ISSN 2221-8432 ÀÇßÐÁÀÉÚÀÍ ÐÅÑÏÓÁËÈÊÀÑÛ ÒßÙÑÈË ÍÀÇÈÐËÈÉÈ ÁÀÊÛ ÑËÀÂÉÀÍ ÓÍÈÂÅÐÑÈÒÅÒÈ ЩУМАНИТАР ЕЛМЛЯРИН ЮЙРЯНИЛМЯСИНИН АКТУАЛ ПРОБЛЕМЛЯРИ Али мяктяблярарасы елми мягаляляр мяъмуяси АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ИЗУЧЕНИЯ ГУМАНИТАРНЫХ НАУК Межвузовский сборник научных статей THE ACTUAL PROBLEMS OF STUDY OF HUMANITIES Interuniversity collection of scientific articles ¹2 2016 Ìÿúìóÿ 1997-úè èëäÿí íÿøð îëóíóð. Ðåäàêñèéàíûí öíâàíû: Bakı шящ., Rəsul Rza kцч., 125 Èëäÿ 4 íþìðÿ ÷ûõûð. Tel.: 596 21 44; 4970625 Факс: 5962144 e-mail: [email protected] www.mutercim.az Áàêû — 2016 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри Рцблцк елми няшр Редаксийа щейяти: Дилчилик Ядябиййатшцнаслыг филол. е. д., проф. А.М.Мяммядли филол. е. д., проф. А.А.Щаъыйев филол. е. д., проф. А.Я.Щясянов филол. е. д., проф. М.Г.Гоъайев филол. е. д., проф. Т.Щ.Шцкцрбяйли филол. е. д., проф. Ш.H.Хялилли филол. е. д., проф. Т.Щ.Мяммядова филол. е. д., проф. Р.М.Гейбуллайева филол. е. д., проф. Ф.Й.Вейсялли филол. е. д., проф. Н.Т.Мяммядов филол. е. д., проф. Д.Н.Йунусов филол. e. d., дос. Р.К.Рясулов филол. е. d., dos. Н.Ш.Мяммядов филол. f. d., дос. И.М.Ъарчыйева филол. f. d., дос. Е.Я.Шцкцрлц филол. f. d., дос. Ə.Ç.Ağamirzəyev Педагоэика Иътимаи елмляр пед. е. д., проф. А.Н.Аббасов фялсяфя е.д., проф. М.А.Ялийев пед. е. д., проф. О.М.Ряъябов фялсяфя е.д., проф. Ъ.Р.Мяммядов пед. е. д., prof. Ф.Н.Ибращимов тарих е.д., проф. Ф.Ф.Ибращимли пед. е. д. К.А.Мяммядов тарих е.д., проф. M.İ.Əmrahov пед. е. д. И.Щ.Ъябрайылов психол. е.д., проф. И.М.Новрузлу пед. f. d., дос. О.Я.Сямядов пед. f. d., дос. Й.К.Алхасов пед. f. d., дос. А.Э.Мяммядов Бурахылыша мясул. филол.е.д., проф. Т.Щ.Ъяфяров Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри. Али мяктяблярарасы елми мягаляляр мяъмуяси. № 2/2016. – Бакы: Мцтяръим, 2016. – 412 s. Məcmuə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Сборник включен в Перечень рекомендуемых научных журналов, в которых должны быть опубликованы основные научные результаты диссертаций Высшей аттестационной комиссией при Президенте Азербайджанской Республики. © Мягаля мцяллифляри, 2016 © “Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри” мяъмуяси редаксийасы, 2016 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2/ 2016 ДИЛЧИЛИК - ЛИНГВИСТИКА Y.M.ABBASOVA filologiya üzrə fəlsəfə doktoru Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı şəh., İstiqlaliyyət küç., 6.) İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ TABELİ MÜRƏKKƏB CÜMLƏNİN KOMPONENTLƏRİNİ BAĞLAYAN VASİTƏLƏR Açar sözlər: mübtəda budaq cümləsi, predikative budaq cümləsi, tamamlıq budaq cümləsi, zərflik budaq cümləsi, təyin budaq cümləsi Ключевые слова: инфинитив в роли дополнения, инфинитив в роли подлежащего, продол- жительный инфинитив, перфектный инфинитив Key words: The subject Subordinate Clause, The predicative Subordinate clause, The object Subordinate clause, adverbial Subordinate clauses, The attributive clause Müasir Azərbaycan dilində olduğu kimi, ingilis dilində də bəzən bir tabeli mürəkkəb cümlədə bir neçə budaq cümlə işlənə bilər. Burada iki hal mümkündür, budaq cümlələr ya eyni, yaxud da müxtəlif qrammatik funksiya daşıyır. Tabeli mürəkkəb cümlənin tərkibindəki cümlələr eyni qrammatik funksiya daşıyarkən, onlar bir qayda olaraq, and bağlayıcısı ilə bir-birinə bağlanır və budaq cümlələrin hamısı baş cümlə ilə bilavasitə əlaqədə olur. Məsələn: I very well know that I am a week, light, girlish, creature, and that he is a firm, grave, serious man. Tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan budaq cümlələr müxtəlif qrammatik funksiya daşıyarkən, onlardan biri baş cümlə ilə bilavasitə əlaqədə olur, qalanları isə biri digərini səciyyələndirir, təyin edir. Bu növ budaq cümlələr baş cümlə ilə bilavasitə əlaqədə olur. Məsələn:When a Small Sum of money which he brought with him from London come to an end he suffered from no dismay. Müasir ingilis dilində mövcud olan budaq cümlələr baş cümləyə münasibət baxımından müxtəlif funksiya daşıyır. Budaq cümlələrin daşıdığı sintaktik funksiyalar, təxminən cümlə üzvlərinə uyğun gəlir. Buna müvafiq olaraq budaq cümlələr aşağıdakı qruplara ayrılır. 1) Mübtəda budaq cümləsi; 2) predikativ budaq cümləsi; 3) tamamlıq budaq cümləsi; 4) zərflik budaq cümləsi; 5) təyin budaq cümləsi. Tabeli mürəkkəb cümlə tərkibində mübtəda funksiyası daşıyan budaq cümləyə mübtəda budaq cümləsi baş cümləyə aşağıdakı vasitələrlə bağlanır: 1) Bağlayıcılarla: that, if, whether; 2) Bağlayıcı əvəzliklərlə: who, what, which, whoever, whatever; 3) Bağlayıcı zərflərlə; when, where, how, why, məsələn: What I do ask you is to love me and hare faith in love 2) What unimpressed me most was Cyprus avenue. Tərkibində mübtəda budaq cümləsi olan tabeli mürəkkəb cümlələr müasir ingilis dili üçün xüsusiyyət təşkil edir, bu növ cümlələrdə baş və budaq cümlələr arasında qəti olaraq Sərhəd 3 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2 / 2016 qoymaq olmur. Çünki budaq cümlə tabeli mürəkkəb cümlənin mübtədası olur. Beləliklə, budaq cümləni tabeli mürəkkəb cümlədən ayırdıqda cümlə mübtədasız qalır. Mübtədasız isə cümlənin varlığından danışmaq olmaz. Buna görə də tərkibində mübtəda budaq cümləsi olan tabeli mürəkkəb cümlələri qəti olaraq iki hissəyə - baş və budaq cümləyə ayırmaq olmaz. Müasir ingilis dilində tərkibində mübtəda budaq cümləsi olan tabeli mürəkkəb cümlələr bəzən formal it əvəzliyi ilə başlanır. Bu halda onları baş və budaq olmaqla iki hissəyə ayırmaq olur. Burada mübtəda budaq cümləsi baş cümlədən sonra olunur, məsələn: lt wasn’t personal what I felt, Kit protested. (Lindsay) lt was known where Stickland was staying. Mübtəda budaq cümləsi ilə baş cümlə arasında vergül qoyulmur. Tabeli mürəkkəb cümlə tərkibində predikativ funksiyası daşıyan budaq cümləyə predikativ budaq cümləsi deyilir. Predikativ budaq cümləsi baş cümləyə aşağıdakı vasitələrlə bağlanır. 1) bağlayıcılarla: that, if, whether, as if 2) bağlayıcı əvəzliklərlə: who, what, which 3) bağlayıcı zərflərlə: when, where, how, why Məsələn: “And that is what I must do,” (London) That’s where he’s been so artful. (mougham), the truth was that l’d already had a very stiff lesson in economics. (Braine) What I want to know is whether you have lost faith in me. (London). Tamamlıq ifadə edilmiş xəbərini tamamlayır. Məsələn: I don’t know what she will say to me (wilde). I know that Peggotty would come to me in my room. (Dickeus) Tamamlıq budaq cümləsi bəzən (1) felin şəxssiz formasına, (2) sifətə və ya (3) vəziyyət bildirən sözə aid ola bilir, onların mənasını tamamlayır. Məsələn: 1) I kept silence for a little while, thinking of what Stroeve had hold me (Maugham). 2) Soames averted his eyes and became conscious that winifred and he were alone. (Galsworthy) 3) “I am afraid I must be going, Basil ” he murmured (Wilde). Tamamlıq budaq cümləsi baş cümləyə aşağıdakı vasitələrlə bağlanır: 1) bağlayıcılarla: that, whether, if, lest; 2) bağlayıcı əvəzliklərlə: who, what, which; 3) bağlayıcı zərflərlə: when, where, how, why Məsələn: I suddenly remembered that I should after my hand (Braine). She know what he was thinking (Galsworthy). I do not know why captain Nichols first left England (Maugham). (3) zərfə aid olaraq işlənə bilir. Məsələn: 1) She spoke of me as her dearest friend did. 2) I was very young when I wrote my first book (Maugham). 3) Susan was already there when I reached the Grand (Braine). Zərflik budaq cümlələri, bir qayda olaraq, baş cümləyə tabelilik əlaqəsi bildirən bağ- layıcılarla bağlanır. Şərt budaq cümlələri isə baş cümləyə həm bağlayıcı ilə, həm də bağ- layıcısız bağlana bilir. Müasir Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində əksər zərflik budaq cümlələr baş cümlədən həm əvvəl, həm də sonra işlənə bilir. I shall see him if he come – If he comes, I shall see him zaman budaq cümləsi baş cümlədəki hərəkətin zamanını bildirir və baş cümləyə when, while, till until, as, as soon as, as long as, since, after, before, whenever və s. bağlayıcılar ilə bağlanır. 4 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2/ 2016 Məsələn: When we were in the taxi, she gave me another long look (Braine). I did till I got to know him better (Voynich). Yer budaq cümləsi baş cümlədəki hərəkətin icra yerini bildirir. Bu qəbildən olan budaq cümlələr baş cümləyə where və ya wherever bağlayıcıları vasitəsilə bağlanır. Məsələn: I looked where he pointed. You stood where she had left him (Galsworthy). Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin səbəbini bildirir. Bu növ budaq cümlələr baş cümləyə because, since, as, for the reason that, seeing that və s. bağlayıcılarla bağlanır. Məsələn: I gave him my hand, of course because I could not help it,... (Stevenson). Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin icra məqsədini bildirir. Bu növ budaq cümlələr baş cümləyə that, in order that, so that, lest bağlayıcılarla bağlanır. Məsələn: He drew the blanket over his head that he night not hear (Voynich). Nəticə budaq cümləsi baş cümlədəki hərəkətin nəticəsini bildirir və baş cümləyə so, that (so... that) bağlayıcısı vasitəsilə bağlanır. Məsələn: He turned so suddenly that she started. I left so tired that I could have come to sleep on the floor (Braine). Müqayisə budaq cümləsi baş cümlədəki hərəkətlə budaq cümlədəki hərəkətin müqayisəsini bildirir. Bu növ budaq cümlələr baş cümləyə than, as, as... as, not so.., as, as if, as though, the more... the more, the more.., the less bağlayıcıları vasitəsilə bağlanır. Məsələn: I held it to his month as though he were a child (Maugham). I left the flat before alice as I generally did (Braine). Şərt budaq cümləsi baş cümləsi baş cümlədəki hərəkətin icra şərtini bildirir. Bu cümlələr baş cümləyə if, unless, suppose, on condition, provided və s. bağlayıcılarla bağlanır. Məsələn: If I do anything, I have a reason for it (Voynich). Güzəşt budaq cümləsi baş cümlədə yürüdülən fikrə qarşı duran və ya ona güzəşt gedən fikri ifadə edir. Bu növ budaq cümlələr baş cümləyə though, although, as, even if, even though, however, whoever, whatever, whichever və s. bağlayıcılarla bağlanır. Məsələn: Whatever my suggestions were, Hoylark would listen to them (Braine). Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrin bütöv bir fikri ifadə etməsi üçün onların tabelilik əlaqəsində birləşməsi zəruridir. Sadə cümlələr arasında tabelilik əlaqəsi isə müxtəlif vasitələrlə formalaşır. Həmin vasitələr bağlayıcı, bağlayıcı söz, ədat, şərt şəkilçisi və informasiyadan ibarətdir. 1) Tabeli mürəkkəb cümlənin komponentlərinin bağlanmasında tabelilik bağlayıcıları mühüm rol oynayır. Həmin bağlayıcıların bəzisi müəyyən budaq cümlə növünə uyğundursa, bəziləri bir sıra budaq cümlə növünə müvafiq gəlir. Tabelilik bağlayıcıları təkcə baş və budaq cümlələrin arasında deyil, baş və budaq cümlənin içərisində işləndikdə də özünün bağlama funksiyasını yerinə yetirə bilir. Bağlayıcı bəzən baş, bəzən də budaq cümlə ilə birlikdə tələffüz edilir və ondan sonra tabelilik əlaqəsi üçün səciyyəvi olan fasilə edilir. Bağlayıcılar bəzən bağlandıqları vahidlərin səciyyəsinə uyğun sözlərlə birləşib mürəkkəb bağlayıcı əmələ gətirir. Bağlayıcıların bu xüsusiyyəti tabeli mürəkkəb cümlədə də özünü göstərir. 1. ki bağlayıcısı. Bu bağlayıcı başqalarından özünün çox funksiyalılığı ilə fərqlənir. Yəni ki, bağlayıcısı tabeli mürəkkəb cümlələrin daha çox növündə işlənir. Ki bağlayıcısı həm baş cümlədən, həm də budaq cümlədən əvvəl, həm də baş cümlənin içərisində işlənə bilər. 1) Şübhəsizdir ki, hacının və onun himayə etdiyi müsəlman xalqının barəsində olan səmimi hörmətim məni böyük bir təşəbbüsə məcbur etmişdir (M.S.Ordubadi). 2) Mənim təklifim budur ki, elə bu ildən çarpaz becərmə üsüluna keçək (İ.Şıxlı). 2. Tabeli mürəkkəb cümlələrin qurulmasında bağlayıcı sözlərin rolu. Bağlayıcı sözlər həm ki bağlayıcısı, həm sa/sə şərt şəkilçisi ilə, həm də müstəqil bağ- lama vasitəsi kimi işlənir. Bağlayıcı tabeli mürəkkəb cümlədə formal cəhətdən bir növ “sual- cavab” şəklində işlənir. “Sual” şəkli budaq cümlədə, “cavab” şəkli isə baş cümlədə olur. Bağ- 5 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2 / 2016 layıcı sözlər tabeli mürəkkəb cümlənin sadə cümləyə çevrilə bilən növlərində işlənir. Mə- sələn: Kim oxucunun ürəyinə yol tapa bilmirsə, o müasir dövrün tələblərinə cavab verə bilmir. 3. Tabeli mürəkkəb cümlənin komponentlərinin bir-birinə bağlanmasında ədatlardan da istifadə olunur. Bunlardan sa/sə (isə) ədatı təkcə şərt deyil, mübtəda, tamamlıq, zaman, kəmiyyət, tərz, yer, müqayisə, qarşılaşdırma və qoşulma budaq cümlələrin də baş cümləyə bağlanmasına xidmət edir. Kim burdan getmək istəyirsə, əlini qaldırsın (Ə.Sadiq). 4. Tabeli mürəkkəb cümlənin qurulmasında informasiyanın rolu. Tabelilik informasiyası tabeli mürəkkəb cümlənin hər bir budaq cümlə növündə səciyyəvi ölçüyə malikdir. Budaq cümlələrin bəzi nümunələri heç bir xüsusi əlamət olmadan yalnız informasiya vasitəsilə də bir-birindən fərqlənir. Hər kişinin işi deyil, belə şərəfə nail olsun; Nə vaxtdır yolunu gözləyirik (H.Abbaszadə). Tabeli mürəkkəb cümlənin çox zəngin semantik və quruluş xüsusiyyətləri onun ayrı- ayrı budaq cümlələrində öz əksini tapır. Yəni hər bir budaq cümlə üçün səciyyəvi olan xüsusiyyətlər bütünlükdə tabeli mürəkkəb cümlənin fərqləndirici əlamətlərinin təşkil edir. Ədəbiyyat 1. Müasir Azərbaycan dili III cild Sintaksis. Bakı, 1981. 2. Məmmədov J. Azərbaycan dilinin semantikası. Bakı, 2016. 3. Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 2007. 4. Kaushanskaya V,L.et al Q. Grammar of the English Language, I 1973. 5. Lelish B.History of the English language. Leningrad, 1972. 6. Dəmirçizadə Ə.Müasir Azərbaycan dili. Bakı, 1972. 7. Cəfərov C. Müasir Azərbaycan dili. Bakı, 1988. Э.М.Аббасова Средства, связывающие компоненты сложноподчиненных предложений Резюме В настоящей статье, очень богатые семантические и структурные характеристики сложноподчиненного предложения находят свое отражение в его отдельных придаточных предложениях. То есть, специфические особенности каждого придаточного предложения в целом составляют отличительные признаки сложноподчиненного предложения. В связи с тем, что сложноподчиненное предложение, являясь сочетанием простых предложений, охватывает несколько простых предложений, каждый член простого предложения в сложноподчиненном предложении увеличивается и поднимается до уровня простого предложения. Таким образом, при образовании простого предложения из слов и словосочетаний, сложноподчиненное предложение в целом составляется из простых предложений. E.M.Abbasova Means connecting the components of complex subordinate clauses in English and Azerbaijan languages Summary In current article rich semantic and setting peculiarities of complex subordinate clauses are reflected in different subordinate clauses of it. However, specific peculiarities for each subordinate clauses contain the different signs of complex subordinate clause in full. Because of complex subordinate clause is a big unit from simple clause and covers several simple clause, each member of simple clause expands in complex subordinate clause and raise to the level of simple clause. So, in case simple clause contains word or phrases, complex subordinate clause is structured from simple clauses in full. Rəyçi: filol.f.d., dos. B.Səmədov Redaksiyaya daxil olub: 28.04.2016 6 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2/ 2016 N.A.AĞAYEVA Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı şəh., İstiqlaliyyət küç., 6.) QƏDİM ROMA, YUNAN VƏ AMERİKA MƏNŞƏLİ FRAZEOLOGİZMLƏR VƏ ONLARIN İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏKİ ROLU Açar sözlər: frazeologizm, sinxronik, folklor, komponent, lüğət tərkibi Ключевые слова: фразеологизм, синхронный, фольклор, компонент, словарный состав Key words: frazeologizm, synchronistic, folklore, components, vocabulary İngilis dilinin frazeologizmlərinin əmələgəlmə mənbəyi, əsasən, xalq danışıq dili, yazılı ədəbiyyat və folklor olmuşdur. XX əsrin əvvəllərində frazeologiya məsələləri ilə ilk dəfə Şarl Balli məşğul olmuşdur. O, dilçilik tarixində birinci olaraq frazeologiyanı leksikologiyanın müstəqil şöbəsi kimi müəy- yənləşdirmişdir. Ş. Balli nitqdə iki növ söz birləşmələrinin olduğunu müşahidə etmiş, bunlar- dan sabit söz birləşmələrinin sirri onu xüsusi olaraq maraqlandırmışdır. Bu növ birləşmələri frazeoloji qrup adlandıraraq onları sinxronik planda şərh etməyə çalışmışdır. Şarl Balli dildə sabitləşən söz birləşmələrini “frazeoloji ifadə”, onlardan nisbi müstəqil- liyini saxlayan sözlərin iştirakı ilə düzələn söz birləşmələrini “frazeoloji qrup”, elementləri tamamilə bir-birilə əlaqədar olan söz birləşmələrini “frazeoloji bitişmə” adlandırmışdır. Bun- lardan başqa, görkəmli dilçi, Ş. Balli “ara tip” adlı qrupu da qeyd etmişdir. (11, s. 32) Ş. Balli frazeoloji birləşmələrin əlamətini müəyyənləşdirməkdə birləşmənin həm zahiri, həm də daxili cəhətinə nəzər yetirməyi mühüm şərt hesab edirdi. O, sabit söz birləşmələrini öz əsərində leksik semantik və üslubi-məna cəhətdən şərh etmişdir. Dilçilik tarixində sabit söz birləşmələrinə bu şəkildə yanaşmaq tamamilə yeni idi. Ş.Ballinin nəzəriyyəsi frazeologiyanın inkişafına böyük təsir göstərmişdir. Ş.Balli özünün “Üslubiyyatın xülasəsi” kitabında söz birləşmələrinin ilk təsnifatını verərək yazırdı ki, dildə bir sıra sözlər başqa sözlərə nisbətən bir-biri ilə daha sıx bağlılığa meyl edir. Ş.Balli söz birləşmələrini dörd qrupa bölür: 1)sərbəst söz birləşmələri, 2)adi birləşmələr, 3)frazeoloji qrup, 4)frazeoloji birləşmələr. (11, s. 134) 1. Sərbəst söz birləşmələri – bu cür birləşmələrin hər bir üzvi ayrılıqda olduğu kimi birləşmə daxilində də öz müsətqilliyini saxlayır və parçalana bilir. 2. Adi birləşmələr – bu söz birləş- mələrinin tərkibindəki sözlər qismən müstəqildir. Adi birləşmələrin tərkibində bəzi dəyi- şikliklər etmək mümkündür. 3. Frazeoloji qrup – bu söz birləşmələri nisbi müstəqilliyini sax- layan sözlərin köməyi ilə düzəlir. Frazeoloji qruplarda komponentlərin yenidən qruplaşdı- rılması mümkündür. Onun komponentlərinin qismən başqa sözlə əvəz edilməsinə yol verilir. 4. Frazeoloji birləşmələr – elementləri tamamilə bir-biri ilə sıx əlaqədə olan birləşmələrdir. Bu cür söz birləşmələrinin tərkibindəki sözlər öz mənalarını itirərək, birlikdə ümumi bir məna ifadə edir. Frazeoloji birləşmələrin komponentlərinin dəyişdirilməsi qeyri-mümkündür. Müasir dövrdə elə bir dil yoxdur ki, onun lüğət tərkibi yalnız öz frazeoloji birləşmələrindən ibarət olsun. Müasir inkişafla əlaqədar olaraq xalqlar bir-biri ilə elmi, mədəni, siyasi, iqtisadi cəhətdən sıx əlaqədardır. Bu dillərin yaxınlaşması, birinin digərinə frazeoloji birləşmə vermək üçün zəmin yaradır. Bir dildən başqa bir dilə keçən, müxtəlif xalqların bir-biri ilə sıx əlaqəsi, əmək fəaliyyəti, elm və incəsənətin inkişafı nəticəsində əmələ gələn frazeologizmlər bey- nəlxalq frazeologizmlər adlanır. İngilis dili frazeologizmlərinin əksəriyyəti Qədim Roma və Yunan ədəbiyyatlarından götürülmüşdür. Bu frazeologizmlər aşağıdakılardır: The golden age “qızıl əsr” (bu frazeologizm yunan yazıçısı Qesiodun poemasından götürülmüşdür. Bu poemada Saturun əsri təsvir olunmuşdur ki, bu əsrdə insanlar qayğısız, rahat, müharibəsiz 7 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2 / 2016 həyat keçirmişlər); a labor of Hercules “Herkules əməyi” (həddindən artıq çətin iş); Lares and Penates “larlar və penatlar” (dindar ailə); Achilles’ heel “axilles dabanı” (yeganə ən zəif yer); Augean stables “avgi tövlələri” (bərbad, çirkin, baximsiz, xaraba qalmış bir yer); a labour of Sisyphus “sizif əməyi” (ağır və faydasız əmək). Homerin “İlliada” və “Odissea” poema- larından və digər əfsanələrdən götürülmüş frazeologizmlərdən: Homeric laughter “qəhqəhə ilə gülüş”, “qəhqəhə çalıb gülmək”; a sardromic laugh “acı gülüş”, “istehzalı gülüş”; winged words “qanadlı sözlər”; between Scylla and Charybdis “iki od arasında qalmaq”, “çıxılmaz vəziyyətdə qalmaq”; on the knees of the Gods “bir Allah bilir.Yunan tarixindən, Ezop və digər əfsanələrdən götürülmüş frazeologizmlər: to blow hot and cold “ikili mövqe tutmaq” (Ezop əfsanələri); the lion`s share “ən yaxşı hissə”, “ən çox hissə”; the last straw “səbr kasası dolmaq”; to nourish a viper in one`s bosom “qoynunda ilan bəsləmək”; to take time by the forelock “fürsətdən istifadə etmək”; to call a spade a spade “necə var, elə demək” (Plutarx ); the Gordian knot “dolaşıq iş”, “müşkül məsələ”, “əngəl”; the unwritten law “yazılmamış qanun”; Platonic love “plotonik sevgi” (filosof Platonun yaradıcılığından götürülmüş fra- zeologizm). (8, s. 17) İngilis dili frazeologizmlərinin çoxu Qədim Romaya aiddir. Bu fraze- ologizmlər Qədim Roma tarixindən, Qədim Roma yazıçılarının əsərlərindən götürülmüşdür. İngilis dilində istifadə olunan bu frazeologizmlər aşağıdakılardır: The watches of the night “dəqiq vaxt”; a snake in the grass “əfi ilan” (məkirli, hiyləgər insan); the sinews of war “pul”, “maddi vəsait”; a bed of rose “xoşbəxt, dinc həyat” (Qədim Romada zənginlərin oturduqları yerlərə qızılgül ləçəkləri səpirdilər); the die is cast “püşk atılmışdır”, “qərar qəbul edilmişdir” (Sezarın yürüşləri ilə bağlı yaranmış frazeologizm); be (turn) thumbs down “əlehinə olmaq”, “qadağan etmək”; be (turn) thumbs up “lehinə olmaq” “həvəsləndirmək” (döyüşdə qalib gələn qladiatorun həyatı imperatorun əl işarələrindən aslı idi, yəni böyük barmağı aşağı salmaq ölüm, yuxarı qaldırmaq isəyaşamaq deməkdir). İngilis frazeologizmlərinin çoxu İngiltərəyə ABŞ-dan gətirilmişdir. Bunların sırasına aşağıdakı frazeologizmləri aid etmək olar: Bread- and-butter letter “təşəkkür məktubu”, cut no ice “əhəmiyyət olmamaq; a hard row to hoe “çətin tapşırıq”, “çətin iş”; in the soup “çətin vəziyyətdə”; to make a monkey out of somebody “bir kəsi ələ salmaq”; to make the fur fly “səs-küy salmaq”,“dava salmaq”; on the level “vicdanlı”, “namuslu”; spill the beans “ağızdan qaçırtmaq”, “sirri vermək”; strike oil “uğur qazanmaq”; to take back seat “çəkinmək”, “gözdən itmək”; you bet! “əmin olun”; fly off the handle “özündən çıxmaq”, “hirslənmək”.Amerika mənşəli frazeologizmlərin müəyyən bir qismini Amerika bədii ədəbiyyatından alınmış frazeologizmlər təşkil edir. Amerikalı yazıçıların əsərlərdən alınmış frazeologizmlər ingilis dilinin lüğət tərkibinə daxil olmuş və hal-hazırda da ingilislər tərəfindən geniş istifadə olunur. Bunlara aşağıdakı frazeolgizmləri misal göstərmək olar: Vaşinqton İrvinq (XVIII əsr) – A Rip Van Winkle “Rip Van Vinkl”, “irticaçı”, “köhnəpərəst”, “tərəqqi düşməni”. Fenimor Kuper (XIX əsr) –bury the hatchet “sülh bağlamaq”, “barışmaq”; dig up the hatchet “müharibəyə başalmaq”.Q. Lonqfello (XIX əsr) – ships that pass in the night “təsadüfi görüş”(Tales of Wayside Inn); smoke the pipe of peace “barışmaq” (The Song of Hiawtha) Ralf Voldo Emerson (XIX əsr) – hitch one`s wagon to a star “xəyala dalmaq”(Society and Solitude). Cek London (XX əsr) – the iron heel “dəmir daban”, “imperializm” (romanın adı) Marqaret Mitçell (XX əsr) – gone with the wind “mövcud olmayan”, izsiz itən” (romanın adı). İngilis dili frazeologizmlərinin müəyyən bir qismini ingilis ədəbiyyatından götürülmüş frazeologizmlər təşkil edir. Onların əksəriyyəti görkəmli yazıçı V.Şekspirin əsərlərindən alınmış frazeologizmlərdir. Onlara misal olaraq aşağıdakı frazeologizmləri göstərmək olar:To make assurance double sure “daha etibarlı olmaq üçün” ;the milk of human kindness “mərhəmət”; to screw one`s courage to the sticking place “cəsarət etmək”, “ürəklənmək”; (“Macbeth”). The observed of all observers “diqqət mərkəzi”; germane to the matter “mətləbə keçin”; (“Hamlet”). The green-eyed monster “qısqanclıq”; the seam side “xoşagəlməyən tərəf”, “bir şeyin iç üzü”; to wear one`s heart upon 8 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2/ 2016 one`s sleeve “öz hisslərini göstərmək”, (~ ürəyiaçıq); the pity of it! “çox heyf! ”(“Othello). Beləliklə yuxarda göstərdiyimiz frazeologizmlərin ingilis dilinin lüğət tərkibinin frazeologizmlərlə zənginləşməsində çox böyük rolu olmuşdur. Ədəbiyyat 1. Амосова Н. Н. Основы английской фразеологии. Л.,1963 səh 8-10. 2. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978. səh 4-67. 3.Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962. səh 59-62. 4.Hacıyeva Ə.H.,Hacıyeva A.K.İngiliscə-azərbaycanca frazeoloji lüğət B, 2006.8 s. 5.Həsənov H. Azərbaycan dilinin frazeologiyası. Bakı,1979 səh 2-9 6. Кунин А. В. Английская фразеология. М., 1970. səh 7-12; səh 190-206. 7. Кунин А.В. Большой англо- русский фразеологический словарь, М., 2005. 8. Кунин А.В.Фразеология современного английского языка,М,1972.səh 34-67 9. Qurbanov A. Müasir Azərbaycan dilinin frazeologiyası, Bakı,1963 səh 3-5 10. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri, Bakı, 1966 səh 139-142. 11. Балли Ш. Французская стилистика/ Ш. Балли. - М., 1961. - 345 c. 12. Vəliyeva N. Azərbaycanca-ingiliscə- rusca frazeoloji lüğət. Bakı, 2006. Н.А.Агаева Древней римской, греческой и американских фразеологизмов и их роль в английском словарном составе Резюме Эта статья посвящена древней римской, греческой и американских фразеологизмов и их роль в английском словарном составе. Применение различных оригинальных художественную литературау автор статьи удалось выбрать фразеологизмы в отношении к теме. Во время ее исследовательских работ автор связан с публикации Чарльзом Балли. Автор отметил, что в связи с современными разработками народы тесно связаны друг с другом в отношении научной, культурной, политической и экономической точки зрения. Такой подход дает возможность для интеграции языков и слияния фразеологизмы друг к другу. N.A.Agayeva The ancient Roman, Greek and American phraseological units and their role in English language word-stock Summary This article deals with the ancient Roman, Greek and American phraseological units and their role in English language word-stock. Applying different original fictions the author of the article managed to select phraseological units regarding to the theme. During her researching works the author has linked to Charles Ball`s works. The author noted that in connection with modern developments the nations are closely related with each other in relation of the scientific, cultural, political and economic point of view. This approach makes an opportunity for the languages integration and merging of the phraseological units to each other. Rəyçi: filol.f. d. S.M.Bağırova Redaksiyaya daxil olub: 24.05.2016 9 Щуманитар елмлярин юйрянилмясинин актуал проблемляри 2 / 2016 M.Ə.ASLANOV Xaçmaz rayonu Dədəli kənd tam orta məktəbi AZƏRBAYCAN DİLİNDƏ “SÖZ SIRASI” VƏ “ CÜMLƏ ÜZVLƏRİNİN SIRASI” TERMİNLƏRİNİN İŞLƏNİLMƏSİNƏ MÜNASİBƏT Açar sözlər: cümlə, cümlə üzvlərinin sırası, söz sörası, funksiya, norma Ключевые слова: предложение, порядок член предложения, порядок слов, функция, норма Кеу words: sentence, part of a sentence order, word order, function, norm İnformasiyanın ötürülməsi və qəbulunda əsas sintaktik vahid kimi istifadə olunan cümlələr ifadə edilən fikirdən, ünsiyyətə girənlərin dil səriştəsindən, koqnitiv hazırlığından, və s. asılı olaraq, leksik tərkiblərinə görə müxtəlif strukturlu olur, çünki dildən istifadə bacarığı ünsiyyətə girənlərin hamısında heç də eyni səviyyədə olmur. N. Xomski belə bir fikir söyləmişdir ki, danışanlar eyni fikrin ifadəsi üçün müxtəlif struktur sxemli cümlələrdən istifadə edirlər (5,s.55-56). Dildə cümlələrin struktur sxemi minimum bir, maksimum isə ifadə olunan fikirdən, danışanların üslub xüsusiyyətlərindən asılı olaraq müxtəlif sayda olur. Məs.: 1.Sakitlikdir. 2.Hamı yatır. 3.Pinəçi ordları batmış,yarpaq kimi saralmış Arazı göstərdi və s. Müvafiq olaraq bir, iki və 8 sözdən ibarət olan bu cümlələrin strukturunda leksik vahidlər xaotik şəkildə deyil, dilin daxili qanunlarına əməl olunmaqla düzülmüşdür. Düzülüş sözlərin funksional yükünə uyğun olaraq yerinə yetirilir. Hansı cümlə üzvünü təmsil etməsindən asılı olaraq, sözün cümlədəki mövqeyində dəyişiklik baş verir. Məs.:1. / Usta həkim çağırır// /Həkim usta çağırır// |Müəllim şagirddən soruşur// / Şagird müəllimdən soruşur//Qeyd olunan cümlələrin təhlilindən məlum olur ki, cümlə strukturuna daxil olan hər bir söz öz leksik səviyyəsini sintaktik səviyyəyə dəyişmiş olur və nəticədə cümlənin elementinə çevrilir və cümlə daxilində yerinə yetirdiyi funksiyadan asılı olaraq, bu strukturda dilin sistem və norma tələblərinə əməl olunmaqla konkret semantik məna kəsb edir və yeri müəyyənləşir. Dilçilik ədəbiyyatında da göstərilir ki, Azərbaycan dilinin cümlə quruluşunda sözlərin özünə məxsus sıralanma qayda və qanunları vardır ( 4, s.298). Burada da “cümlə üzvlərinin sıralanması” ifadəsindən deyil, “sözlərin sıralanması”ndan bəhs olunur. Bu problemlə bağlı K.Abdullyevin də fikri maraq doğurur. O hesab edir ki, Azərbaycan türk dilində bir çox başqa müxtəlif sistemli dillərdə olduğu kimi cümlə üzvünün aktuallaşması yazılı dildə əsasən söz sırasının hesabına həyata keçirilir(2,s.99). Beləliklə, söz sırası özünü nəinki üslubi cəhətdən cümlənin lazımlı vasitəsi kimi göstərir, eyni zamanda daha tam kommunikativliyə, daha tam informativliyə xidmət göstərən amil kimi də çıxış edir. Dildə cümlələrin struktur sxemi minimum bir, maksimum isə ifadə olunan fikirdən, danışanların üslub xüsusiyyətlərindən asılı olaraq müxtəlif sayda olur. Məs Atəş! (1) Uşaq soruşur (2). Ana uşaqdan soruşur (3). Ana uşağı məktəbə yola salır(5). Ana hər gün uşağı saat səkkizdə məktəbə yola salır (9). və s. Nümunə kimi göstərilmiş bu cümlələrdən birincisi bir, sonuncu isə 9 sözdən ibarətdir. Cümlə strukturuna daxil olan hər bir müstəqim, yaxud da qeyri – müstəqim söz sintaq- matik səviyyədə özündən əvvəl və sonra işlənən digər sözlərlə semantik və sintaktik əlaqəyə girməklə nəzərdə tutulmuş semantik və ya qrammatik funksiyanın daşıyıcısına çevrilir. Məs.: Mürvət 8 Mart münasibəti ilə anası üçün hədiyə aldı. Bu cümlənin strukturunda çıxış edən “ilə“ və “üçün” sözləri “münasibəti” və “anası” sözlərindən sonra enklitik elementlər kimi işlənərək, onlarla birlikdə müəyyən semantik və qrammatik funksiya yerinə yetirirlər. Ona görə də, belə qənaətə gəlmək olar ki, dilin leksikonunu təşkil edən sözlərin heç də hamısı nitqin mozaykasının yaradılmasında eyni səviyyəli material kimi iştirak etmir. 10
Description: