ebook img

Əxlaqa aparan yol PDF

359 Pages·2013·11.57 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Əxlaqa aparan yol

ÇÇÈÈÉÉÀÀÄÄÕÕÀÀÍÍ ÍÍßßÁÁÈÈÁÁßßÉÉËËÈÈ ßßÕÕËËÀÀÃÃÀÀ ÀÀÏÏÀÀÐÐÀÀÍÍ ÉÉÎÎËË “АДИЛОЬЛУ” Бакы - 2013 Əxlaqaaparan yol İxtisas redaktoru: professor Fazil QARAOĞLU Müqəddəs Kitabımız Qurani-Kərimi təfsiri ilə vermiş, rus dilinə çevirmiş, Peyğəmbərimizin həyatından bəhs edən əsər yazmış alim. Redaktor: İsrafil CƏLİLBƏYLİ Ziyadxan Nəbibəyli, “Əxlaqa aparan yol” Bakı, “ADİLOĞLU” nəşriyyatı, 2013, 356 səh. Bismillahirrəhmanirrəhim Allah Təalaya həmdi-səna, Allahın rəsulu Hz.Məhəmmədə, onun əhlinə, əshabələrinə və onun ümmətinə, dəvət etdiyi dinə iman gətirənlərə salavat və salam olsun! Kitab elmi əsər olmaqla Qurani-Kərimin Məhəmməd peyğəmbərə 23 il ərzin - də Allah Təala tərəfindən vəhy olunmasına əsaslanır. Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan Qurani-Kərim insanlığın, müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaqla yanaşı – Yerin, Günəşin, Ayın, səyyarələrin hərəkət etməsini demiş, baş verəcək elmi kəşflər barəsində səlis və düzgün məlumat vermişdir. Məqsədimiz, Qurani-Kərimdəki Allah Təala göndərişlərindən bəhrələnməklə, insanları Allah yoluna, Qurani-Kərim istəklərinə istiqamətləndirməklə bugünkü nöqsanlardan uzaqlaşdırmaqdır. Günümüzdəki insanlara islami tələb və baxışları sadə Azəri türkcəsində çat- dırmaqla bu fikirdən bəhrələnəcək insanlarımız vasitəsi ilə dövlətimizə, xalqımıza, millətimizə mənəvi, hüquqi, insani dəyərlərdə yardımçı olmaqdır. Əsərdə, həm də tarixdə məlum olan, bu gün yaşayan “dinlər” haqqında da yetərli tarixi məlumatlar verilmişdir. Allah Təala sizə yar olsun! 4905000000 Г грифли няшр 121-2012 (Ъ) З.Нябибяйли, 2013 Ziyadxan NƏBİBƏYLİ Kitab 16 il Bağdadda Ali İslami təhsil alaraq alimlik zirvəsinə yüksələn, İslam Mü- cahidi Şeyx Şamillə İslam yolunda cihada çıxan Cəbrayıl bəyin ruhuna bir xatirədir. Ziyadxan NƏBİBƏYLİ ÖÖNN SSÖÖZZ ƏƏVVƏƏZZİİ BBütün dinlərin tarixini özündə əks etdirən əlimizdəki bu əsər Azərbaycanın XXəsrin ikinci yarısı, XXI əsrin əvvəlləri ərzində yazıb-yaradan, “baş vurduğu” sahələrin söz sahibi olaraq şərəf qazanmış qələm sahibi, hərtərəfli alim və seçilən ziyalı professor, yazıçı-publilist Ziyadxan Nəbibəylidir. O, dinlə bağlı özünəməxsus bir alim-tədqiqatçıdır, İs- lama çox böyük önəm verəndir və Müqəddəs Kitabımız Qurani- Kərimi sevdiyi qədər ikinci bir mənbə tanımadığını hər zaman izhar edəndir. Müqəddəs Kitabımız Qurani-Kərim nazil olandan, İslam “ayaq” tutandan ona qarşı hər cür hücumlar olmuşdur. Lakin, son dövrlər özünü daha üstün tutmaq istəyən Avropa dövlətləri, ABŞ və digərləri İslamı, İslam dəyərlərini özündə daşıyan insanları və dövlətləri al- çaqlamaq, İslamın yayılmasının qarşısını almaq üçün hətta siyasi dairələrdə, dövlət səviyyəsində böyük basqılar, təzyiqlər göstərmək- dədirlər. Bu basqılar ifrat həddə yüksəlsə də, İslamı qəbul edənlərin sayı günü-gündən çoxalmaqdadır. Müəllifin tarixi araşdırmaları göstərir ki, istər günümüzə qədər, istərsə də günümüzdə İslamı qəbul edən insanlar ilk növbədə alimlər, yazıçılar, ziyalılar və qadınlardır. 3 Əxlaqaaparan yol Ümumilikdə yaxşı təhsili olan insanlar heç kimin təsiri, istiqaməti olmadan böyük məhəbbətlə İslamı və onun Ulu Tanrı tərəfindən göndərilən vəhylərini qəbul edir, Ulu Allahımızın yeganəliyini qəbul edirlər. Onlar İslamaqədərki mövcudluqla İslami dəyərləri müqayisə etdikdə, insana lazım olan hər cür mənəvi, dini-mənəvi, pak dəyərləri İslamda tapırlar. Digər məzhəbli qadınların da İslami dəyərləri qəbul etmə səbəblərdən biri də İslamdakı üstünlüklə yanaşı – İslam mənəvi dəyərinə mənsub olan kişilərin daha çox ailə qayğıkeşi olmasıdır. Bu kişilər Qurani-Kərimin buyurduğu haram içkiləri qəbul etmir, haram qidaları yemir, ailəsində də heç kimə məsləhət görmür, milliyyətindən və dinindən asılı olmayaraq ailə qurduğu xanıma daha diqqətli olur, onun qayğısına qalır, dünyaya gətirdikləri övladlarına valideynlik qayğılarını məsuliyyətlə yerinə yetirirlər. Bir sözlə İslamın qadına verdiyi bütün hüquqların sahibi olan qadın-insan İslamı mənuniyyətlə qəbul etməklə, özünü daha da şərəfləndirir və xoşbəxt həyat tərzi ke- çirir. Professor Ziyadxan Nəbibəyli elmi-dini mənbələrdən məlum olan və öz dövründə inanc mənbəyi sayılan qurumlar və onların in- sanlara təlqin etdiyi qayda və tələbləri araşdıraraq – İslam tələbləri ilə müqayisəli şəkildə verməklə, oxucunu seçim qarşısında qoymur. Əksinə, İslamın böyüklüyünü digər dini-mənəviyyat daşıyıcılarına və tərəddüddə olan insanlara seçim etməkdə yardımçı olur, Yaradanı qarşısında günah işlətməkdən xilas etmiş olur. Çox dəyərli bu kitabı oxuduqca istər-istəməz müəllifin qısaca dediyi fikrin tam şahidi olur- san – “Əxlaqa aparan yol”. Bu yol çox daşlı-kəsəkli, enişli-yoxuşlu, əsrlər keçdikcə dəyərini daha da artıran Ulu Tanrının bizlərə bəxş et- diyi Qurani-Kərim yoludur, Ulu Allahımızın göstərdiyi yoldur. Böyük alimimiz Ziyadxan Nəbibəyli əsərinin ilk bölümündə Əxlaqa aparan yol haqqındakı fikirləri ilə yanaşı ibtidai dinlər və onların hər biri haqqında qısaca da olsa, çoxluğun bilmədiyi, lakin, qədim insanların yaşadığı məlumatları müasirlərimizə sadə dildə çatdırır və nəticə çı- xarmağı insanların öz öhdəsinə verir. Çox böyük yeniliklərlə zəngin olan bu elmi əsərin ikinci bölümü 4 Ziyadxan NƏBİBƏYLİ bütövlükdə Zərdüştiliyə, Atəş pərəstliyə, onun qədim dünya mədəniyyəti mənbəyi, Atəşpərəstliyin kitabı olan “Avesta”ya həsr olunub. Ziyadxan Nəbibəyli XX əsrin sonlarında yazdığı “Zəngəzurun qısa tarixi və coğrafiyası” kitabında bu mövzuya xeyli önəm versə də, hazırkı kitabı “Əxlaqa aparan yol”da Atəşpərəstliklə bağlı bir çox yenilikləri ərsəyə gətirmiş, Atəşpərəstliyin başlanğıcının Qarabağ torpaqlarının Zəngəzur bölgəsindən başlandığını ortaya qoyur. Dünyanın qədim tarixi Şərqdən başladığı kimi, din tarixinin keçmişi də Yer kürəsinin bu bölgəsindən başlayıb və bütün Yer pla- netini əhatə edib. Araşdırdığı mövzu və mövzuların tam dərinliklərinə varan böyük alimimiz əsərinin üçüncü bölümünü Uzaq Şərq və Cənub-Şərqi Asi- yada mövcud olmuş dinlərə həsr etməklə, bir çox yeni fikirləri, heç kimin qələmə almadığı məqamları oxucularına çatdırır. Professor Ziyadxan Nəbibəyli “Əxlaqa aparan yol” dini-elmi əsərinin dördüncü bölümünü Yəhudilərin dininə həsr etmiş və bu dinin də Səmavi din olduğunu göstərmişdir. Lakin, yəhudi dini- mənəvi dəyəri ilk vəziyyətində qalmamış, yəhudilər onun məz - mununu dəfələrlə dəyişmişlər. Bu səbəbdən də günümüzün yəhudisi öz Müqəddəs Kitabına səmimi-qəlbdən yanaşa bilmir. Elə bu və digər səbəblərdən, dini-mənəvi dəyərin kölgədə qalmasından, yəhudilər digər insanlara, başqa dini-mənəviyyat daşıyıcılarına ögey münasibət bəsləyirlər. İslam isə bütün yaradılanların hamısının yaradıcısının Ulu Allahımıza mənsub olduğunu qəbul edir və heç bir insanı digərindən fərqləndirmir, ayrı-seçkiliyi qəbul etmir. Bununla yanaşı müəllif yəhudi dini-mənəvi dəyərlərinin türkün Tanrıçılığından bəhrələn - diyini də qeyd edir. Ulu Tanrının göndərdiyini dəyişmək səlahiyyəti ancaq və ancaq Onun özünə mənsubdur, insanlar buna qadir deyillər. Elə bu məxəzlə yaşayan yəhudilər İslamın ilk günlərindən müsəlmanları və onların peyğəmbərini dəfələrlə aldatmışlar. Əsərin beşinci fəsli Xristianlığın yaranmasına həsr olunub. Yəhudilik və Xristianlıq haqqında Azərbaycan insanının yetərincə məlumatı olduğundan müəllif bu dinlər haqqında ən vacib saydığı 5 Əxlaqaaparan yol bilgiləri yazıya almışdır. Fərqli cəhət yalnız Azərbaycan Alban Xris- tian dövləti dini-mənəvi məlumatlara üstünlük verməkdə olmuşdur. Bu da yəqin ki, səbəbsiz deyildir. Çünki, uzun illərdir Azərbaycanın milli düşməni ermənilər Alban dövlətini və onun dini-mənəvi dəyərlərini öz adlarına çıxmaqla əlaqəlidir. Dəyərli kitabın altıncı fəsli “Bu tarixi hamılıqla bilməliyik” ad- lanır. Həqiqətən bu bölümdə toplanmış mövzular təkcə müsəlman əhlinə aid olmayıb, bütün insanlığa aiddir. Belə ki, burada İslamın Müqəddəs Kitabı Qurani-Kərim, İslamda Ulu Allahın yeganəliyi məsələsi, Peyğəmbəri Allahın seçməsi məsələsi, İslamda Allahın mələkləri, Hz. Adəm Əleyhissalam, Hz. Nuh Əleyhissalam, Nuh tu- fanı, Hz. İbrahim Əleyhissalam, Hz. Məhəmməd Əleyhissalam və digər mövzular haqqında çox əhatəli məlumatlar verilmişdir ki, bu da öz növbəsində dünya din tarixi ilə yanaşı – dünyanın tarixini də bilmək üçün çox gərəklidir. Çox dəyərli bu əsərin yeddinci bölümünü dərin zəkalı alimimiz “İslam tarixindən səhifələr” adlandırmışdır. Bu bölümdə İslam dini- mənəvi dəyərlərinin bütün məqamları hər kəsin dərk edə biləcəyi bir dildə əziz oxucularımıza şərh edilir. Əsər, elmi əsər olduğundan möv- zuların hər bir məqamı çox dəqiq və dərk olunandır, hər cür ibarələrdən kənardır. Azərbaycan cəmiyyətinə ilk olaraq, həm də ma- raqlı olacaq xəndək və ya əhzam müharibəsinin yol göstərəninin Azərbaycanlı olmasıdır. Oxucular üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də İslamda insandan tələbdir. Bu mövzular dəyərli əsərin səkkizinci bölümündə verilmişdir. İslamın hər bir insandan tələbi onun Ulu Tanrı yaratdığı kimi – pak və üzüağ yaşaması, qeyri-insani hərəkətlərdən kənar durmasıdır. Bu mövzular səkkizinci bölümün əsas qayəsidir. İslam həm də haqq yoludur, haqqa söykənmək yoludur, bütün in- sani hüquqların mənbəyidir, insanlığın yol göstəricisir. Bütün bu yö- nümlü İslam qaydaları bu möhtəşəm əsərin doqquzuncu bölümündə öz əksini tapmışdır. Həmişə dilə gətirilən, insanlığın yaranışından günümüzə kimi in- 6 Ziyadxan NƏBİBƏYLİ sanların bir-birlərindən tələbi, arzuladığı dəyərlərdən biri də valideyn, ata-ana, bacı-qardaş, övlad, qohum-qardaş arasındakı münasibət mövzusudur, günümüzdə də çox ehtiyaclıdır. İnsani dəyərləri dərindən bilən müəllif bu sıraya aid olan mövzuları onuncu fəsildə cəm etmiş, İslami baxışlardan, onun tələbi yönümündən dəyərli açıq- lamalar vermişdir. “Əxlaqa aparan yol”un on birinci bölümü İslamın insan əxlaqına verdiyi töhfələrə həsr olunmuşdur. Məlum olduğu kimi insan əxlaqının müəyyən cəhətləri nəsil-nəcabətlə bağlı olsa da, insanın ya- şadığı mühit, dövlət quruluşu, onun qanunları, qanunlarla onun icrası arasındakı asılılıq, təhsil, təhsilin və tərbiyənin səviyyəsindən də çox asılıdır. On üç mövzunu əhatə edən bu bölüm dediyimiz sahələrin ha- mısını əhatə etməklə, hər kəs üçün çox gərəklidir, əxz edilməlidir, nəticə çıxarılmalıdır. Çox dəyərli bu əsərin on ikinci fəsli İslamda insanın mənfi meyllərə münasibəti mövzularına həsr olunub. Bəzi insanlar digərlərinə həqarətlə baxır, rişxənd edir, ələ salır, hər vəchlə qarşı tərəfi alçaqlamağa çalışır ki, bu da İslamda qəbul edilməzdir və qəbahət sayılır. Təəssüf edici haldır ki, hazırkı dünyada, bəzi dövltələrdə, bəzi millətlərdə, bəzi xalqlarda, hətta eyni millətdə və qohum-qardaş, dost-tanışlar arasında da birinin digərinə həqarəti mövcuddur. Zəmanəmizdə iftira demək, qeybət etmək, yalançılıq etmək, nifaq, fitnə-fəsad salmaq adi hal almışdır. Təbii ki, əxlaqlı, tərbiyəli, İslami dəyərləri dərk edən insanlar – insana yaraşmayan bu məkrli məsələlərdən uzaqdır. Elə İslamın da insanlardan istəyi və tələbi budur. Bu mənada İslami dəyərləri öyrənmək, mənimsəmək və bu tələblərə riayət etmək hər bir dünyagörüşlü insanın gündəlik işidir. İslam isə bu dəyərlərə hər kəsin əməl etməsini istəmişdir. Dərin fikirlər mənbəyi, hər kəsin bilməli olduğu Allah kəlamları ilk növbədə biz insanlara gərəkdir. İnsan təkcə bu gün üçün deyil, axirətini də fikirləşməlidir, cənnət və cəhənnəmi unutmamalıdır, əməlisaleh həyat tərzi sürməlidir, yaxşı fikirlərlə nəfəs almalıdır, 7 Əxlaqaaparan yol yaxşı nə varsa, İslam nəyi buyurursa onu mükəmməl öyrənməlidir, ətrafını da öyrətməlidir. Bizcə dərin fəlsəfi düşüncələr sahibi profes- sor Ziyadxan Nəbibəylinin həm özünün və həm də “Əxlaqa aparan yol” əsərinin qayəsi əsasən bunlara istiqamətlənmiş, bu meyarlara yönəlmişdir. Deyilən mənada qələmə alınmış əlimizdəki elmi əsərin on üçüncü fəsli də bu istiqamətlidir. Bu əsasən insan sağlamlığına, şüu- runa, zehninə, şəxsiyyətinə, yaşayış tərzinə pis təsir edən İslamda haram buyurulan içkilər və “qida” növləridir. Bu işlərə uyan insanları heç bir cəmiyyət, ailə, insan bəyənmir və qəbul etmir. Həm də bu vərdişlər ilk növbədə İslamda haram buyurulanları qəbul edən şəxsin özünə xələl gətirəndir. Qəribəsi budur ki, günümüzdə də insanlar var ki, nə İslam və nədəki ona qədərki dini-mənəvi dəyərləri bilmir, oxumur, araşdırmır, lakin “peyğəmbər” olmaq istəyir. Bütün bunlar haqqında dəyərli ali- mimiz əsərinin on dördüncü bölməsində məlumat verir. Ümumilikdə, professor Ziyadxan Nəbibəylinin “Əxlaqa aparan yol” dini-mənəvi, fəlsəfi və tarixi araşdırmalar nəticəsi olan bu əsəri, redaktor olaraq mənim üçün və hesab edirəm ki, həm də bu günkü cəmiyyətimiz üçün çox dəyərli əsərdir, insanın mənəvi qida mənbəyidir, xalqımızın, millətimizin və dövlətimizin ehtiyac duy- duğu, hiss etdiyi bir istiqamətə yönələn əsərdir. İsrafil Cəlilbəyli 8 Ziyadxan NƏBİBƏYLİ MMÜÜƏƏLLLLİİFFDDƏƏNN MMəni bu kitabı hazırlamağa vadar edən özümün iç dün- yam olub. İç dünyamın bu günkü vəziyyətindən o qədər də razı deyiləm. Baxmayaraq ki, məşğuliy - yətimdən, tutduğum vəzifədən, bu dünyada olan imkanlarımdan asılı olmayaraq, həmişə mütailə etmişəm. Nə qədər çalışsam da, istədik - lərimin hamısına nail ola bilməmişəm. Əsas istəyim həm bu, həm də o biri dünya məfhumunu anlamaq olmuşdur. Bu işdə çox kiçik yaş- larımdan böyüklərə, müəllimlərimə, cəmiyyətdə seçilən insanların məsləhətlərinə, tövsiyyələrinə, tapşırıqlarına baxmağım, deyilən fikirləri çalışaraq anlamağım, qəlbimdə təhlil etməyim, zikr etməyim mənə yardımçı olmuşdur. Bu sarıdan Allah Təaladan çox razıyam. İlk tərbiyəçim ata nənəm Qaratel xanım olmuşdur. Onun təhsil haq- qında hər hansı bir sənədi olmasa da, çox məlumatlı, səliqə-sahmanlı, əli təmiz, vücudu təmiz, qəlbi saf, hər dəqiqəsini xeyirxahlıqla yaşa- yan və İslamı gözəl bilən bir şəxs idi. Çox yaddaşlı adam idi. Çox şairlərin şerlərini, qəzəllərini və xalq yaradıcılığı olan bayatıları əzbərdən bilirdi, gül-çiçəkdən dərmanlar hazırlayıb insanları müalicə edərdi, çox təmənnasız insan idi. Müəyyən yaşa dolduqdan sonra başa düşdüm ki, Qaratel xanımın bu səviyyədə olmasının bir səbəbi şəcərəsində olan təhsilli, dünya- görüşlü insanların olmasıdırsa, əsas səbəb – Qurani-Kərimi yaxşı bilməsi olmuşdur. Onun təsiri altında hər dəqiqə Qurani-Kərimdə nədən söhbət getdiyini eşitmiş, oruc tutmasını, namaz qılmasını 9

Description:
İxtisas redaktoru: professor Fazil QARAOĞLU. Müqəddəs Kitabımız Qurani-Kərimi təfsiri ilə vermiş, rus dilinə çevirmiş, Peyğəmbərimizin həyatından bəhs edən əsər ralar fəxri ənsar rütbəsi almışdılar. Növbəti zəvvarlıq mövsümündə bu andiçmə təkrar edilmiş, l
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.