AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTLITü ƏSƏDULLA QÜBRƏT OĞLU CƏFƏROV AZƏRBAYCANIN İLK SAKİNLƏRİ Bakı-Elm-2004 Rəyçilər: 1. Vəli Əliyev - Azərbaycan Milli A.kcıcİ€ffiiycısiHiH fyıüxbiv üz\ larix elmləri doktoru, professor 2. Qüdrət İsmayılzadə tarix elmləri doktoru, professor Əsədulla Cəfərov. Azərbaycanın ilk sakinləri. Bakı, Elm- 2004, 220 səh. + fotolar və əmək alətlərinin şəkilləri. ISBN 5-8066-1662-2 Əsərdə Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar əsasında Respublikamızın ərazisində yaşamış ilk sakinlərin uzaq keçmişindən, əmək alətləri hazırlamasından, ovçuluq, yığıcılıq təsərrüfatından, ibtidai yaşayış tikililəri yaratması, odu kəşf etməsi, öz istək və arzularını qayalar üzərinə həkk etməsindən və Qarabağın ən qədim tarixindən başlamış müasir dövrə qədərki insanlığın keçdiyi tarixi inkişaf mərhələləri şərh olunur. 0503020907 C 655(07)-2004 MÜNDƏRİCAT GİRİŞ ................................................................................. 4 Coğrafi şərait və qədim insanlar ........................................ 9 İnsanlığın şəhəri - bəşərin ulu düşərgəsi .......................... 14 Olduvay mədəniyyəti ....................................................... 26 Azərbaycanın ilk sakinləri. Quruçay mədəniyyəti .......... 32 Aşel mədəniyyəti ............................................................. 42 Mustye mədəniyyəti ......................................................... 56 Üst paleolit ....................................................................... 77 Mezolit və neolit mədəniyyəti ......................................... 79 Ovçuluq, yığıcılıq və heyvanat aləmi .............................. 86 Fransanın paleolit düşərgələri .......................................... 95 Qafqazın paleolit düşərgələri ......................................... 102 Arxeoloji düşərgələrdən tapılmış qədim insan qalıqları ................................................................... 108 Eneolit dövrü ................................................................ 114 Azərbaycan tunc dövründə ............................................ 116 Azərbaycan antik və orta əsrlərdə .................................. 120 Azərbaycan xalqının təşəkkül tarixinin mərhələləri... 125 İlk sakinlərin mənəvi aləmi ........................................... 129 Erməni terrorçularının fitnəkar əməlləri ........................ 145 Qarabağ arxeoloji və tarixi mənbələrdə ......................... 153 Qarabağın ilkin adları və onun tarixini saxtalaşdırmaq cəhdləri .......................................... 198 Nəticə ............................................................................. 204 İstifadə olunmuş ədəbiyyat ............................................ 214 Fotolar və əmək alətlərinin şəkilləri .............................. 221 Kitab dünyasını dəyişmiş Azərbaycan alimlərinin və Qarabağ uğranda həlak olmuş oğul və qızlarımızın əziz xatirəsinə həsr olunmuşdur. GİRİŞ İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. 1969- cu ilədək belə hesab edilirdi ki, ilk ibtidai insanların meydana gəlməsi və onların daşdan əmək alətləri hazırlayıb istifadə etməsi 800 min il bundan əvvəldən başlanır. Lakin 1960-cı illərin sonunda və 1970-ci illərdə Şərqi Afrika ərazisində aparılan arxeoloji tədqiqat işləri zamanı ən qədim ibtidai insanların 2,6-3 milyon il bundan əvvəllərdən başlayaraq çay daşlarından əmək alətləri hazırlamağa başlamalarına aid zəngin arxeoloji materiallar aşkar olunmuşdur. Şərqi Afrikanın Olduvay dərəsində, Efiopiya və Keniya ərazilərində aparılan arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqları insanlığın yaranma tarixinin 3 milyon il bundan əvvəldən başlanmasını söyləməyə imkan verdi və bu, tarixin daha qədim olduğunu göstərdi. Məhz qeyd olunan ölkələrin ərazilərindən tapılmış maddi mədəniyyət nümunələri əsasında YUNESKOnun 1969-cu ildə olan xüsusi elmi konqresi qədim insanların ilk əmək aləti hazırlaması tarixinin 2,6-3 milyon il bundan əvvəldən başlanması haqqında qərar qəbul etmişdir. Bu farix beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul olunmuşdur. Elmi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, qədim insanların ilk dəfə düzəltdikləri daş alətlər olduqca kobud şəkildə hazırlanmış çapma alətlərdən ibarətdir. Zaman keçdikcə insan şüu 4 , ru, təfəkkürü inkişaf etmiş və bunun nəticəsində ibtidai insanların hazırladıqları əmək alətləri də təkmilləşmişdir. Qədim insanların əmək alətləri əsasən çay daşından hazırlandığına görə bu dövrə Daş dövrü adı verilmişdir. Daş dövründə insanlığın uzaq keçmişinin inkişafı daş alətlərin təkmilləşməsində və yeni-yeni alətlərin meydana çıxmasında öz əksini tapmışdır. Şərqi Afrikanın Olduvay dərəsində, Efiopiya və Keniya ərazilərində aşkar olunmuş maddi mədəniyyət qalıqları tarixə Olduvay mədəniyyəti kimi daxil olmuşdur. Olduvay mədəniyyəti planetimizin ilk sakinlərinin ən qədim inkişaf mərhələsi olub, 2,6-3 milyon il bundan əvvəl başlanmış və 700 min il bundan qabaq sona çatması müəyyən olunmuşdur. Lakin son 12 ildə Şərqi Afrikanın Keniya, Tanzaniya və Efiopiya ərazilərində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı yaşı 3-6 milyon illərə aid yeni arxeoloji və paleoantropoloji tapıntılar aşkar olunmuşdur. 1992-ci ildə Efiopiyanın Aramis adlı paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı yaşı 4,4 milyon ilə bərabər olan «Ardipikekus ramidus» adlı qədim insan kəlləsi və primitiv hazırlanmış daş alətlər tapılmışdır. 1994-2002-ci illərdə Keniyanın Türkanə gölü yaxınlığında aparılan arxeoloji tədqiqatlar zamanı bir neçə qədim insan kəlləsi ilə birlikdə kobud daş alətlər aşkar olunmuşdur. Aparılan elmi araşdırmalar zamanı kəllələrin birinin yaşı 3,5 milyon il, digərlərinin yaşı isə 6 milyon ilə bərabər olması müəyyən edilmişdir. Ümumiyyətlə, Şərqi Afrika ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı 21 paleolit düşərgəsindən yaşı 3 milyon il ilə 6 milyon illər arasında arxeoloji və paleoantropoloji tapıntılar qeydə alınmışdır. Beləliklə, son 12 ildə Şərqi Afrika ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş arxeoloji və paleoantropoloji tapıntılar qədim insanın və onun 5 hazırladığı əmək alətlərinin yaşının 6 milyon ilə bərabər olmasını söyləməyə əsas vermişdir. 1989-cu ildən Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı yaşı 1,7-1,8 milyon ilə bərabər olan arxeoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir. Fransa ərazisində aparılan elmi axtarışlar zamanı Sent-aşel düşərgəsində kobud çapma alətləri və əl çapacaqları aşkar olunmuşdur. Bu tapıntılar tarixə aşel mədəniyyəti kimi daxil olunmuşdur və ilk dəfə tapıldığı yerin adı ilə adlandırılmışdır. Fransa alimlərinin apardığı elmi tədqiqatlar zamanı aşel mədəniyyətinin bir neçə inkişaf mərhələsi keçməsi müəyyən olunmuşdur. Aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, aşel mədəniyyəti bəşər tarixində 700 min il bundan əvvəl başlanmış və 120 min il bundan qabaq sona çatmışdır. Fransanın Lö-Mustye mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı bəşər tarixi üçün yeni arxeoloji maddi mədəniyyət nümunələri tapılmışdır. Lö-Mustye abidəsinin əmək alətləri tarixə mustye arxeoloji mədəniyyəti kimi daxil olmuşdur. Arxeoloqlar müəyyən etmişlər ki, mustye mədəniyyəti 120 min il bundan əvvəl başlanmış və 35 min il bundan qabaq sona çatmışdır. Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, 35 min il bundan əvvəllərdə mustye mədəniyyətini üst paleolit əvəz etmişdir. Avropa ərazisində üst paleolit mədəniyyəti 4 inkişaf mərhələsindən: orinyak, solyutre, madlen və azildən keçmişdir. 12 min il bundan əvvəllərdə üst paleolit sona çatmış və onu mezolit (orta daş dövrü) əvəz etmişdir. Mezolit dövrünü isə 9-7-ci minilliklərdə mövcud olmuş neolit (yeni daş dövrü) əvəz etmişdir. Qeyd olunan dövrlərdə əsas əmək alətləri və ovçuluq silahları daşdan hazırlandığına görə, insanlığın keçdiyi uzun bir tarixi inkişaf dövrünə daş dövrü adı verilmişdir. Aparılan kompleks arxeoloji tədqiqatlar zamanı hazırda müəyyən olmuşdur ki, bəşər tarixində daş dövrü 6 milyon il bundan əvvəl başlanmış və 7 min il bundan qabaq sona çatmışdır. Daş dövrünü 7-5 minilliklərdə mövcud olmuş eneolit (mis-daş dövrü), mis- daş dövrünü 5-2-ci minilliklərdə mövcud olmuş tunc dövrü əvəz etmişdir və tunc dövrü I minilliyin əvvəllərində sona çatmış, onu dəmir dövrü əvəz etmişdir. Bəşər tarixində sonralar dəmir dövrünü antik dövrü (eradan əvvəl IV və eramızın IV əsri) əvəz etmişdir. Antik dövrü sona çatdıqdan sonra orta əsrlər (V-XVI əsrlər), yeni tarix (XVII-XIX əsrlər) və ən yeni tarixlə (XX əsrdən) əvəz olunmuşdur. Beləliklə, bəşər tarixi uzun bir inkişaf dövrü keçmişdir. Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərinin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Kitabda Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunmuş Olduvay, Aşel, Mustye, Orinyak, So- lyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətlərinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materiallar öz şərhini tapmışdır. Əsərdə respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən bəhs olunur. Eyni zamanda dünyanın ən qədim insan məskənləri olan Olduvay, Türkanə, Azıx, Dmanisi, Vallone, Kondel-Araqo, Lazaret, Ku- daro, Tağlar, Qazma və başqa arxeoloji abidələr haqqında zəngin elmi məlumatlar verilmişdir. İlk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edilmişdir. Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir. COĞRAFİ ŞƏRAİT VƏ QƏDİM İNSAN Aparılan elmi tədqiqatlar göstərir ki, planetimizin ilk sakinləri lap qədim zamanlarda bir yerdə yaşamış, birlikdə yemək, sığınacaq axtarmağa başlamış, vəhşi heyvanlardan qorunmaq, ilk əmək alətləri, ibtidai tikili yerləri hazırlamaq və süni od əldə etmək üçün birlikdə yaşamaq məcburiyyətində qalmışlar. Birgə yaşayış ulu sakinlərimizin qarşısına çıxan çətinlikləri aradan qaldırmağa kömək etmiş və bu günə qədər gəlib çıxmış maddi və mənəvi sərvətlərin yaradılmasına səbəb olmuşdur. Maraqlıdır ki, istər Afrikada, Avropada, Asiyada və istərsə də Azərbaycanda ilk qədim insanlar bir məskəndə - mağaralarda yaşamış, yeməkləri də bir növ - mağara ayıları, nəhəng marallar və təbiətin hazır nemətləri olmuşdur. Onlar özlərinin incəsənət əsərlərini də bir yerə - qayalar üzərinə yazmışlar. İstər Qobustan qayaüstü rəsmləri, Kəlbəcər, Gəmiqaya, Fransa, İtaliya və istərsə də Afrikadakı qayalar üzərinə ulu sakinlərin həkk etdikləri incəsənət əsərləri dediklərimizi bir daha təsdiq edir. Hal-hazırda planetimizdə müxtəlif xalqlar yaşayır. Onların dilləri, məşğuliyyəti, mədəniyyəti, ictimai- iqtisadi quruluşları və dinləri müxtəlifdir. Lakin alimlərin apardıqları elmi tədqiqatlar göstərir ki, ən ulu sakinlərimizin ilkin səhər çağında əmək fəaliyyəti, formalaşma xüsusiyyətləri, çay daşlarından hazırladıqları əmək alətləri 6 milyon il bundan əvvəl tamamilə bir- birinə yaxın və demək olar ki, oxşar olmuşdur. Ən qədim ibtidai insanlar ilk zamanlar çay daşlarından əmək aləti hazırlamış və bu alətlərdən özünün məşğuliyyəti üçün istifadə etməyə başlamışdır. İnsanın özünü də məhz əmək yaratmışdır. Əmək fəaliyyəti nəticəsində ibtidai insanlar heyvanlar aləmindən birdəfəlik ayrılmışlar. Təxminən 6 milyon il bundan əvvəl ibtidai insan adi çay daşını götürüb ondan
Description: