ebook img

Qarabağnamələr. I kitab. PDF

214 Pages·1.882 MB·Azerbaijani
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Qarabağnamələr. I kitab.

QARABAĞNAMƏLƏR MİRZƏ ADIGÖZƏL BƏY QARABAĞNAMƏ MİRZƏ CAMAL CAVANŞİR QARABAĞİ QARABAĞ TARİXİ ƏHMƏD BƏY CAVANŞİR QARABAĞ XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ SİYASİ VƏZİYYƏTİNƏ DAİR Birinci kitab ŞƏRQ-QƏRB BAKI 2006 3 Bu kitab "Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) və "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Akif Fərzəliyev Elmi redaktoru: Nazim Axundov 947.54-dc22 AZE Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 səh. Bu kitabda Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır. ISBN10 9952-34-068-0 ISBN13 978-9952-34-068-6 © "ŞƏRQ-QƏRB", 2006 4 TƏRTİBÇİDƏN Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda Qarabağ tarixinə dair böyük əhəmiyyət kəsb edən onlarla əsər və tarixi sənədlər saxlanılır. Təəssüf ki, Qarabağa göz dikən erməni ekstremistlərinin haqsız tələblərinin cılızlığını və əsassız olduğunu bir daha açıb göstərən və sübuta yetirən bu mənbələrin çoxu çap olunmamış və lazımınca araşdırılmamışdır. Bu boşluğu aradan qaldırmaq üçün "Qarabağnamə"lər adlı bu kitabı üç kitabda çap etməyi nəzərdə tutmuşuq. Birinci kitaba XVIII-XIX əsrlər Qarabağ tarixini əhatə edən üç mənbə daxil edilmişdir. Bunlardan Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" və Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərləri çox az tirajla 1950, 1959, 1961-ci illərdə çapdan çıxmış və indi nadir kitablar sırasına daxildir1. Mirzə Adıgözəl bəy öz əsərini Azərbaycan dilində, Mirzə Camal Cavanşir fars və Əhməd bəy Cavanşir isə rus dillərində yazmışlar. Yuxarıda adı çəkilən müəlliflərin əsərləri Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır. Buraya Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin 1862-1914-cü illərdə üzü köçürülmüş beş əlyazma nüsxəsi 2 , Mirzə Camalın "Qarabağ tarixi"nin 1877-ci ildə katib tərəfindən köçürülmüş M-195 şifrli nüsxələri daxildir. Mirzə Adıgözəl bəyin əsərindən fərqli olaraq, Mir Mehdi Xəzaninin "Qarabağ tarixi"ndə bəzi çox çətin anlaşılacaq yerlərin müasir dilə çevrilməsini nəzərə almasaq, demək olar ki, müəllifin öz dilini saxlamışıq. "Qarabağnamə"lərdə müəlliflər əsasən Qarabağın tarixi coğrafiyasını, etnik tərkibini, Qarabağda və onun ətrafında baş vermiş siyasi hadi- 1 Mirzə Adıgözəl bəy. Qarabağnamə (müqəddimə və Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar V.N.Leviatovundur), Bakı, 1950; Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi (farscadan tərcümə, müqəddimə, qeydlər və adlar göstəricisi. F.Babayevindir), Bakı, 1959; Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair (Əhməd bəy Cavanşirin tərcümeyi-halı, ruscadan tərcümə və qeydlər Ə.B.Şükürzadənindir), Bakı, 1961. 2 Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan nüsxələrin şifrləri bunlardır: B-1150, M-87, B-2382, B-3336, B-6312. 5 sələri, o cümlədən Azərbaycanın bu gözəl, mənzərəli guşəsində tikilib ucaldılan milli abidələrimiz, Qarabağ xanları tərəfindən yeni salınmış yaşayış məskənlərini geniş şəkildə qələmə alırlar. Bu günümüzlə səsləşən ən vacib məsələlərdən biri, ermənilərin bu torpağa sonradan gəlmələri də bu mənbələrdə öz əksini tapmışdır. Məsələn, Dizaq məliki Yegan Qarabağa Loridən qaçıb gəlmişdir. Nadir şaha müticəsinə itaət etdiyinə görə Dizaqda ona məliklik verilmişdir. Vərəndə məliki Şahnəzər Göyçədən, Çiləbörd məliki Allahqulu Mağavizdən, Talış məliki Usub Şirvandan qaçaraq Qarabağda özlərinə sığınacaq tapmış, Nadir şaha qulluqlarına görə Qarabağda məliklik əldə etmişlər. Xaçın isə o dövrdə Yesai Həsən Cəlalyanın (1702-1728-ci illərdə alban katolikosu) övladına verilmişdir1. Buradan aydın olur ki, Allahqulu, Yegan(ə), Şahnəzər, Usub və mənbələrdə adı çəkilən digər Qarabağ məliklərinin əsli-nəsəbi, xristian dinini əldən verməmək üçün erməni dilini qəbul etmiş albanlardırlar. Bu da görkəmli Azərbaycan alimləri akad. Ziya Bünyadovun2, akad. İqrar Əliyevin3 və başqalarının fikirlərini tamamilə bir daha sübut etməyə əsas verir. 1 Mir Mehdi Xəzani. "Kitabi-tarixi Qarabağ", Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutu, B-518 şifrli əlyazma, vər. 13b-17b. 2 Есаи Xacaн Джалалян. Kpaткая история страны Албанской (1702-1722). Предисловие акад. З.Бунятова, 1989, стр. 4 3 Игрaр Aлиeв. Haroрный Kapaбax (история, факты, coбытия), Баку, 1989,стр. 70-75. 6 MİRZƏ ADIGÖZƏL BƏY QARABAĞNAMƏ 7 MİRZƏ ADIGÖZƏL BƏYİN TƏRCÜMEYİ-HALINA AİD MATERİALLAR "Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy öz həyatı haqqında olduqca qısa məlumat verir. Buna görə, onun bu məlumatlarını həyat və fəaliyyətinin müxtəlif dövrlərini işıqlandıran materiallarla tamamlamağı lazım bildik. Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin əlyazısının son səhifələrində öz tərcümeyi-halından bəhs edərkən, Qarabağda anadan olduğunu yazır. Təəssüf ki, hansı ildə anadan olduğunu göstərmir. Lakin tərcümeyi-halında bir sıra faktlara işarə edilmişdir ki, bunlar da onun təxmini olaraq hansı ildə anadan olduğunu təyin etmək üçün imkan verir. Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf yollandı və Tiflis şəhərini tutdu. Bu hadisələr, yəni Şuşanın mühasirəsi 1795-ci ilin yayında, Tiflsin İran qoşunları tərəfindən alınması isə həmin il sentyabr ayının 12-də baş vermişdir. Beləliklə, Mirzə Adıgözəl bəyin 1795-ci ildə məktəbli yaşında, yəni 9 ilə 14 yaşları arasında olduğunu təsəvvür etsək, onun XVIII əsrin səksəninci illərində və daha doğrusu, səksəninci illərin əvvəllərində anadan olduğunu təyin etmək çətin deyildir; çünki tərcümeyi-halda verilən başqa məlumatlardan görünür ki, Mirzə Adıgözəl bəy 1799-cu ilin axırları və 1800-cü ilin əvvəllərində Tiflisdə Gürcüstan padşahı nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Buna görə də, onun bu zaman 18-20 yaşlarında olduğunu güman etmək olar. Yuxarıdakı mülahizələr Mirzə Adıgözəl bəyin yetmişinci illərin sonunda və ya səksəninci illərin başlanğıcında anadan olduğu fikrinin düzgünlüyünü göstərir. Bu zaman Rusiya hökumətinin Azərbaycan xanlıqları ilə olan münasibətində böyük bir dönüş yarandı. II Yekaterina hökuməti Azərbaycan xanlıqlarının işinə getdikcə daha artıq qarışmağa başladı. Nəhayət, səksəninci illərin birinci yarısının sonlarında, Şimali Azərbaycan xanlıqlarını Rusiya ilə birləşdirmək məqsədilə bu xanlıqları öz himayəsi altına almaq siyasətinə keçdi. Quba xanı Fətəli xan qüdrətli Şimal dövləti ilə əlaqə saxlamağın lazım olduğunu hiss edərək, vaxtın tələbinə görə, getdikcə daha artıq Rusiyaya istinad etmək siyasətinə meyil edirdi. Həştərxan və onun vasitəsilə Rusiyanın başqa şəhərləri ilə olduqca möhkəm iqtisadi əlaqələrdə olan Şamaxı, Bakı və Dərbənd tacir və sənətkarlarının mühüm hissəsi ona rəğbət bəsləyirdi. Beləliklə, Adıgözəl bəy hələ fəaliyyətinin ilk zamanlarında Rusiya ilə daha geniş əlaqə saxlamağa cəhd edən və öz nəzərlərini Şimala çevirmiş olan adamlarla yaxınlaşa bilərdi. 8 Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Ağa Məhəmməd şahın qoşunları yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı "İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı tərk edərək Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də, İran qoşunlarının vəhşi hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək Şirvan, Şəki oblastlarına və Gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti kimi, böyük əziyyətlər çəkmişdilər. Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır əziyyətə rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsi çəkdiyi bütün əziyyətlər başqa qaçqınların da başına gəldi. Xalqın geniş təbəqələri İran hakimiyyətinə nifrət edirdilər və ona tabe olmamaq üçün öz əmlak və evlərini, əziz və doğma yurdlarını ataraq yaxınlaşan İran qoşunlarından qaçırdılar. Qarabağın Aran sahələri əhalisinin doğma yurdlarından kütləvi surətdə qaçması, xalq kütlələrinin İran qoşunları basqınına nə cür əlaqə bəslədiyini aydınca göstərir. Bildiyimizə görə, Ağa Məhəmməd şah Rusiya qoşunlarının hərbi - Gürcüstan yolu ilə Gürcüstan əhalisinin köməyinə gələ biləcəyindən qorxaraq, Tiflisdə yalnız 8 gün qalmış və sonra Gəncədən keçərək Muğan düzünə getmişdi. 1796-ci ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1796-cı il yaz fəslinin əvvəllərində Ağa Məhəmməd şah öz qoşunları ilə Astarabad və Xorasana getdi. 1796-cı ilin yayında II Yekaterina hökuməti tərəfindən göndərilmiş Rusiya qoşunları Şimali Azərbaycana daxil oldular. Onlar Quba, Şamaxı, Bakı, Gəncə şəhərlərini tutdular. Lakin həmin 1796-cı ilin payızının axırlarında, II Yekaterinanın ölümündən sonra, I Pavelin fərmanına əsasən, Rusiya qoşunları Azərbaycan torpaqlarından çəkilməyə başladılar və 1797-ci ilin yazında Azərbaycanı tamamilə tərk etdilər. 1797-ci ilin yazında Ağa Məhəmməd şah yenidən Qarabağa soxuldu. 1795-ci ildə, İran qoşunlarının ölkəni tarmar etməsi nəticəsində intişar etmiş aclıq və taun xəstəliyi davam edirdi. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvə və vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək Car vilayətinə çəkildi. Ağa Məhəmməd şah öz qoşunları ilə heç bir maneəyə rast gəlmədən Şuşanı zəbt etdi və 1795-ci ildə Şuşanı müdafiə etmiş şəhər əhalisini və Rusiyaya istinad etmək təmayülü tərəfdarlarını təqib və edam etməyə başladı. Bütün bu müddət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə Gürcüstanda qalmaqda idilər. Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə məlum idi. Yəqin ki, o bu hadisələrin şahidi və iştirakçısı olmuş, müxtəlif adamlarla görüşmüşdü. Doğma vətəninin talan edilməsi, aclıq, əhali 9 kütlələrinin iztirabı, İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər, yəqin ki, Adıgözəl bəyin şüurunda dərin iz buraxmışdı. Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Gürcüstan Rusiya ilə birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırdı. Adıgözəl bəyi Kovalenskiyə nişan verdilər; nazir onu gizli məktublar ilə əlaqədar olan işlər üçün öz yanına xidmətə qəbul etdi. Adıgözəl bəy Kovalenskinin yanında gizli surətdə xidmət edir və donluq alırdı. Adıgözəl bəy bu məxfi vəzifədə, ancaq 1799-cu ilin axırlarında və bütün 1800-cü il boyu xidmət edə bilərdi. Mirzə Adıgözəl bəyin həyatında bu dövrün böyük əhəmiyyəti olmuşdu. Əgər bu vaxta qədər Adıgözəl bəy öz vətənində baş vermiş tarixi hadisələri müşahidə etmək və onlara qiymət verməklə öz siyasi təmayülünü müəyyən etmişdisə, nazir Kovalenskinin yanına xidmətə girdikdən sonra isə, o öz siyasi təmayulünü tamamladı və möhkəmləndirdi. Adıgözəl bəy öz gələcək taleyini Zaqafqaziyada olan Rusiya divanxanası və ordusu ilə əlaqələndirdi. Məlum olduğu kimi, Adıgözəl bəy 1800-cü ildə özünü Rusiya tərəfdarı kimi tanıtdıra bilmişdi. Buna görə, nazir Kovalenski onu inanılmış bir adam sayıb diplomatik işlərlə əlaqədar olan gizli məktubları ona tapşırmışdı. Bu münasibətlə belə bir sual ortaya çıxır: Adıgözəl bəy rus dilini nə vaxt və harada öyrənə bilmişdir? Belə güman etmək olar ki, Adıgözəl bəy nazir Kovalenskinin yanında xidmət edərkən rus dilini başa düşürdü. Ehtimal ki, Adıgözəl bəy rus dilini 1796-1800-cü illər ərzində, Tiflisdə yaşadığı zaman öyrənmişdir. Bu fikir həqiqətə daha yaxındır. 1795-ci ilin payızından başlayaraq Tiflisdə rus qarnizonu dururdu. Təəssüf ki, padşah XII Georginin ölümündən sonra Mirzə Adıgözəl bəyin nazir Kovalenskinin xidmətində olub-olmaması haqqında bir məlumat yoxdur. Bizcə o, bu vəzifədə olmuşdur; çünki Kovalenski Gürcüstanın hökmdarı vəzifəsini ifa etdiyi üçün ona Şərq dillərini bilən adam lazım idi. Lakin Mirzə Adıgözəl bəy Kovalenskinin yanında, onun Gürcüstan idarə işlərini knyaz Sisianova təhvil verənə qədər, yəni 1803-cü ilin fevral ayınadək xidmət edə bilərdi1. Adıgözəl bəyin Gürcüstan canişini və Qafqaz qoşunları komandanı knyaz Sisianovun yanında xidmət etməsi məlum deyildir. Mirzə Adıgözəl bəyin həyatının bu dövrünə aid heç bir sənəd hələ aşkar edilməmişdir. Həyatının bu dövrü haqqında Mirzə Adıgözəl bəy tərcümeyi-halında belə yazır: "Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim". Gürcüstanda Rusiya hakimiyyəti təsdiq olunduqdan sonra o, general-mayor Lisaneviçin yanına xidmətə təyin olunur. 1 AKAK, c. III, sənəd 1, səh. 4. 10 10 "Qafqaz Arxeoqrafiya Komissiyası aktlar"nda nəşr edilmiş sənədlərdən görünür ki, general-mayor Lisaneviç 1811-ci ilin avqust ayında, Pənbək və Şoragil okruqları rəisi vəzifəsində olmaqla, Ərzrum sərəskərinin hərəkatını güdürdü1. Bu vaxt Rusiya ilə Türkiyə arasında müharibə gedirdi. Hərbi əməliyyatın əsas meydanı Dunay çayı ətrafında idi. Lakin Rusiyaya tabe olan Zaqafqaziya torpaqlarına Türkiyə qoşunlarının hücum edə biləcəyi qorxusu olduğu üçün general-mayor Lisaneviçin əsas diqqəti Türkiyənin sərhəd rayonlarında olan osmanlı qoşunlarının hərəkatını izləməyə çevrilmişdi. Lisaneviç sərhədin o tayına kəşfiyyatçılar və casuslar göndərirdi. Belə bir şəraitdə generala mütləq mütərcim-kargüzar lazımdı. Bu vəzifəni Mirzə Adıgözəl bəy ifa edirdi. Mirzə Adıgözəl bəy general Lisaneviçin yanında xeyli vaxt xidmət etmişdir. O, tərcümeyi-halında belə yazır: "On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə menə podporuçik rütbəsi verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim..." Beləliklə, əldə olan məlumatlara əsaslanaraq təsdiq etmək olar ki, general- mayor Lisaneviç və Mirzə Adıgözəl bəyin birgə xidməti 1811 -ci illə 1816-cı illər arasında olmuşdur. General Lisaneviç və Mirzə Adıgözəl bəy 5-6 ilə qədər Pənbək və Şoragil distansiyalarında xidmət etmişdilər. Bu müddət ərzində bu yerlərlə əlaqədar bir çox hadisələr baş vermişdir. Təəssüf ki, Mirzə Adıgözəl bəyin bu distansiyalarda xidməti zamanı ciddi əhəmiyyəti olan işlərdə iştirak etməsi haqqında bilavasitə dəlillər yoxdur. Lakin vəzifəsinin xarakterinə görə, bir mirzə kimi, həmin işlərlə əlaqədar olduğunu güman etmək olar. 1805-1813-cü illər ərzində davam edən birinci Rusiya-İran müharibəsi zamanı, Pənbək və Şoragil İran qoşunlarının basqını nəticəsində, son dərəcədə talan edilmişdi. Əhalinin xeyli hissəsi İran qoşunları tərəfindən cənuba qovulmuş, bəziləri isə hərbi əməliyyat gedən territoriyaları tərk etmişdilər. Okruq rəisi distansiyanı məskun etmək, əkinçiliyi və məskun yerləri bərpa etmək qayğısına qalmalı idi. Hərçənd general-mayor Lisaneviç Azərbaycan dilini bilməklə Azərbaycan əhalisinin etimadını qazanmışdı, lakin bu ailələrin köçürülməsində yerli əhalidən olan və böyük hörmət sahibi Mirzə Adıgözəl bəyin, şübhəsiz ki, böyük xidməti olmuşdur. 1 General Tormasovun 1811-ci il avqustun 13-də general-mayor Lisaneviçə yazdığı 134 Ns-li əmr (AKAK, IV sənəd 1179, səh. 775; 776-cı səhifədəki 1180 nömrəli sənədlə müqayisə edin). 11 1812-ci ilin əvvəllərində İran hökuməti İrəvan sərdarı Hüseynqulu xanın vasitəsilə sülh danışıqlarına başlamaq arzusunda olduğunu bildirdi. Bununla əlaqədar olaraq sərhəd mahalının rəisi general-mayor Lisaneviç sülh danışıqları aparmaq üçün xüsusi məmur göndərilməsi haqqında məktublaşmağa başladı1. Mirzə Adıgözəl bəyin bu işdə iştirakı haqqında bilavasitə məlumat yoxdursa da, şübhəsiz ki, vəzifəsi ilə əlaqədar olaraq o, bu kimi danışıqlarda kənarda dura bilməzdi. 1813-cü ilin oktyabr ayında Qarabağın Gülüstan qəsəbəsində sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən İran hökuməti Dərbənd, Quba, Bakı, Şamaxı, Şəki, Gəncə, Qarabağ və Talış xanlıqlarına qarşı öz tələblərindən imtina etdi. Mirzə Adıgözəl bəyin tərcümeyi-halı və müxtəlif mənbələrdən alınan məlumatlar onun həyatının bu dövrünü daha tam və düzgün təsəvvür etməyə imkan vermir. 1816-cı ilin oktyabr ayında Gürcüstanın2 əlahiddə korpus komandiri vəzifəsinə təyin olunmuş general A.P.Yermolov Tiflisə gəldi və Qafqaz işləri ilə tanış olmağa başladı. General A.P.Yermolov xanlara inanmırdı. O, xan hakimiyyətinin mövcud olmasını rus imperiyası mənafeyinə zidd görürdü və buna görə də gələcəkdə xan hakimiyyətini ləğv edib rus idarəsi qurmağı zəruri hesab edirdi. Qarabağ, Şirvan və Şəki xanlarının hakimiyyəti bu xanlıqların Rusiya təbəəliyinə qəbul edilməsi haqqında 1805-ci ildə bağlanmış müqavilə əsasında təsdiq edildiyi üçün, A.P.Yermolov dərhal öz siyasi məqsədlərinin tətbiqinə başlaya bilməzdi. Əvvəlcə o, xanların yanında Rusiya hökumətinin etimadını qazanmış şəxslər təyin etməklə kifayətləndi. A.P.Yermolov Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xanın yanına göndərdi. Adıgözəl bəyin Qarabağa göndərilməsi 1816-cı ildə A.P.Yermolovun Tehrana səfir təyin edilməsindən bir az əvvəl olmuşdu. Mirzə Adıgözəl bəy tərcümeyi-halında xəbər verir ki, qarabağlı Mehdiqulu xan ona ailəsinin əvvəllərdə sahib olduğu torpaqları qaytardı, yeni malikanələr bağışladı və onu "İyirmi dörd" mahalına naib təyin etdi. "İyirmi dörd" mahalı Qarabağ xanlığının iyirmi iki mahalından biri idi. Yuxarıda göstərilən, tam olmayan məlumatlara əsasən, 1823-cü ildə bu mahalda 155 ailə, hər ailəyə 5 nəfər hesab etmiş olsaq, 800 nəfərə yaxın adam yaşayırdı. Bu mahal Qarabağ xanlığının ən kiçik mahallarından biri idi. Burada 1 Markiz Pauluççinin qraf Rumyantsevə 1812-ci il martın 21-də yazdığı 80 nömrəli məlumat (AKAK, c. V, sənəd 247, səh. 177). 2 General Yermolovun qraf Nesselpoda 1816-cı il noyabrın 19-da yazdığı təliqə (AKAK, c. VI, h.II, sənəd 281, səh.136). 12

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.