ebook img

Zəlimxan Yaqub PDF

416 Pages·2014·5.68 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Zəlimxan Yaqub

ZƏLİMXAN YAQUB ƏSƏRLƏRİ ON ÜÇ CİLDDƏ “Şәrq-Qәrb” Bakı – 2011 Tәrtib edәni vә redaktoru: Musa NƏBİOĞLU Zәlimxan Yaqub. Əsәrlәri, 13 cilddә, II cild. Bakı, “Şәrq-Qәrb” Nәşriyyat evi, 2011, 416 sәh. Zәlimxan Yaqubun on üç cildlik әsәrlәri külliyyatının 2-ci cildindә müxtәlif mövzularda yazdığı şeirlәr toplanmışdır. ISBN 978-9952-34-703-6 © Zәlimxan Yaqub, 2011 © “Şәrq-Qәrb” Nәşriyyat evi, 2011 ÜRƏYİMDƏ Azәrbaycan bir nәğmәdir, Sözü mәnim ürәyimdә. Eşqi uca zirvәlәrdә, Özü mәnim ürәyimdә. Nә qorxusu qışın, qarın, Nә vaxt olsa seyrә varın. O çağlayan bulaqların Gözü mәnim ürәyimdә. Döyüşdәdir hәr gün, hәr ay, Düşmәn üstә, çәkir haray – Qafur, Mehdi, Cәmil, Gәray, Hәzi – mәnim ürәyimdә. Gözüm qaynar gözә baxdı, Alov әmdim körpә vaxtı. Ana Vәtәn bir ocaqdı, Közü mәnim ürәyimdә. 5 ANA TORPAQ Ana torpaq, açılanda baharın, B U Bürünürsәn yaşıla sәn, göyә sәn. Q Ucalırıq dağlarına baxanda A Y Könlümüzü qaldırırsan göyә sәn. N Tütәk sәsi daşları da dindirir, A X Qarışırsan nәğmәyә sәn, neyә sәn. M İ Payız gәldi bir qaydadı, sәn gәrәk L Ə Ağacların budağını әyәsәn. Z Bağ-bostanın mürgülәyә, sozala, Yetişәsәn, qızarasan, dәyәsәn. Sәxavәt dә, mәhәbbәt dә sәndәdir, Hәr fәsildә bir sәrvәtә yiyәsәn. Baharda da, payızda da, qışda da, Sәni görüm toy paltarı geyәsәn! 6 DAŞALTI Uçqun gördüm, heyrәtimdәn uçundum, Mәzar saydım uçurumu bu yerdә. Lovğalanıb heç saymırdım dağları, İ R Yaman açdı puçurumu bu yerdә. Ə L R Boz dumanlar oyur-oyur oynadı, Ə S Qara yellәr gülmәk güldü, nә güldü. Ə Sel apardı ayağımın altını, Başım üstә şimşәk güldü, nә güldü. Daş әlimi dilim-dilim eylәdi, Yıxılanda sıldırımdan yapışdım. Sağ әlimi dayaq verdim dağlara, Sol әlimlә ildırımdan yapışdım. Çınqıllarda parçalandı heyrәtim, Gözlәrimi dәrә çәkdi bu yerdә. Elә bildim dağ tәrpәndi yerindәn, Daşaltı bir nәrә çәkdi bu yerdә. Baxıb dedi: inad sәnsәn, yoxsa mәn, Sәrt qayalar inadımı saymadı. Havalanıb qartal olmaq istәdim, Qarlı zirvә qanadımı saymadı. İndi bildim nә demәkdir ucalmaq, Nәlәr çәkib zirvәlәrә çıxanlar. Neçә dәfә yıxılarmış, durarmış, Şöhrәtiylә dağ şöhrәti yıxanlar! 7 ÜÇTELLİ DURNA Sevimli şairimiz Osman Sarıvəlli öz sazını məşhur İraq şairi Əbdüllətif Bəndəroğluna hədiyyə vermişdir B U Q Dostluğun nәğmәsi baldan şirindir, A Y Tellәr bu eşq ilә ötür, ay sazım. N Sәn varsan, hәyatda mәn varam demәk, A X Sәsimi hәr yana yetir, ay sazım. M Göstәr qüdrәtini sәn dost ellәrә, İ L Dünyanı yurduma gәtir, ay sazım. Ə Z Bu uzaq sәfәrdә uğurlar sәnә, Hәsrәti dünyadan itir, ay sazım. Orda nәğmәkarım, şairim yatır, Müqәddәs mәzarı ziyarәt üçün Bir ovuc torpaq da götür, ay sazım. Mәnim salamımı, mәnim sözümü, Leylini Mәcnuna yetirәn kimi Babam Füzuliyә yetir, ay sazım. Arazdan deyәnә Xasa çayına, Köksünü dәrindәn ötür, ay sazım. Qarşına çıxacaq qardaşım, bacım, Bilirәm üzündәn öpәcәk sәnin. Qorqudun ruhunu sәcdәyә gәlib, Telinә gül-çiçәk sәpәcәk sәnin. Sәn dә hәzin-hәzin dillәnәcәksәn, Çalıb laylasını yaşıl düzlәrin, Neçә yol xallanıb güllәnәcәksәn. Dolan addım-addım, gәz qarış-qarış Eyvaz durna teli yığan yerlәri, Yağış әvәzinә torpaq üstünә Xurmanın yarpağı yağan yerlәri. Ovçular ovdadı, ehtiyat eylә, Sәni durna bilib vuran olmasın. 8 Bir telin qırılsa bağlamaq olar, Könül tellәrini qıran olmasın. Yetir, nәğmә yetir, nişanә yetir, “Vidadi xәstәdәn Bağdad elinә”. Dindir bulaqları, dindir çayları, Qarışsın nәfәsin sәhәr yelinә. Nәğmәsiz keçmәsin hәyatın sәnin, Axsın ürәklәrә bayatın sәnin. İ R Saz köynәkdәn çıxsa, el yasdan çıxar, Ə L Danış, telli sazım, özümdәn danış. R Alәmi yandırıb, özü yanmayıb, Ə S Quru taxtadakı dözümdәn danış. Ə Qurbani ömürlü, Şәmşir nәfәsli, Əlәsgәr kamallı sözümdәn danış. İgid oğulların sözü düşәndә, Hayla “Gәraylı”nı, hayla “Cәngi”ni. “Misri”dә nәfәs ver Misri qılınca, El, mahal dinlәsin qoy ahәngini. Sәn dilә gәlәndә tәk insan deyil, Göy dә qulaq asar, yer dә dinlәyәr. Hәzin havalardan doymaz ürәyi, Min dәfә dinlәyәn bir dә dinlәyәr. Bugünkü sevginin başqadır dadı, Ağ günlәr eşqinә dastan deyәrsәn. Çoxdan yola salıb ağır illәri, Yurdumuz çıxıbdır yasdan deyәrsәn. Öpәr, әzizlәyәr qardaş qardaşı, Anadan, bacıdan, dostdan deyәrsәn. Elәmi göynәtdi eşqi tellәri, Kәrәmin ahından dağ dada gәldi. Əslinin nәfәsi dәydi güllәrә, Bülbül nalә çәkdi, bağ dada gәldi. 9 Aşiqin üstünü aldı duman, çәn, Tez düşdü sevәnin saçlarına dәn. Dünyanı yandıran dәrdin әlindәn, Əridi qәlbindә yağ, dada gәldi. Gün belә keçmәdi, açıldı yazım, B U Güldü çiçәk kimi eşqim, avazım. Q Atadan oğula pay oldu sazım, A Y Bakıdan baş aldı Bağdada gәldi. N A X M İ L Ə Z 10

Description:
Sevinәrәm uşaq kimi. Bar altında budaq kimi . Ağırlıqdan bar altında sındı budaq,. Üzümüzü ağ Azaflı Mikayıl el aşiqidir,. Gәl onun hәmdәmi ol,
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.