ebook img

vətən bir də doğulmur PDF

178 Pages·2015·0.58 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview vətən bir də doğulmur

KƏMALƏ ABİYEVA VƏTƏN BİR DƏ DOĞULMUR BAKI – 2007 K52 K52 Kəmalə Abiyeva «Vətən bir də doğulmur». 030 K 04-2007 ИСБН 5-89968-094-6 © “3 saylı Bakı Mətbəəsi”, 2007. 2 Kəmalə Aydın qızı Abiyeva ixtisasca fizika müəllimidir. Uzun illərdir ədəbi yaradıcılıqla məşğul olur. Müxtəlif illərdə qəzet və jurnallarda, almanaxlarda, əvvəlki 2 kitabında dərc olunan şeirləri böyük oxucu marağına səbəb olub, onu ciddi şair kimi ədəbi ictimaiyyətə tanıdıb. Bir sıra şeirlərinə bəstələnən mahnılar rəğbətlə qarşılanıb. Çünki bu şeirlərin özündə elə bil bir nəğmə var. “Bir layla de yatmışları oyat, ana, ”deyən şairə xanım, “kədərimizin bir damcı, sevincimizin ümman”olduğu “bəxtəvər uşaqlığa” aparır bizi. “Bir dənizin sahilində nağıl olan şəhərdən”danışaraq “dünyanı nağıl bilir”. Sonu yaxşı olur hər bir nağılın Nə qədər qorxulu olsa da belə. Kəmalə xanımın şeirləri saflığı, təmizliyi, gözəlliyi qoruyur. Xeyirlə şərin, yalanla həqiqətin, nifrətlə məhəbbətin mübarizə- sində yüksək duyğuların qələbəsinə inanır. Bu baxımdan “Şəlalələr”, “Qoruyaq bu dünyamızı”, “Bilirikmi”, “Xoşbəxt olsun yer üzü” və s. şeirləri çox maraqlıdır. Yer üzünü hələ sevə bilmirik Sevsək əgər onu bölə bilmərik. Yer üzünü gəlin elə sevək ki, Bu sevgidən onu bölə bilməyək. Onun “Şuşa dərdli, laçın dərdli ürəyində həmişə vətən yanğısı var. Bu qəriblikdə yaşayan birinin duyduğu həsrət deyil. Bu hər gün sevgisinin böyüklüyünü daha çox duyan, ondan doya bilməyən bir ürəyin həsrətidir: 3 Həsrətim bircə damcı azalardı, Həsrətim bircə damcı az olardı Bircə damcı doya bilsəydim Səndən, vətən. Kəmalənin şeirləri təbiiliyi, səmimiliyi, fikir yükü ilə seçilir. Yaşadıqlarını, duyduqlarını yazır. Ona görə də, bu şeirlər oxucuların hər birinə doğmadır. ”Yarpaqlar titrəsə”, “Bu sevgidir”, “Yağış”, “Bu dünyanı nağıl bilək”, “Danışma”, “Özün günahkarsan” hər birimizin sevgi nəğməsidir elə bil. Uzun-uzadı K. Abiyevanın poeziyasından yazmaq fikrində deyiləm. Bilirəm ki, Kəmalə xanım öz yaradıcılığına məsuliyyətlə yanaşan şairlərdəndir. Perspektivli şair olduğunu ildən-ilə sübut edir. Poetik dünyasının qəhrəmanı yüksək hisslərlə yaşayır. “Bir damcı göz yaşıdı edə biləcəyimiz ən böyük günah” deyərək bütün insanları xoşbəxt görmək istəyir. Əminəm ki, “Vətən bir də doğulmur” kitabı oxucularını düşündürəcək. 4 KÖVRƏK DUYĞULAR Səmimiyyət bütövlükdə nə deməkdir görəsən? Yəni olduğun kimi görünmək, könlündə nə varsa onu etiraf etmək, yəni özün olmaq deməkdir yəqin... Amma bununla da səmimiyyətin mənası bütöv əhatələnmir. Bir var, fotoşəkil, qaş-göz, baxış- duruş, bunlar hamısı olduğu kimi özününküdür. Yaxşı bu səmimiyyət nədir görəsən? Hə bir də var, rəssamın çəkdiyi portret qaş-göz, baxış-duruşun hiss, duyğu, isti, qaynar baxış - duruş tərəfi. Yəni könlünün içini işıqlandıran güzgü tərəfi, özünün, sözünün dolu, isti tərəfi. Buna, bir sözlə, şair diliylə bədii səmimiyyət də demək olar. Yəni əsl özünün olan duyğulu söz, səmimi fikir. Məhz Kəmalə Abiyevanın “Vətən bir də doğulmur” başlığı altında toplanmış şeirlərini oxuyanda, birinci növbədə yuxarıda dediyim səmimi duyğuların axarına düşdüm. Bütövlükdə götürüləndə bu şeirlərdə kövrək və lirik hisslərin özünə məxsus ifadəsini gördüm. Yəni, sərbəst, qafiyəli, qafiyəsiz, bədii ölçülərə yatıb-yatmamağından asılı olmayaraq bu şeirlər özündə insan əhval-ruhiyyəsini ifadə edən təbii parçalardır, qəribə ürək döyüntülərini əks edən şirin bir ixtilatdır. Onda ki, Nə görə bilirdin, Nə eşidirdin, Ağlayırdın... İndi ki, Görməyi də, Eşitməyi də bacarırsan, Ağla, ağla görüm Necə ağlayırsan... Ey.. İnsan!.. 5 Kəmalə xanımın şeirlərindəki lirik “mən” həmişə özüylə həsbi-hal edir, güley-güzarın, bəzi sıxıntıların içindən çıxıb özünə toxdaq verir, dünyanın, mühitin, taleyin ona verdiyi qismətlə də özünü rahat sayır, öz təmizliyini, insani duyğularını pis niyyətlərdən qoruya bilir. Gündüzlərimin günəş odundan, Gecələrimin gündüz nurundan, Arzularımın əzizliyindən, Duyğularımın təmizliyindən başqa, Nəyim var ki, nəyim ?... Onun torpağa məhəbbəti, həqiqətlərə inamı eşidib gördüyü ağ yalanlara da heyrətini, yumşaldır, islah edir, bu sadə təmiz ömrü özünə bəs sayır. Kəmalənin “Kaş ki”, “Qaragöz”, “Qoru”, “Cəza”, “Bəlkə”, “Bilirikmi” şeirləri də elə yuxarıda dediyim fikirlərin davamına, təmiz arzuların duruluğuna xidmən edir. “Oyandınmı” şeirinin sonluğu da maraqla bitir. Bugünkü narahat oxucunu düşünməyə vadar edir. Qalada yatmış idim Şirin-şirin Yuxulara batmış idim Qalanı, taladılar Odlara qaladılar Nəyim var apardılar top atdılar, top atdılar... Oyanmadım... Saz ilə, söhbət ilə, Oyatdılar, 6 Oyandımmı?. “Heç kəs bilmədi”, “Qar yağırdı”, “Sən yadıma düşərsən”, “Bu sevgidir”, başqa tipli şeirləri bir sim üstə köklənmiş ürək tellərinin titrəyişidir, başqaları üçün bir az eşidilməz olan gizli sevgi pıçıltılarıdır. Misal gətirdiyim bu parçalar Kəmalənin “Heyrət” şeirindəndir. Əlində oyuncaq olan uşaq yaman mat qalıb. “Adam” oyuncağın üzündə eyni ifadə, eyni təbəssüm. Ətrafındakı adamlar da bir az uşağın oyuncağına oxşayır, amma gülüşləri, görünüşləri tez-tez dəyişir. Uşaq da hey düşünür. Adamlara oxşayan, oyuncağa baxırdı Oyuncağa oxşayan adamlara baxırdı... Öz uşaq dünyasında hələ anlamayırdı. Hansı daha yaxşıdır... Şeir qaydalarına gətirmək, ölçü-biçiyə yatırmaq üçün bəzi şeir parçalarını rəndələmək lazım gəlsə də bütövlükdə Kəmalə xanımın bu qələm məhsulunun öz bədii dəyəri var. Mən əminəm ki, oxucular bu həssas bu kövrək şeirləri məhəbbətlə oxuyub duyğulanacaqlar. Çünki oxucunun həmişə mənalı, səmimi, duyğulu sözə ehtiyacı var. Musa YAQUB 7 MƏHƏBBƏTİN ƏLİYLƏ Nədənsə Kəmalə Abiyevanın poeziyası haqqında yazıya məhz onun baharlı duyğularından, təbiətlə bağlı düşüncələrin- dən başladım. Elə bundan başladım ki: Oyanır yuxudan bütün təbiət, Yaşıl gözəlliyi gəlir dünyanın, Səpərək hər yana min bir təravət, Yaşıl baxışları gülür dünyanın. Kəmalənin insanlığa, bəşəriyyətə yaşam imkanı verən Ana təbiətə, odlar yurdumuz Azərbaycana, böyük türk millətinə sonsuz sevgi və məhəbbətlə naxışlanan poeziyası özlüyündə tərbiyəvi-didaktik bir məktəbdir. Mənəvi-əxlaqi fəzilətlərin, milli dəyərlərimizin aşkarcasına deformasiyaya uğradığı müasir dövrümüzdə gəncliyin bu məktəbin dərslərinə böyük ehtiyacı var. XX əsrin reallıqları, xalqımızın milli müstəqillik, azadlıq uğrunda mücadiləsi, Azərbaycanın üzləşdiyi növbəti, daha ağır, daha dəhşətli sınaq – Qarabağ müharibəsi ədəbiyyata da sirayət etdi. Qarabağ dərdi kövrək duyğular şairi kimi tanıdığımız Kəmalə xanımın da şəxsi dərdinə, ağrısına çevrildi: Oyan, bir gör sinəmdəki dağları, Öz səsinlə ol dərdimə həyan bir. Qarabağım qalıb yadlar əlində Nə yatmısan, sarı bülbül, oyan bir. Təbriz boyda, Dərbənd boyda yarayam, Vallah, yoxdu bu halımı duyan bir, Laçın dərdli, Şuşa dərdli harayam, Nə yatmısan, sarı bülbül, oyan bir... 8 Kəmalə düşünən və düşündürməyi bacaran şairdir, şeirlərindəki fikirlərin dərinliyi oxucunu cəlb edir, təsiri keçici olmur, misralarındakı məna yükü sanki bir anlıq “Dayan və düşün”, deyir, sonra isə bir an bütün yaşam boyunca sürür. Onun şeirlərindəki həzinlik, incə bir kədər daim düşündürür səni... Təbiətən saf, təmiz insan olduğundan bu cəhətlər misralarından da apaydınca görünür. Sanki zirvələrin bəyaz qarı, bulaqların göz yaşı kimi dupduru, şəffaf suyudu duyğuları, damla-damla süzülüb şeirlərinə... Bu duruluq şəffaflıq içərisində sevimli, əziz bir ana yaşayır: Ana ürəklərin sönməz ocağı, Bəşəri qızdırır yanar odunda Ən güclü arxadır ana qucağı, Dünya təzələnir ana adında. Kəmalənin şeirlərindəki şəffaflıq, körpələrə, yer üzünün ən məsum, günahsız varlıqlarına olan ümmanlartək dərin sevgidən doğub bəlkə də. Ana beşik üstə şam kimi yanar, Bir beşiyə sığar onunçün cahan. Dünyanı özünə oyuncaq sanar Körpə atasına sığınan zaman. Kəmalənin poeziyasındakı kövrəkliyin, həzinliyin, nisgilin mayasından bir kədər, gecə, sükut obrazı da rişələnib. Tənhanılığı sevdiyindənmi, öz-özü ilə, daxili “Mən” ilə baş- başa qalmağı xoşladığındanmı, ” göz yaşını- gönül yağışını, təkiyinin yoldaşı, sevinc və kədərinin yaddaşı, ürəyinin sirdaşı” deyib əzizlədiyindənmi, ən əsası yaşamaq istəyi və yaşamının qaynağı olduğundanmı yaranıb bu orijinal obraz? Və: 9 Ağrı, acım, səadətim, nifrətim, məhəbbətim, Göz yaşım, ağlamaq istəyim, ağlaya bilməyim. Göz yaşım, yaşamaq istəyim, yaşaya bilməyim. deyərək düşüncələrini səmimiyyətlə etiraf edir: Gecə... Sükut... Və mən... Üçümüz dayanmışıq üzbəüz... Sükutu dinləyirəm nəfəs dərmədən Sükutu eşidə bilməyinin Hələ bu dünyadan xəbəri yoxdu... Orijinal, poetik tapıntılar şairi gecənin, sükutun, kədərin və... sevincin təkrarsız deyimlərlə qiymətini verə bilib. Gecə... Sükut... Qaranlıq... Gecə... Haray... Qışqırıq... Gecə pəncərədən süzülən işıq... Və Kəmalənin kədərlə sevinc qarşılaşdırılması: Sevinc ürəyin səadəti, Kədər sevincin qiyməti. Kəmalənin poeziyasında tərtəmiz bir sevgi dünyası da qurulub. Bu dünyanın sakinləri sevib-sevilənlər, unudulanlar, unudanlar və... unuda bilməyənlərdi... Elə bil zamandan xəbərim yoxdu, Ağaran saşımdan xəbərim yoxdu, Görəsən illərin nədir günahı? Mən səni unuda bilmədim axı... 10

Description:
Məhz Kəmalə Abiyevanın “Vətən bir də doğulmur” başlığı altında toplanmış şeirlərini oxuyanda, birinci növbədə yuxarıda dediyim səmimi duyğuların
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.