Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 fevral 2014-cü il tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir QADIN MƏSLƏHƏTXANALARINDA, AMBULATOR-POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNDƏ ANTENATAL XİDMƏTİN TƏŞKİLİ HAQQINDA TƏLİMAT Bakı - 2014 Təlimat Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun Diridoğulmanın Beynəlxalq Meyarlarına Keçidi üzrə təriflərinə əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün qadın məsləhətxanalarının, ambulator-poliklinik tibb müəssisələrinin mama-ginekoloqları və mamaları üçün tərtib olunmuşdur. Hamilə qadınlara doğuşaqədər göstərilən tibbi xidmət antenatal qulluq olub, reproduktiv sağlamlığın ayrılmaz tərkib hissəsidir. Qadın məsləhətxanaları və ambulator-poliklinik tibb müəssisələri bu yardımın göstərilməsində xüsusi rol oynayaraq, özündə ananın və dölün rifahını təmin etməyə yönəlmiş maarifləndirmə, məsləhətvermə, skrininq və müalicə xidmətlərini birləşdirir. Tərtibatçılar: F.Qurbanova, t.e.d., F.Abbasova, t.f.d., M.Həmzəyev, t.f.d., G.Rzayeva, R.Yusifli, S.İsmayılova, G.Rzayeva, G.Həsənova. Rəyçilər: professor H.Bağırova, t.e.d. desent F.Əliyeva, t.f.d. 2 İxtisarların siyahısı BKİ Bədən kütlə indeksi EKM Ekstrakorporal mayalanma HMK Həkim Məsləhət Komissiyası İİV İnsanimmun çatışmazlığı virusu KP Klinik protokol KSX kənd sahə xəstəxanası LAM laktasion amenoreya ÜST Ümumdünya Səhiyyə Təşkilatı 3 ÜMUMİ MÜDDƏALAR Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəyə, valideynliyə hazırlanmaqda kömək etməkdir. Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamilə qadına dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş tibb heyətinə ayrılır. Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsi müalicə-profılaktika müəssisələri olaraq, müasir tibbi texnologiyalardan istifadə etməklə ambulator mama-ginekoloji xidməti təşkil edir, xüsusi standartlardan istifadə etməklə reproduktiv sağlamlığın mühafızəsi və ailə planlaşdırılması istiqamətində xidmət göstərir. Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsinin əsas göstəriciləri: həm ayrıca hüquqi şəxs kimi, həm də müalicə-profilaktika müəssisəsi nəzdində (doğum evinin, poliklinikanın, tibbi-sanitar hissənin, xəstəxananın və s.) fəaliyyət göstərə bilər fəaliyyətinin təşkili qüvvədə olan normativ hüquqi sənədlərə və hazırkı təlimata əsasən aparılır rəhbərliyi baş həkim (müdir) tərəfindən həyata keçirilir strukturu və ştatları əhalinin sayından, görülən işin həcmindən asılı olaraq müəyyən olunmuş qaydada, qüvvədə olan normativ sənədlərə əsasən baş həkim (müdir) tərəfindən təsdiq edilir (dövlət müəssisələri üçün) rəsmi təsdiq edilmiş hesabat formalarına əsasən müvafiq dövlət qurumlarına, o cümlədən səhiyyənin yuxarı idarəetmə orqanlarına müəyyən olunmuş müddət ərzində qeydiyyat və hesabatlar verir (Əlavə 2) maddi-texniki bazası imkan verdikdə ali və orta tibb təhsili müəssisələri üçün klinik baza kimi istifadə oluna bilər (dövlət 4 müəssisələri üçün tədris otaqlarının şəraitinə uyğun, tam təchizatlı). QADIN MƏSLƏHƏTXANALARININ, AMBULATOR- POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNİN MƏQSƏDLƏRİ Qadın məsləhətxanalarının, ambulator-poliklinik tibb müəssisəsinin məqsədi aşağıdakılardır: əhaliyə müəyyən olunmuş müasir standartlara əsasən təsdiqlənmiş KP uyğun mama-ginekoloji yardımın göstərilməsi yüksək keyfiyyətli tibbi xidmət göndərməklə hamiləlik, doğuş və zahılıq dövrü baş verə biləcək fəsadların qarşısının alınması, ana və uşaqların sağlamlığının mühafizəsi məqsədi ilə hamilə qadınlara dispanser nəzarətinin aparılması qadınlara hamiləlik vaxtı və zahılıq dövründə mamalıq köməyi göstərməklə hamilə qadının doğuşa hazırlaşması, döşlə əmizdirmənin üstünlük və prinsiplərinin təbliğ edilməsi ailə planlaşdırılması xidmətinin təşkil edilməsi, müasir kontrasepsiya metodlarından istifadə etməklə arzuolunmaz hamiləliyin qarşısının alınması, cinsi yolla yoluxan, həmçinin İİV infeksiyalaşma profilaktikasının təşkil edilməsi hamiləliyin patologiyasının, zahılıq dövrü xəstəliklərinin və ginekoloji xəstələrin müalicəsi və profilaktikası üçün müasir diaqnostika və müalicə üsullarından ambulator şəraitdə istifadə olunması ana və uşaqların sağlamlığının mühafizəsi haqqında qanunvericiliyə uyğun olaraq qadınların öz hüquqlarının müdafiəsinin təmin edilməsi hamilə, zahı qadınların və ginekoloji xəstələrin müayinə və müalicəsində ardıcıllığın təmin edilməsi, doğum evi və ya şöbələri, təcili tibbi yardım stansiyaları və şöbələri, poliklinika və uşaq poliklinikaları, eləcə də digər müalicə-profilaktika müəssisələri, vərəm, dəri-zöhrəvi, onkoloji dispanserlər və s. ilə sistematik əlaqəli iş aparılması müasir tibbi texnologiyadan istifadə etməklə vaxtında stasionar müalicə və profilaktikanın həyata keçirilməsi 5 müalicə-profilaktik prosesin effektliliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlərdən istifadə etməklə antenatal xidmətin təkmilləşdirilməsi sanitariya-gigiyenik və epidemiya əleyhinə tədbirləri yerinə yetirməklə infeksiyanın baş verməsi və yayılmasının qarşısının alınması, heyətin və pasiyentin təhlükəsizliyinin qorunması (mövcud qanunvericiliyə əsasən) reproduktiv sağlamlığın mühafizəsi, ana ölümü və perinatal xəstəliklərin profilaktikası haqqında əhalinin sanitar mədəniyyətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi QADIN MƏSLƏHƏTXANALARI VƏ AMBULATOR- POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNİN VƏZİFƏLƏRİ Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsi öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirirlər: hamilə qadın ilkin olaraq tibb müəssisəsinə müraciət etdikdə, ona antenatal xidmət göstərmək və bu xidmətdən yararlandırmaq müəyyən olunmuş standartlara uyğun olaraq ambulator mama- ginekoloji yardım göstərmək (bax: “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”) hamilə qadının qeydiyyatda olduğu ünvan üzrə tibb müəssisəsində nəzarət edilməsi üçün rəsmi surətdə ərizə ilə müraciət etməsinə ehtiyac yoxdur. Lakin hamilə qadın digər qadın məsləhətxanasında nəzarətdə olmaq istədiyi halda müvafiq əmrə uyğun olaraq rəsmi surətdə ərizə ilə müraciət etməlidir hamilə qadına fərdi müşahidə vərəqəsini açmaq, evdə müşahidə vərəqəsini verməklə ona tibb işçisi tərəfindən bütün hamiləlik boyu qeydlərin aparılmasını izah etmək hamiləlik dövründə baş verə biləcək fəsadlar barədə ailə üzvlərini məlumatlandırmaq ambulator şəraitdə dərmanla abort və/və ya vakuum-aspirasiya metodu ilə hamiləliyin süni pozulmasını təşkil etmək tibbi və sosial göstərişlər əsasında hamiləliyin 12 həftəlikdən yuxarı müddətdə pozulması məqsədilə Həkim Məsləhət Komissi-yasının (HMK) qərarı ilə qadını stasionara göndərmək (Əlavə 3 və 4) hamilə, zahı qadınların və ginekoloji xəstələrin müayinə və 6 müalicəsində ardıcıllığı təmin etmək məqsədilə digər tibb müəssisələri ilə sistematik əlaqəli işi təşkil etmək hamilə qadınlara dispanser nəzarətini təmin etmək; “risk qrupu”na daxil olan hamilə qadınları (sosial, bioloji faktorlar, ginekoloji anamnez və ekstragenital xəstəliklər) seçmək və onlarda doğuş və zahılıq dövründə baş verə biləcək fəsadları müəyyən etmək və bunların profilaktikasını aparmaq ekstragenital xəstəliklərlə mamalıq patologiyası olan hamilə qadınları göstəriş olduqda, səhiyyə sisteminin müvafiq səviyyəli tibb müəssisələrinə AZS-027 statistik forması ilə göndərmək; (bax: doğuşayardım müəssisələrinin səviyyələri) hamilə qadınları fiziki və psixoprofilaktik olaraq doğuşa hazırlamaq, göstəriş olduqda hamilə və zahı qadınların evdə patronajını aparmaq və tibbi yardım göstərmək (“valideyn məktəbini” təşkil etmək) (Əlavə 5) müasir tibbi texnologiyadan istifadə etməklə ginekoloji xəstəliklərin müayinə və müalicəsini təşkil etmək qadın məsləhətxanası ilə təcili yardım stansiyaları arasında sıx əlaqələndirməni yaratmaq risk qrupundan olan hamilə qadınların doğuşa yardım tibb müəssisələrinin müvafiq mərhələsində hospitalizasiyasını təmin etmək antenatal qulluq üzrə qeydiyyat və hesabat sənədlərindən istifadə etmək hamilə qadınların qeydiyyata erkən götürülməsinə nail olmaq hamilə qadınlar, zahılar və ginekoloji xəstələrin müvəqqəti iş qabiliyyətinin itirilməsi ekspertizasını təşkil etmək, sağlamlıqla əlaqədar işçinin müvəqqəti və yaxud daimi olaraq başqa işə keçməsini müəyyən etmək, əmək qabiliyyətini daimi itirmiş qadını müəyyən qəbul olunmuş qaydalara uyğun olaraq tibbi- sosial ekspertizaya göndərmək tibbi-sosial və psixoloji köməyi təmin etmək qanunvericiliyə uyğun olaraq həkimlərin və orta tibb işçilərinin ixtisaslarının artırılmasını təşkil etmək öz işinin effektliliyini və tibbi köməyin keyfiyyət göstəricilərinin təhlilini aparmaq, mama-ginekoloji köməyin yaxşılaşdırılması istiqamətində təkliflər vermək 7 QADIN MƏSLƏHƏTXANALARININ VƏ AMBULATOR- POLİKLİNİK TİBB MÜƏSSİSƏLƏRİNİN İŞ REJİMİ Qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsinin qeydiyyat otağında aşağıdakı məlumatlar olmalıdır: bütün ixtisaslar üzrə həkimlərin qəbul saatları müalicə və diaqnostika kabinetlərinin iş rejimi qadın məsləhətxanası və ambulator-poliklinik tibb müəssisəsinin iş saatı (8.00-19.00) Pasiyentlərə həkimin qəbuluna, onlar üçün münasib olan vaxtda əvvəlcədən yazıla bilmək imkanı yaradılmalıdır. Sahə həkimi səhhətinə görə tibb müəssisəsinə gələ bilməyən hamilə, zahı qadınlara və ginekoloji xəstələrə evdə ilkin yardım göstərməlidir, təcili yardım müayinəsinin yarandığı zəruri hallarda isə dərhal həyata keçirilməlidir. Mama-ginekoloji yardımın təşkili üzrə sənədləşmə qəbul edilmiş statistika formaları üzrə aparılmalıdır. “Hamilə qadınlar yaşadığı ərazi üzrə qadın məsləhətxanasında və ya poliklinikada qeydiyyatına alınaraq onlara müvafiq tibbi xidmət göstərilir. Hamilə qadın özəl və digər idarə tabeli tibb müəssisəsinə müraciət etdikdə, həmin qadına antenatal xidmət onun ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata alındığı barədə arayış təqdim edildikdən sonra göstərilir (mövcud qanunvericiliyə əsasən). Həmin tibb müəssisəsi yaşayış ərazisi üzrə poliklinika ilə sıx təmasda olmalı və hamilə qadına göstərdiyi antenatal xidmət barədə hər ayın sonunda qadın məsləhətxanasına məlumat təqdim etməlidir. Bu qrup hamilə qadınlara mübadilə vərəqəsi və analıq məzuniyyəti ərazi üzrə qadın məsləhətxanası tərəfindən verilir. Evdə tibbi yardım, evə çağırış qəbul saatlarının hesabına aparılır (1,25 saat). Həkim xəstəyə baş çəkdikdən sonra “Həkimlərin evə çağırılması üzrə qeydlər kitabı”nda (AZS-031) və “Hamilə və zahı qadınların fərdi müşahidə vərəqəsi”ndə (AZS-11l), “Ambulator xəstələr tibb kartı”nda (AZS-025) müvafiq qeydlər aparır (Əlavə 2). Həkimin təyinatı üzrə müalicə proseduru, eləcə də diaqnostika xarakterli manipulyasiyalar, tibb müəssisəsinə gələ bilməyən pasiyentlərə (qanın ümumi analizi) ev şəraitində orta tibb işçiləri (mama, laborant və s.) tərəfindən həyata keçirilir. 8 Sanitar-maarifləndirmə işi yerli şərait və xüsusiyyətlər nəzərə alınmaqla həkim və mamalar tərəfindən aparılır. Bu işin əsas formaları: fərdi və qrup halında söhbətlər, mühazirələr, sual-cavablar aparmalı, eləcə də nəşr və kütləvi informasiya vasitələrindən istifadə (video, roliklər, bukletlər, vitrajlar, bülletenlər) edilməlidir. Qadınların onların hüquqlarına dair maarifləndirilməsi müəssisənin ştat vahidlərində nəzərdə tutulubsa, tibb müəssisəsinin hüquq məsləhətçisi tərəfindən həyata keçirilir. Hüquq məsləhətçisi öz işində fəaliyyətinə dair normativ hüquqi sənədləri rəhbər tutur. Hüquq məsləhətçisi “Səhiyyə müəssisəsinin hüquq məsləhətçisi, baş hüquq məsləhətçisinin işinin qeydiyyatı kitabı”nı tutur (AZS-087), ailə və nikah haqqında qanunvericiliyin əsasları, qadınlar üçün əmək qanunvericiliyində nəzərdə tutulan güzəştlər haqqında mühazirə və söhbətlər aparır. Həkimlər 5 ildə bir dəfədən az olmayaraq təkmilləşdirmə müəssisələrində mövcud qaydalara uyğun olaraq ixtisaslarını artırmalıdırlar. Həkim tərəfindən yerinə yetirilən işlərin bütün növləri mama- ginekoloqların iş qrafiklərində əks olunmalıdır: məsləhətxanada qəbul, evə çağırış, patronaj, sanitar-maarifləndirmə və digər profilaktik işlər. Həkim “Məsləhətxana, poliklinika (ambulatoriya) həkiminin iş gündəliyi”ni (AZS-039) tərtib edir. Xəstələrin qəbul edilməsi və müalicəsində həkimə sahə maması kömək edir. O, alətləri, tibbi sənədləri hazırlayır, hamilə qadınları tərəzidə çəkir, arterial təzyiqini ölçür, məsləhət və müayinələrə göndəriş verir, qadınların müalicə prosedurunu həyata keçirir. Mama “Məsləhətxana, poliklinika-ambulatoriya orta tibb heyətinin iş gündəliyi”ni (AZS-039-1) tərtib edir, patronajı yerinə yetirir. Əməliyyatönü və əməliyyatdan sonrakı sanitariya və əksepidemik rejim Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən aparılır. HAMİLƏ QADINLARA ANTENATAL TİBBİ XİDMƏTİN TƏŞKİLİ Hamilə qadınlara antenatal xidmətin təşkili zamanı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan aşağıdakı prinsiplər nəzərə alınmalıdır: normal hamiləlik və doğuş zamanı qulluq demedikalizə edilmiş 9 olmalı, əsassız həkim müdaxilələri minimuma endirilməlidir antenatal qulluq uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır antenatal qulluq regionlaşdırılmağa əsaslanmalıdır – tibb müəssisələrinin səviyyəsinə görə müəyyən olunmalıdır; risk qrupuna daxil olan qadınlara antenatal xidmət III səviyyəli doğuşayardım müəssisəsinin ambulator-poliklinika şöbələrində aparılmalıdır antenatal qulluq elmi sübutlara əsaslanmalıdır antenatal qulluğa, lazım gəldikdə, müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunmalıdır antenatal qulluq tam olmalıdır antenatal qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır hamilə qadın göstəriləcək yardımla bağlı qərar qəbul edilərkən bu prosesdə özü iştirak etməlidir; qadın ağır vəziyyətdə (huşsuz) olarsa qərarı ailə üzvləri verir hamilə qadına göstərilən yardım cəmiyyətin mədəni adət- ənənələri ilə uzlaşmalıdır hamilə qadına yardım müsbət psixoemosional əhval-ruhiyyənin yaradılması, qadın mənliyinə hörmət və məxfilik prinsiplərinə əsaslanaraq qurulmalıdır yüksək risk qrupundan olan hamilə qadında hamiləliyinin saxlanılmasının məqsədəuyğun olması haqda rəy HMK (Həkim məsləhət komissiyası) tərəfindən stasionarda verilməlidir risk qrupuna daxil olan hamilə qadınlara “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”a uyğun əlavə qulluq tələb olunur. hamilə qadına göstərilən yardım mərhələləşdirilməlidir və tibb müəssisələrinin səviyyəsinə görə bölünməlidir Risk qrupuna daxildir: I. Sosial-bioloji faktorlar: yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilə qadınlar atanın yaşı 40-dan yuxarı BKİ <18, BKİ >30 zərərli vərdişlər II. II. Mama-ginekoloji anamnez: doğuşların sayı 4 və daha çox olan hamilə qadınlar təkrari və ya fəsadlaşmış abortlar 10
Description: