, zehnini mərhələsi isə maraqlıdır ki, dialoq deyil, «ikili tamaşaya fokuslayan insanın qəfil fikri monoloq» (kollektiv monoloq) adlanır. Yəni yayınarsa, onun bu formada xəyaldan reallığa uşağa, artıq ətraf mühit kifayət etmir, o, atasını keçid etməyi əqli zədəyə gətirib çıxara bilərdi. və ya qohumlarını öz oyununa cəlb edir. Amma Hər halda keçmişdə elə düşünürdülər, lakin Piajenin bu uşaq eqosentrizmi nəzəriyyəsinə indi bu keçidlərin sayları və növləri tükənmir. görə, uşaq üçün ətrafdakılar yalnız provakativ, İnsan artıq çoxobrazlıdır. təhrikedici funksiya daşıyır, uşaq əvvəlki Daha bir misal isə Rusiyada «Oyun məktəbi» mərhələlərdə olduğu kimi, burada da kimisə qurmuş və teatrda novator hesab edilən ritorik üsulla inandırmaq istəmir. Ətrafda olan estoniyalı Vadim Demçoqun nəzəriyyəsidir. hər kəs ona nəzər yetirmək, onun vacibliyini O, «Qırmızı papaq» nağılı üzərindən öz hiss etdirmək üçündür. Bu üçüncü mərhələ fəlsəfəsini izah edir. Belə fərz edək ki, uşaq əsas keçid hesab edilir, çünki uşaq bundan bir əlində Qırmızı papaq gəlinciyi, bir əlində sonra cəmiyyətə açılacaq və orada görəcək ki, sən demə onun kimi «mənmərkəzlilər» ......................................................................................................... çox imiş. İctimai travmatik situasiya məhz bu- 4Məşhur psixoanalitik Karl Yunqun terminidir. rada ortaya çıxacaq... Sonralar psixologiyada geniş yayılmışdır. Mənası Başqa bir fransız postmodernist müəllif, isə ekstravertin tam əksinə, insanın öz daxilinə sonuncu aparıcı filosoflardan hesab edilən Jil yönəlməsini ifadə edir. 160 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 Firuddin Həsənov Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi isə canavar oyuncağı ilə oynayır. Onlara Böyüklərin oyunları yaddaşında olan nağıldan və ya başqa im- provizasiyalarla süjetlər verir. Bu zaman həm Bununla da, uşaqların oynadığı oyunlar bu Qırmızı papaq (qurban, zərərçəkən), həm də formada, mərhələli şəkildə inkişaf edir. Uşaq canavar (qatil, mənfi obraz) uşağın özüdür. ətrafda gördüyü obrazları, hissləri, düşüncələri Yəni biz burada üç formanın şahidi oluruq. özünə hopdurur və gələcəkdə məktəbdə təhsil Uşaq həm öz kiçik səhnəsində qurduğu almaq, ictimai münasibətlər qurmaq üçün tamaşanın rollarıdır, həm onları ifa edən akt- hazırlıq mərhələsində olur. Lakin azərbaycanlı yordur, həm də oyunu davamlı etmək üçün teatrşünas Aydın Talıbzadənin də qeyd etdiyi daxilində bir həzz və təşviqedici tamaşaçı kimi, insan yeniyetməlik və sonrakı dövrlərində vardır. Aktyor-rol-tamaşaçı müqəddəs üçlüyü belə, «situativ maskalar»dan istifadə etmək- uşağın oynamasını təmin edir və zənginləşdirir. dədir. Müəllifin Azərbaycan dilində yazdığı Demçoq nümunədə göstərdiyi məfhumların «Min maska və bir mən... yaxud islam nəinki bu misalda, istənilən sosioloji, siyasi, mədəniyyətinin semiolojisi», rus dilində çap ictimai və mədəni hadisələrdə keçərli olduğunu edilən «Театр и театральность в Исламе» iddia edir və uşağın, eləcə də böyüklərin oy- kitabında insanın bu fenomeninə diqqət çəkir. nayan aktyor, obrazlarla janqlyorluq edən «Bir dəlinin, bir də vəlinin maskası yoxdur», varlıq olduğuna eyham vurur. İnsan evində, – deyir Talıbzadə. Çünki ictimai yerlərdə işində, bağçada, məktəbdə, iş yerlərində (müəllif buranı da teatr tamaşası, müstəvisi tamamilə müxtəlif obrazlarda yaşayır. Bu, hesab edir) insanın mifoloji, ənənəvi, mədəni ətrafdakıların kinayə ilə təkid etdiyi kimi, süni maskaları yoxdursa, sağlam münasibətdən deyil, tamamilə təbii haldır. Çünki bizim söhbət gedə bilməz. İnsan yalnız bu formada səmimiyyət adlandırdığımız hal oyun adekvatlığını saxlayır. Hətta kitab oxuyarkən nəzəriyyəçilərinə görə insanın vərdiş etdiyi belə, daxilində götür-qoy, analiz etdiyi zaman obrazıdır, ümumilikdə isə insan təkamül edən bunları simvollar, obrazlarla icra edir. Türkiyədə və dəyişkəndir. Gündəlik davranışları ilə insanı çap olunmuş Metin Andın «Oyun və Bügü» bir formada yadda saxlayan ətrafı onu səmimi əsəri isə türklərin gündəlik və ritual formada və ya qeyri-səmimi qəliblərində görür. Əslində istifadə etdiyi oyunlardan bəhs edən monoq- isə insan hər hansı situasiyada davranışı rafiyadır. Əsərdə teatrların, əslində, bir həyat zamanı beynində olan müxtəlif obrazlardan tərzindən, keçmişin rituallarından ələnib bu birini seçir. Seçimlərinin əksər hallarda günümüzə çatdığını görmək mümkündür. vərdişləri ilə müəyyən edildiyi üçün bu obraz Hans Qadamer Aristotelə əsaslanaraq, səmimilik adlanır. Kimsə sizə qəfil kobudluq oyunları ciddi həyat aktlarından ayırırdı. Hal- edərsə, düşünmək zamanınızın qalmağından buki, ən son oyun tədqiqatçıları uşaqların da asılı olaraq, siz ona nə şəkildə cavab verməyinizi oynayarkən çox ciddi psixoloji vəziyyətdə beyninizdəki obrazlara görə seçirsiniz. Eyni olduğunu söyləyirlər və onlara olunan kobudluqla cavab vermək, bağışlamaq, susmaq, istehzanın sadəcə böyüklərin gözündə zarafat üz çevirib getmək və s. kimi qəbul edildiyini vurğulayırlar. Ona görə Uşaqlarda bu funksiyalar xüsusilə sürətli də sosioloqlar hər yaş dövründə insanın və işləkdir. Erkən yaşlarda elastik uşaq yaddaşı oynadığını, sadəcə bu oyunların metodlarının, reallıqla özü arasında xəyal pərdəsini çəkir. tərkibinin və atributlarının dəyişdiyini yazırlar. Bir situasiyada davranmaq çətinsə, qəhrəmanın Heyzinqanın oyun anlayışını tənqid edən Roje obrazını əyninə geyinir və vəziyyətdən çıxmağa Kayua isə «İnsanlar və oyunlar» əsərində oyu- cəhd edir. Əcaba, uşaqlara bu obrazlardan nun, əslində, təkcə uşaq müstəvisində keçərli istifadə etmək bacarığı öyrədilirmi? Bu, bir olmadığını düşünür. O qeyd edir ki, Heyzinqa çox ölkələrdə problem təşkil edir və tədqiqat- oyunu zarafat, lağlağı kölgəsindən çıxarmaqda çıların əsas araşdırma mövzularındandır. haqlı idi, lakin onu tam olaraq genişlədə http://journal.edu.az 161 TƏHSİL TEXNOLOGİYALARI bilmədi. Belə ki, Kayuaya görə oyunlar 4 kate- Alea. Sümüklərlə oynanılan oyunun adı qoriyaya bölünür və bu kateqoriyalardan belədir. Burada Roje Kayua «agon»un tam savayı alternativi yoxdur: əksinə, insanın iradəsindən asılı olmayan • Agon (yarış-qayda); bütün növ oyunları kateqoriyalaşdırır. Oyunun • Alea (təsadüfi); bu növündə insanın rəqibi daha çox insan • Mimicry (simulyasiya-maska); deyil, tale, həyat kombinasiyalarıdır və onlara • İlinx (başgicəllənmə). qalib gəlmək lazımdır. Tale insanın üzünə İlinx oyunu təhsil metodologiyasında bizlərə güldüsə, özünü bəxtəvər bil. Yeri gəlmişkən, o qədər maraqlı olmadığı üçün digər üç kate- Azərbaycan dilində istifadə olunan xoşməramlı qoriya barəsində izahlar veririk. ifadələr «alea»ya aiddir. Məsələn, «bəxt»əvər, Agon. Yarış və ən əsası, insan iradəsi, səyi xoş«bəxt», «bəxt»iyar... Çünki gələcəklə bağlı nəticəsində yaranan bir çox oyunlar vardır biliklər insana naməlum qalır və buradakı ki, bu oyunlarda bütün iştirakçıların qələbə hər şans qeyri-iradi olaraq qiymətləndirilir. qazanmaq üçün, adətən, bərabər şərtləri olur. Lotoreya və bəxtlə əlaqəli bu tip oyunlar alea Bir neçə konkret xüsusiyyətlər oyunçunu fa- üçün ağla gələcək ilk nümunələrdir. İnsanın vorit edir; sürət, cəldlik, yaddaş, improvizasiya, ağlı, cəldliyi, gücü burada lazımsızdır, əsas hiyləgərlik, dözümlülük. Əsas şərtlərdən biri olan sənin seçimlərin deyil. Alea üçün klassik budur ki, başlanğıcda tərəflərin bərabər sayda sadaladığımız nümunələrdən bir az daha resursları olur — şahmatda, futbolda, dama düşüncə üfüqlərini açacaq nümunələr verməyə oyununda və s. çalışaq. İntizam, intensiv məşq və s. «agon»çular Keçmişdə türklərin ordu üçün seçəcəyi üçün yerində işlənmiş ifadələrdir. Keçmişdəki çadır bir əsgərin oxu yuxarıya doğru fırladaraq duelləri, pəhləvan döyüşlərini «agon»a aid atmasından sonra oxun haraya sancılması ilə etmək mümkündür. müəyyən olunurdu. Bir mənada havaya atılmış İnsanlardan fərqli olaraq heyvanlar haqda ox göydən yerə naməlum istiqamətdə düşürdü onu demək olar ki, onlara «agon» tamamilə və inanca görə taleyin göstərdiyi yerdə çadır yaddır. Çünki qaydalar, sərhədlər qədər heyvana qurulmalı idi. İnsanın subyektivliyi bəzi qərib digər xüsusiyyəti ağla gətirmək mümkün məsələlərdə öz yerini mifik təfəkkürə verirdi. deyil və üstəlik şüur bu canlılarda yoxdur. Məsələn, qədim yunanlarda demokratiya Burada at yarışlarını və ya sirkdə əhliləşdirilmiş ərəfəsində dövlət vəzifələrinin, demək olar, heyvanları misal çəkmək düzgün olmazdı, hamısı püşklə müəyyən olunurdu. Ümumiy- nəzərə alsaq ki, bu proses insan ağlının yətlə, püşk və zər alea üçün mühüm məhsuludur. Lakin Kayuanın da diqqətini atributlardır. Bundan başqa, Məhəmməd çəkən məsələ pişiklərin, ayıların bir-birilə peyğəmbərin öz evini harada salacağı bir oyunu zamanı dırnaqları ilə partnyorunu dəvənin hansı məkanda oturması ilə zədələməmək instinktidir. Yəni tam şüurlu seçilmişdir. Heyvan müqəddəs hesab olunduğu baş verməsə də, heyvanların oyunları və üçün onun funksional məkan təyinetmə «hücum»ları zamanı müəyyən qaydalara riayət qabiliyyəti insanlar arasında problemin etməsi müşahidə olunur. İnsanlar bu mənada çıxmaması üçün ideal gediş kimi görünürdü. təbiətdəki prosesləri zəkaları üçün yetərsiz Mimicry(mimetizm) anlayışı həşəratlara görürlər və bir çox hallarda imtina hissi ilə məxsusdur: rənglənmək, surət, qabıq qurduqları mədəniyyət adlı məfhumu oyunlarla dəyişdirmək, müxtəlif situativ forma almaq. zənginləşdirirlər. Yəni mədəni olan oyun təbiət İnsanın başqasının maskalarını, xasiyyətini oyunundan qaydalarının incəliyi ilə seçilir. Bu qəbul edərək varlıq qazanması həşəratların mənada təhsil müəssisələrində və xüsusən xüsusiyyətləri ilə eynilik təşkil edir. İllüziya hüquqda, iş yerlərində oyunun agon (in-lusio, yəni oyuna giriş) kimi qəbul edilən kateqoriyası ən çox istifadə olunandır. mimicry oyunun maskarad, fiktivlik formasıdır. 162 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 Firuddin Həsənov Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi Şəxs potensialından yüksək bir yerdə olmaq işləyir. Onlar sözün birbaşa mənasında ikinci üçün daha üstün personajın xüsusiyyətlərini müəllifdirlər. özündə canlandırır, lakin bu əksinə də baş Uşağın erkən yaşlarını iqnostik5 müddət verə bilər – bir rəzilin obrazını oynamaq kimi hesab etmək olar. Onun üçün varlıq və yoxluq (teatrda, kinoda, karnavallarda və s.) Mimicry anlayışları mövcud deyil. Ona görə də virtual oyunun ən geniş yayılmış formasıdır və reallıqlarda olduğu kimi o, baş verməmiş nümunələri həddən artıq şaxəlidir. Oyunun hadisə barədə həqiqətdə olduğu formada subyekti özünü və ya daha çox ətrafdakıları danışır. O, olduğu kimi deyil, görünmək istədiyi əmin edir ki, o başqasıdır. O, müvəqqəti olaraq kimi davranır. Lakin zaman keçdikcə, ağıl öz şəxsiyyətini unudur, ondan imtina edir və məsələyə müdaxilə edir və agonla mimicry seçdiyi obrazı təmsil edir. Uşaq vaxtından tandemi işə düşür... insan özündən böyüklərə oxşamaq və sonra Buna dair daha bir sosiopsixoloji uşaq bu bacarığına, nümayişinə görə oxşanmaq nümunəsi vermək mümkündür. Bir uşaq oyun- istəyir. Bundan başqa, uşaq üçün evdəki bütün caq pələngi ilə oynayır. Yanında əyləşmiş atası oyuncaqlar bir rekvizitdir, arsenaldır. O, ata- isə səsini qalınlaşdıraraq pələngin əvəzinə anasından öyrəndiyi jestlər vasitəsilə xəyal onunla danışır. Bu kukla teatrındakı kimi gizli gücünü oyuncaqlara tətbiq edir. deyil, aşkar baş verir. Uşaq və atasının səsi ilə Mimicry oyunu agon və alea ilə sıx əlaqə- pələng bir tamaşa qurur, onlar birlikdə əylənib dədir. Məsələn, bütün yarış oyunları müəyyən gülürlər... Bu zaman atası uşağın bu teatra qaydalarla baş verir, amma oradakı kostyumlar inanıb-inanmadığını yoxlamaq üçün bir üsul və obrazlar tamamilə mimetikdir. Aktyorlar düşünür. Yoxlamaq istəyir ki, uşaq, doğrudan öz hərəkətləri ilə «mimicry»ni tamaşaçının da, danışanın pələng olduğuna inanır, yoxsa ətrafında qurur və ona inanmağı, ikinci reallığa yox. Atası oyuncaq pələngi uşağa tərəf uzadaraq keçməyi təklif edir. Tamaşaçının da funksiyası ona müraciət edir: indi pələng sən ol! Bu bu reallığa keçməyə köklənməkdir. zaman uşağın gözlərində hiyləgər gülüş və «İkinci müəllif» adlanan anlayış da oyun ardınca pərtlik hiss olunur. Sanki qurduğu nəzəriyyəçilərinin üzərində dayandığı dünya dağıldı, məna yox oldu. Bu situasiyanı məsələlərdəndir. Bu anlayışı «mimicry»yə aid izah etməyə çalışsaq, belə qənaətə gəlmək etmək mümkündür. Sosial şəbəkələrdə bir olar ki, uşaq mimicry maskası ilə özünə agon məşhur insanın video linkini paylaşması daha sayağı qaydalar qoyur və ona inanmaqdadır. çox paylaşılanın reputasiyasını önə çıxarır. Öz rolunu sonadək davam etdirir. Lakin atasının Halbuki, onun video ilə əlaqəsi yoxdur, bütün oyununa bu formada müdaxiləsi bütün nailiyyət videodakı məşhura aiddir. Lakin məsələni pozur və uşaq ikinci reallığa keçid görünən personaj paylaşan olduğu üçün bütün edir. Deməli, o nəyin necə baş verdiyini şüur- cəlbedicilik, xarizma ona aid olur. Bu paylaşan altında bilir, sadəcə, böyüyənədək bütün şəxs ikinci müəllif sayılır. Keçmiş İslam reallıqlarda eyni formada yaşamını, funksio- filosoflarının öz mətnlərinin girişində «Hər nallığını davam etdirir. şeyin doğrusunu bilən Allahdır, bütün biliklər Oyunun işdən fərqi odur ki, ona istənilən ona məxsusdur» kimi ifadələri işlətməyinin zaman daxil olub, istənilən zaman tərk etmək səbəbi müəyyən mənada özlərinin ikinci olar. Oyun özünün sələfi olan işə nisbətdə heç müəllif olduğunu vurğulamaqdır. Çünki mütləq bilik Yaradıcıya, yaxud da yunanlarda olduğu kimi Logosa məxsusdur. ......................................................................................................... Uşaqların müasir tədris metodologiyaları 5İqnostisizm — varlığı və yoxluğu müzakirə edilən «Tanrı» anlayışının tərifində bir tutarlılıq tamamilə keçmiş qaydalara əsaslanaraq olmadığını, tutarlı bir tərifi olmayan bir anlayışın düzxətlidir. Halbuki müasir uşaqlar torşəkilli isə varlıq-yoxluq baxımından müzakirəsinin düşünür və zəkası virtual dünya formasında mənasız olduğunu qarşıya qoyan nəzəri mövqedir. http://journal.edu.az 163 TƏHSİL TEXNOLOGİYALARI nə istehsal etmir. İstehsal etdiyi tək şey təcrübə təhsil ölkələri uşaqları gələcəyin mədəni və oyundan alınan həzdir. Buna görə oyunu inkişafını təmin edəcək insanlar kimi görürlər insanın yeganə azad fenomeni kimi qiymət- və onların bərabər şərtlər altında müxtəlif ləndirirlər. Nəhayət, yalnız oyun müstəvisində potensialda çıxmağı üçün çalışırlar. uşaq nəyisə dərk edə bilər və yaradıcı olmaq Bununla yanaşı, pis və yaxşı şagird anlayışı yolunda irəliləyər. artıq keçərli olmamalıdır. Hər insanın ümumi dövlət mexanizmində bir faydalı detal olmaq Məktəb və yeniyetməlik dövründə kimi funksiyası müəyyən edilməlidir. Rəqabət öyrənmə üsulları xoş qarşılansa da, uşaqların bir-biri ilə müəllimlər tərəfindən açıq-aşkar müqayisə PISA-nın apardığı araşdırmalara əsasən aparılması yolverilməzdir. Çünki bu üsul Fin təhsili ən yüksək nəticələr qazanmışdır. uşaqların yaradıcı fəaliyyətininin qarşısını Onların uşaqları həmçinin ən çox və faydalı alır, kollektiv ruhunu zədələyir və birgə kitablar oxuyanlar sırasında qabaqcıl yerləri inkişafına əngəl olur. Qısqanclıq sağlam tutur. Özü də bu biliklər həm texniki, həm hu- rəqabəti önləyir. manitar fənlərdə demək olar ki, paralel formada Bəzi əqli məhdudiyyətli uşaqların da digər yaxşıdır. Lakin finlərin təhsilində təəccüblü uşaqlarla birgə tədrisi bir çox ölkələrdə müsbət olan onların öndə getməyi deyil, buna hansı qarşılanır. Uşaqları bir-birindən ayırmaq formada çatmasıdır. Məsələ burasındadır ki, müxtəlifliklərin ortaya çıxmasına mane olur onların metodologiyasına əsaslanaraq, təhsilin və bu, onların birlik ruhunu, şüurunu zədələyir. işləmə mexanizmi sözügedən pillələrə digər Ümumi harmoniyanın yaranması üçün ölkələrlə müqayisədə az oxuyaraq və çox da insanların müxtəlif qabiliyyətlərdə olması yüksək olmayan maddi resurslarla çatmışlar. mənfi hal deyil, əksinə üstünlükdür. Ona görə Buna necə nail olmaları barədə sirr saxlamırlar ki, bu münasibətlər sistemindən xeyli maraqlı və öz təcrübələrini digər ölkələrin tədqiqatçıları işbirlikləri ortaya çıxa bilər və təhsilin də əsas ilə böyük həvəslə bölüşürlər. məqsədlərindən biri, şübhəsiz ki, budur. İcbari təhsil finlərdə ikimərhələli şəkildədir: Üstəlik, uşaqlara öz hüquqlarını erkən • ibtidai (alakoulu), 1-ci sinifdən 6-cı yaşda aşılamaq onlara müəyyən mənada sinfədək; məsuliyyəti başa salmaq mənasına gəldiyi • yüksək (ylakoulu), 7-ci sinifdən 9-cu üçün bu hal müsbət hesab edilir. Müəllimlərin sinfədək. onların dilində danışması və avtoritar tapşırıq Bundan sonra uşaqlar peşəkar kollecə verən obrazından çıxıb yönəldən funksiyanı keçirlər, yaxud da təhsillərini liseydə (lukio) yerinə yetirməsi də uşaq zehni üçün faydalıdır. davam etdirirlər. Yalnız lukio tədrisinə keçmiş, Bu haqda öncə sadaladığımız psixoloji qeyri-icbari mərhələdə tənbəlliklə seçilən təcrübələrdə də rast gəlmək mümkündür. uşaqlara maksimum yüklənmə ilə dərslər keçirilir. 2. Fərdilik. Hər şagird üçün nisbətən fərdi Oyun təhsil sisteminə bağlı müəssisələrin tədris planı hazırlanır, çünki hər uşağın anlama prinsipləri kimi aşağıdakıları qeyd etmək olar: forması fərqlidir. Bu proses qruplarla müəyyən olunur. Hər uşaq üçün öz səviyyəsinə uyğun 1. Bərabərlik. Varlı və kasıb şagirdlərin qiymətləndirmə aparılır və bu metod faydasız arasında fərq qoyulmur, hər biri üçün eyni müqayisə sayəsində kəskin ruhdan salma ilə avadanlıqlar fəaliyyət göstərir. Pedaqoqların nəticələnmənin qarşısını alır. Öz tapşırığını tədris metodları xüsusən məşhur Ştayner, müvəffəqiyyətlə yerinə yetirmiş uşaq yaxşı Montessori, Mortan məktəblərini əsas götürür, qiymətlə mükafatlanır və pillə-pillə irəliləyir. həmçinin müxtəlif dillərin öyrənilməsinə Bu mənada zəif oxuyan uşaqların maraq diqqət yetirilir. Oyun nəzəriyyəsini əsas almış tonusunu hər zaman saxlamış oluruq. 164 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 Firuddin Həsənov Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi 3. Praktiklik. Müəllimlərə əvvəldən bir detalıdır. Nəticədə biz görürük ki, vacib aşılanmalıdır ki, təhsil uşaqları həyata olmayan insan yoxdur və əgər hər kəs ürəkdən hazırlayır, imtahanlara yox. Uşaqlar bu anlayışla bağlandığı sahəyə yönələrsə, hər sahədə uğurlu kiminsə qarşısında cavab vermək təzyiqini nəticələr əldə etmək mümkündür. Oyun hiss etməyəcəklər. Onlar, ilk növbədə nəzəriyyəsinin praktik müstəvidə təcrübələri öyrəndikləri biliyi özlərinə dürüst şəkildə zamanı müşahidə edilmişdir ki, uşağın maraqlı danışmalıdırlar. Yalnız belə olan halda yenidən olduğu sahə gələcəkdə o istiqamətdə ortaya öyrənmək istəyəcək və yeni biliklərini dostları çıxacaq potensialı və istedadı ilə düz ilə paylaşacaqlar. Qabaqcıl oyun məktəblərində mütənasiblik təşkil edir. imtahanlar demək olar ki, bizim bildiyimiz mənada yoxdur və ya çox sadələşdirilib. 6. Müstəqillik. Uşaqlar həyata atılmağa Müəllimin müvafiq aylarda yoxlama testləri tələsməməlidirlər və etdikləri səhvlərə görə isə ümumi biliyin sistemli formada qavra- ilkin mərhələdə yumşaq formada özləri nılması məqsədilə həyata keçirilir. Yalnız bir öhdəliklər götürməyi öyrənməlidir. Ona görə icbari və vacib imtahan vardır ki, ümumi də bəzi Avropa ölkələrinin tədrisində hər təhsilin sonunda keçirilir və onun nəticələri hansı şagird dərsləri buraxmışsa, növbəti də «katastrofik» məna daşımır. sinifə keçsə də, əlavə dərslərdə oturmalı olur. Məktəbdə o şeylər tədris edilməlidir ki, Hətta bəzən həmin şagirdi özündən bir neçə həqiqətən həyatda uşaqlara, bizlərə vacib sinif aşağı şagirdlərlə olan dərsə salırlar. əhəmiyyət kəsb edəcək. Uşaqların təsəvvür etmədiyi şeyləri onlara öyrətmək əlavə yükdür Beləliklə, Roje Kayuanın agon, alea və mim- və tamamilə təhsil anlayışı üçün ziddir. icry oyun növlərinin uşaqlar üçün səciyyəvi olduğunu görürük. Onlar müəyyən qaydalarla, 4. Qarşılıqlı inam. Müəllimlərlə şagirdlər təsadüflər və obrazlarla münasibətlər qururlar. arasında inam mütləqdir. Əgər uşaqlar dərs Xüsusən də modern uşaqlar yeni texnolo- zamanı darıxarlarsa, müəllimlə məsləhət- giyalarda tədrisi və öyrənmək formalarını ləşərək mövzuya dair başqa oxuma üsullarını tamamilə öncəki nəsildən fərqli qavrayırlar. seçə bilərlər. Biz gələcək nəslin istismarçı Əgər sovet təhsilini görmüş valideynlər düzxətli deyil, yaradıcı ruhda böyüməsini istəyiriksə, formada təhsil almışlarsa, müasir dövrün onların alternativ vasitələri, üsulları yoxlamaq uşaqlarının beyin neyronları reallığı torvari imkanlarını əlindən almamalı, əksinə buna və şəbəkə formasında qəbul edir. Buna əsasən şərait yaratmalıyıq. Həmçinin bunu da sosial şəbəkələri və kompüter texnologiyaları bilməliyik ki, böyüklər təcrübə və biliklərinə ilə rəftarı misal gətirmək olar. Bu məsələlərə görə öndə olsalar da, uşaqlar zamanın ruhunu əsaslanaraq, nisbətən gənc, innovativ və sürəti özlərinə tez hopdururlar. Elastik yeniliklərdən xəbərdar olan müəllimlərin düşüncələri və yaddaşları buna imkan yaradır. uşaqlarla münasibəti daha faydalıdır. Necə ki, Ona görə də müxtəlif nəsillərin yaddaş və bir öncəki nəsil mürəkkəblə yazmağı köhnə sürət əməkdaşlığı cəmiyyət üçün çox faydalıdır. üsul hesab edirdisə, artıq aybaay irəliləyən texnoloji şərtlər uşaqların yeni müstəvidə elm 5. Könüllülük.Əgər hər hansı uşağın nəzəri, öyrənməyini tələb edir. texniki və ya humanitar bilikləri öyrənmək Boş zaman hər vaxt ziyanlı deyil. Uşaqların həvəsi yoxdursa, müəyyən çalışmalardan sonra oynamağa vaxtları olmalıdır. Öncə də qeyd ondan tələbləri minimuma azaldırlar. Bir etdiyimiz kimi uşaqlar dünyanı oyunlar uşağın marağı texniki və ya kompüter elmlərinə vasitəsilə anlayırlar və bu, onların reallıqla yönəlibsə, bunun qarşısını almaq doğru deyil. ilkin əlaqəsidir. Onlar müstəqil şəkildə oyuna Ümumi dövlətin işləmə prosesi bir mexanizm- daxil olur və darıxan anda, yəni artıq öyrənmək dirsə, hər gələcək nəslin nümayəndəsi onun qabiliyyətlərinin aşağı düşdüyü məqamda http://journal.edu.az 165 TƏHSİL TEXNOLOGİYALARI oyun aktını tərk edirlər. Bu o deməkdir ki, məqsədinin həyata keçməməsindən xəbər uşaqlar üçün məhz bu oyunlarda nələrisə verir. Uşaqlardan və yeniyetmələrdən yalnız öyrənmək daha cəlbedicidir və sürətli baş sevdikləri işin bəhrəsini almaq mümkündür. tutur. Əmək və məsuliyyətlər oyunun ətrafında Bunun üçünsə zamana, oyun və sevgi ilə möhkəmlənir. Evdə, həyətdə, bağçada oynaraq əhatələnmiş təhsilə ehtiyac var. «İnsan ən gec dünyanı qavramış uşaq ani olaraq «ciddi» yetişən meyvədir». müəssisələrə düşür və bu prosesin ağır keçməməsi üçün əməkdaşlıq ruhu çox vacibdir. Fin təhsilinin yenidənqurma memarlarından «Uşaqlarda elmə necə maraq yaratdınız?» İstifadə edilmiş ədəbiyyat sualını soruşarkən, «Özlərindən nə istədiyini soruşduq. Onlar məktəb həyətində oyun 1. Aristotel. Poetika,Şərq-Qərb nəşriyyatı, Bakı meydançalarının və ağacların çoxalmasını 2006. arzuladılar» cavabını vermişdilər. İbtidai sinif 2. Aydın Talıbzadə. Min maska və bir mən... müəllimlərindən biri isə müsahibəsində bu yaxud islam mədəniyyətinin semiolojisi,Bakı sualı belə cavablamışdır: «Ev tapşırığının çox 2015. olmasından şikayət etdilər. Biz bilirik ki, 3. Dücane Cündioğlu. Bersay İletişim Enstitüsü uşaqların boş zamana ehtiyacları var. Onlar «Felsefe Dersleri»,İstanbul 2013. yaşamağı öyrənmək və məsuliyyətli olmaq 4. Eric Berne. Игры, в которые играют люди, üçün müxtəlif fərqli hərəkətləri yoxlamalıdırlar. Издательство «Эксмо», Mocква 2017. Ağaca dırmaşanda və orada yeni böcəklər 5. Eugen Fink. Bir Dünya Sembolü Olarak Oyun, gördükdə gəlib bizlərlə bölüşəcəklər. Beləcə Dost Kitabevi, İstanbul 2015. ətrafa, təbiətə maraqları yaranacaq... Çox 6. Georg Simmel. Созерцание жизни, çalışmaq hələ çox bilmək mənasına gəlmir. Издательство «Юристъ», Mocква 1996. Onların zəkalarının istəkli və aktiv olduğu an- 7. Gilles Deleuze. Критика и клиника, larda elmə yönəlməyi daha çox fayda verir. Издательство «Machina», Mocква 2002. Digər vaxtlarda isə onlar sadəcə xoşbəxt olacaq, 8. Hans-Georg Gadamer. Истина и метод, başqaları ilə ünsiyyətə girərək empatiya hissləri Издательство «Книга по требованию», artacaq və əsası özləri barəsində düşünməyə Mocква 2012. zamanları qalacaq. Təhsil uşaqlara özləri və 9. Jean Piaget. Çocukta Dil ve Düşünme, Palme başqaları barədə düşünmək azadlığını Yayıncılık, İstanbul 2006. öyrətməlidir...» 10. Johan Huizinga. Homo Ludens, Ayrıntı Sokratın da dediyi kimi insanların boş Yayınları, İstanbul 2013. zamanı olmazsa, layiqli şəkildə xeyirli vətəndaş 11. Metin And. Oyun və Bügü, Yapı Kredi ola bilməzlər. Onun tələbəsi Platonun fikrincə Yayınları, İstanbul 2016. isə elm heyrətlə başlayar. Bir çox ölkələrdəki 12. Roger Caillois. Man, Play and Games, təhsil müəssisələrində təəssüf ki, icraçı formada University of Illinois Press 2001. tapşırıq yerinə yetirməkdən uşaqların və 13. Roland Barthes. Camera Lucida, Altıkırkbeş yeniyetmələrin heyrət etməyə zamanı belə Basın Yayınları, İstanbul 2011. qalmır. Başlarını qaldıraraq ətrafa baxmağa 14. Вадим Демчог. Самоосвобождающаяся macal tapmadan elmlə məşğul olduqlarının игра, или Алхимия Артистического zənninə düşərlər. Vadim Demçoq, Maykl Mur Мастерства,Изд. «АСТ», Mocква 2004. və bu mövzuda araşdırma aparan başqa müəlliflər qeyd edirlər ki, 11 il ərzində uşaqlara o qədər tapşırıq verilir ki, gənc yaşına çatmış insan birdən-birə artıq göstərişsiz heç bir işə əl qoya bilmədiyini anlayır. Bu isə təhsilin ana 166 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.