ebook img

İRAN İSLAM İNQİLABINDAN SONRA CƏNUBİ AZƏRBAYCANLILARIN ANA DİLİ UĞRUNDA ... PDF

300 Pages·2017·1.55 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview İRAN İSLAM İNQİLABINDAN SONRA CƏNUBİ AZƏRBAYCANLILARIN ANA DİLİ UĞRUNDA ...

İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi  AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI akad.Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU YEGANƏ ƏZİZ qızı HACIYEVA İRAN İSLAM İNQİLABINDAN SONRA CƏNUBİ AZƏRBAYCANLILARIN ANA DİLİ UĞRUNDA MÜBARİZƏSİ (1979-2005-ci illər) BAKI – 2017   1 Yeganə Əziz qızı Hacıyeva  Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur. Elmi redaktor: Vidadi Kamal oğlu Mustafayev Tarix üzrə fəlsəfə doktoru Y.Hacıyeva. “İran İslam inqilabından sonra cənubi azərbay- canlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)”. Bakı, “Adiloğlu” nəşriyyatı, 2017, 306 səh. Kitabda 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvə- lərinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılmışdır. Müəllif gərgin ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəddü- latların, panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğ- runda mübarizəsinin tarixi şəraitə uyğun olaraq formalaşması prosesini tədqiq etmişdir. Elmi araşdrıma milli məsələyə həsr edilmiş növbəti tədqiqat əsəri olaraq çoxaspektli dil məsələsinin birbaşa bağlılığı ilk baxışdan aydın görünməyən digər aspektlər - iqtisadi, siyasi, hüquqi, dini, sosial, demoqrafik, regional və qlobal dəyişikliklər və s. nöqteyi-nəzərdən araşdırılması baxımından da əhəmiyyətlidir. İSBN 978-9952-25-111-1 ©AMEA Şərqşünaslıq İnstitutu, 2017 2 İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi  MÜNDƏRİCAT ELMİ REDAKTORDAN.......................................................................5 GİRİŞ.....................................................................................................12 I FƏSİL İRAN İSLAM İNQİLABINDAN ƏVVƏL İRANDA AZƏRBAYCAN DİLİNİN VƏZİYYƏTİ 1.1. 1828-1921-ci illərdə Cənubi Azərbaycanda ictimai-siyasi və mədəni durum.................................................................................17 1.2. 1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi......................28 1.2.1. Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra Azərbaycan türkləri arasında ana dilinə marağın artması və milli məsələnin dərinləşməsi..................................................................28 1.2.2. 1945-1946-cı illərdə mövcud olmuş Milli Hökumətin ana dili siyasəti ...........................................................................44 1.2.3. Milli Hökumətin süqutu və hərəkatın nəticəsi ..............................50 1.3. 1947 - 79-cu illərdə Azərbaycan dilinin vəziyyəti ..........................53 II FƏSİL 1978-79-CU İLLƏR İRAN İSLAM İNQİLABINDAN SONRA CƏNUBİ AZƏRBAYCAN MİLLİ HƏRƏKATINDA ANA DİLİ UĞRUNDA MÜBARİZƏNİN YERİ 2.1. İran konstitusiyasında ölkədəki xalqların milli hüquqlarının qoyuluşu və real durum (Cənubi Azərbaycan üzrə)...................... 66 2.1.1. İran İslam inqilabı və milli məsələnin qoyuluşu ..........................66 2.1.2. Əsas qanun və milli ayrı-seçkilik .................................................80 2.1.3. Assimilyasiya, ayrı-seçkilik siyasətinin milli və etnik kimliyə təsiri.........................................................................93 2.2. Cənubi azərbaycanlıların yaratdığı ictimai-siyasi təşkilatların ana dili uğrunda mübarizəsi ..........................................................100 2.2.1. İran-İraq müharibəsi illərində milli məsələ................................100   3 Yeganə Əziz qızı Hacıyeva  2.2.2. 1989-1997-ci illərdə İranda həyata keçirilən liberallaşma siyasətinin və regiondakı geosiyasi vəziyyətin siyasi, mədəni-ictimai təşkilatların fəaliyyətinə təsiri............................103 2.2.3. 1997-2005-ci illərdə siyasi təşkilatların fəaliyyətində dil məsələsi ..................................................................................120 2.3. Cənubi azərbaycanlı ziyalıların ana dili uğrunda mübarizəsi .......136 2.3.1. İran İslam inqilabından sonra ziyalıların fəaliyyətində ana dili məsələsi.........................................................................136 2.3.2. 1989-1997-ci illərdə ziyalıların fəaliyyəti .................................147 2.3.3. 1997-2005-ci illərdə ziyalıların fəaliyyəti .................................161 2.4. Ana dili uğrunda mübarizə media müstəvisində............................176 2.4.1. Mətbuat ana dili uğrunda mübarizənin aparıcı vasitəsi kimi.....176 2.4.2. Azərbaycan dilinin statusunun yüksəldilməsi uğrunda mübarizədə yeni medianın rolu ..................................................195 III FƏSİL AVROPA VƏ AMERİKADA YAŞAYAN CƏNUBİ AZƏRBAYCANLILARIN DİASPORUNUN FƏALİYYƏTİNDƏ ANA DİLİ MƏSƏLƏSİ 3.1. Cənubi azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması ..............................................................................200 3.2. Cənubi azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi......................................................................................225 NƏTİCƏ .............................................................................................256 NƏTİCƏ ƏVƏZİ................................................................................264 İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT.............................................. 280 4 İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi  ELMİ REDAKTORDAN Dil insanlar arasında ünsiyyət vasitəsi, obrazları işarələr vasi- təsi ilə əks etdirən, onların arasındakı əlaqələri təsbit edən və hə- min əsasda onların üzərində müxtəlif əməliyyatlar aparmağa im- kan verən və ya təfəkkürün, şüurun formalaşması, mədəniyyətin meydana gəlib sürətlə inkişaf etməsinə şərait yaradan, ideal aləm- də baş verənləri maddiləşdirən, digər insanlara, bir nəsildən digə- rinə ötürülməsini və ya informasiya mübadiləsini mümkün edən sosio-bioloji bir fenomendir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq dilin yerinə yetirdiyi bir sıra funksiyaları, lakin məhdud sahədə yerinə yetirən simvollar sistemi və ya süni dillərin yaranması onun əhəmiyyətini nəinki azaltmır, əksinə daha da gücləndirir. Dil cə- miyyətin inkişafının müəyyən mərhələsində etnik dillər forma- sında mövcud olmağa başlamış və hazırda da həmin mərhələni yaşamaqdadır. Ona görə dil bütövlükdə cəmiyyət üçün hansı rolu oynayırsa, hər hansı bir etnik birlik üçün də həmin rolu oynayır. Dil etnosun dünyanı dərk etməsi, həmin dərkin səviyyəsi olan etnik mədəniyyətin milli şüurunun mövcudluğunun əsas şərti və müəyyən dərəcədə yekunudur. Məhz buna görə bir sıra kosmo- polit alimlər və hakim millətin ideoloqları istisna olmaqla, əksər mütəxəssislərin fikrincə, dil etnik birliyin – xalqın, etnik millətin varlığının əsas maddi-mənəvi əlaməti, milli mədəniyyətin bazası və obyektivləşdirilmə vasitəsidir. Ayrıca götürülmüş cəmiyyətin inkişafı dildə bir sıra dəyişik- liklərin baş verməsinə, onun baş verən dəyişiklikləri ifadə etmək baxımindan inkişaf edir, zənginləşir. Onun funksiyaları genişlənir, struktur dəyişikliyi baş verir. Ayrı-ayrı dillərin meydana gəlməsini təmin edən sosial qrupla- rın differensasiya prosesi az sonra onların inteqrasiyası nəticəsin-   5 Yeganə Əziz qızı Hacıyeva  də dillər arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsir prosesi başlanır və bunun nəticəsində həmin dillərdə mövcudluq baxımından eyni istiqamətli və eyni nəticəli olmayan proseslər baş verir, qısa deyi- lərsə, dil daşıyıcılarından birinin digər dilə keçməsi ilə onlardan birinin tədricən sıradan çıxması başa çatır. Həmin proses dilin xüsusiyyətləri ilə deyil, dillərin aid olduğu etno-sosial birliklərin bir çox fərqli xüsusiyyətləri, siyasi, ictimai, demoqrafik, elmi, mədəni inkişaf səviyyəsi və s. ilə şərtlənir, modernləşmə, kapita- lizm mərhələsinə qədər obyektiv proses kimi davam edir. Yeni dövrdə meydana gələn köklü iqtisadi, texnoloji, sosial, mədəni və s. dəyişikliklər nəticəsində dil dövlətin fəaliyyət obyektinə çev- rilir. Kapitalizmin tələbatından çıxış edən qüvvələr və onların maraqlarını ifadə edən hakimiyyət buna qədər rəsmi dil funksiya- sını yerinə yetirən yayılma dairəsini genişləndirmək üçün hadisə- lərin sürətləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirməyə səy göstərir və bu zaman bir sıra zorakılıq və qadağanedici vasitələr- dən istifadə edir. Həmin siyasətə müqavimət olaraq meydana gə- lən hərəkatların mərkəzi birləşdirici ünsürünü etnik dil və ya ana dili təşkil edir və nəticədə Avropada əsasən etnik birlik əsasında milli dövlətlər meydana gəlir. Şərq ölkələrində, o cümlədən azər- baycanlıların daha çox hissəsinin məskunlaşdığı Cənubi Azərbay- canda və indiki İran ərazisində yeni dövrün başlanması inkişaf et- miş Qərbin Şərqə doğru iqtisadi və siyasi ekspansiyasının başlan- ması ilə bir dövrə təsadüf etdiyindən modernləşmə mərhələsinə keçid xeyli ləngimişdir. İranda kapitalizmin, modernləşmənin aparıcı ictimai formaya çevrilməsinin intensivləşməsi XX əsrin 20-ci illərindən başlanır və həmin proses ölkədə mövcud olan et- nik dillərin vəziyyətinə birbaşa təsir göstərir. Belə ki, həmin dövrə qədər mövcud olmuş vəziyyətin yuxarıdan, qeyri-adekvat siyasət yeritmək hesabına tezliklə dəyişdirilməsinə səy göstərilir. Həmin dövrə qədər xüsusən azərbaycanlı-türk Qacar sülaləsinin hakimiy- 6 İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi  yəti illərində ölkədə mövcud olan etnik birliklərin tutduğu mövqe və tarixən yaranmış ənənəyə uyğun olaraq yazılı sahədə ərəb dili ilahiyyat sahəsində, fars dili kargüzarlıq sahəsində fəaliyyət göstərirdi. Bundan əlavə, mövcud olan dini təhsil sisteminin ilkin mərhələsində fars və ərəb dilləri, nisbətən məhdud şəkildə Azər- baycan-türk dili, yuxarı mərhələsində ərəb dili əsas dil idi. Hər bir etnik birlik yazılı sahədə bədii yaradıcılıqda etnik dildən geniş istifadə edirdi. Qeyd edilən dövrdə cəmiyyətin həyatının inkişaf səviyyəsi şifahi dilin aparıcı rolunu saxlanmasına səbəb olurdu. Burada da özünəməxsus əmək bölgüsü mövcud idi. Hər bir etnik birlik öz əsas ərazisində öz etnik dilindən istifadə edirdi. İdarəet- mə şifahi şəkildə icra edilir, lakin sənədlər fars dilində tərtib edilirdi. XIX əsrin əvvəllərində və xüsusən, ikinci yarısından başlaya- raq mədəni sahədə aparılan modernləşmə tədbirləri fars dilinin funksiyasını genişləndirilməsinə yaranmaqda olan mətbuat, tərcü- mə əsasında yaranan elmi ədəbiyyat səbəb oldu. Dövlətin iştirakı ilə başlanmış həmin mərhələnin əsas göstəricisi onun qeyri-fars dillərini qayğı obyektinə daxil etəməsi idi. Dövlət, eyni zamanda dillər arasında formalaşmış iş bölgüsünün dəyişdirilməsi sahəsin- də nəinki heç bir tədbir görmürdü, həm də həmin sahədə xüsusi təşəbbüsə heç bir əngəl törətmirdi. Məhz bunun sayəsində İranda ilk yeni üsulla Təbrizdə təsis edilmiş məktəbdə tədrisin birinci ilində tədris Azərbaycan dilində aparılırdı. Həmin vəziyyət bu və digər şəkildə XX əsrin 20-ci illərinin əvvəllərinə kimi davam etdi. Həmin vaxt dünyada baş verən hadisələr İrana yarım müstəmləkə vəziyyətindən çıxaraq öz müstəqilliyini möhkəmləndirmək, mərkəzləşdirmə siyasətinə başlaması üçün şərait yaratdı. İranda siyasi, inzibati-idari mərkəzləşdirmə siyasəti qısa müddətdə ictimai həyatın bütün sahələrini, o cümlədən etno-milli münasibət- lər sahəsini əhatə etməyə başladı və ya millət-dövlət yaratmaq   7 Yeganə Əziz qızı Hacıyeva  mərhələsi başlandı. Bununla da İran xalqları arasında mövcud olan münasibətlərin bir etnosun maraqları baxımından yenidən qurulması mərhələsi başlandı. Həmin mərhələ bütün sahələrdə bir xalqın-fars etnosunun nəinki maraqlarının, eləcə də digər xalqlar üzərində üstünlüyünün təmin olunmasına yönəlmişdi. Milli münasibətlərdə baş verən dəyişiklik ilk növbədə etnik dillərin vəziyyətində çox mənfi formada əks olundu. Hökumət mövcud şəraitdə heç bir iqtisadi, siyasi və mədəni təlabatla bağlı olmayan, yalnız fars millətçilərinin ideyalarını həyata keçirmək məqsədilə zorakı assimilyasiya yeritməyə başladı. Həmin siyasət etnosun bütün təbəqələrini əhatə edən etnik dil - ana dilinə qarşı yönəl- diyindən yürüdülən siyasətə etiraz və müqavimət də ana dilinin qorunması formasında təzahür edirdi. İkinci dünya müharibəsi başlayandan sonra İranda yaranmış şəraitdə azərbaycanlıların mərkəzi hakimiyyətə qarşı mübarizəsinin əsas ünsürlərindən birini etnik dilin funksiyalarının genişləndirilməsi, statusunun yüksəldil- məsi tələbi təşkil edirdi. 1945-ci ilin sonlarında Cənubi Azərbay- canda Sovet dövlətinin dəstəyi ilə yaradılmış Milli hökumətin mədəni sahədə fəaliyyətinin əsas obyektlərindən birini etnik dil təşkil edirdi. Milli hökumət azərbaycanlıların ana dilinə həqiqi münasibətini nümayiş etdirməyə şərait yaratmaqla yanaşı İranda milli məsələnin, o cümlədən dillərin münasibətlərinin müəyyən edilməsinin demokratik üsulunu vurğuladı. Lakin beynəlxalq şə- rait milli məsələnin demokratik üsulla həll edilməsinə imkan ver- məyərək həmin məsələnin həllini təxirə saldı. Milli hökumətin sü- qutundan sonra mərkəzi hakimiyyət zoraki assimilyasiya siyasətini daha geniş və intensiv şəkildə davam etdirərək İran etnoslarının şəxsində özünə mühüm düşmən qazanmaqda davam edirdi. 1978-1979-cu ildə İranda başlanmış inqilabın ən mühüm hadi- səsi - şah rejiminin fəqərə sütununu sındıran üsyan 1978-ci ilin 8 İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi  fevral ayında Təbrizdə baş verdi. Üsyanın geniş kütlələri əhatə et- məsi və üsyançıların cox ciddi müqavimət əzminin əsas səbəblə- rindən biri azərbaycanlılara qarşı heç nə ilə izah oluna bilməyən sərt repressiya və zorakı assimilyasiya siyasətinin yeridilməsi idi. İnqilabın qələbəsindən sonra milli-siyasi və milli-mədəni təşkilat- lar meydana gəlib fəaliyyət göstərir və etno-milli maraqları təmin etmək üçün müxtəlif proqramlar irəli sürürdülər. Bunların ortaq cəhəti etnik dilin funksiyalarının genişlənməsi və statusunun yük- səldilməsi tələbinin irəli sürülməsi idi. Lakin öz hakimiyyətini möhkəmləndirməklə məşğul olan ruhanilər ilk vaxtlar həmin fəaliyyətə qarşı çıxmasalar da hakimiyyətləri gücləndikcə milli tələblərlə çıxış edən qurumlara qarşı təzyiqi artırmağa başladılar. Məhz bunun nəticəsində 1979-cu ilin sonlarında qəbul edilən Əsas qanunda etno-milli birliklərin bütün tələbləri arasında yalnız ana dili ilə bağlı tələblərdən birinə yarımçıq təminat verildi. Məşhur XV maddədə məhəlli dillərin kütləvi informasiya vasitələrində və orta məktəbdə məhəlli ədəbiyyatın tədrisində istifadə edilmək azadlığı verildi. Həmin maddənin Əsas qanunda yer alması bir tərəfdən İran xalqlarının ana dili məsələsinə həssaslığı, digər tərəf- dən formalaşmaqda olan yeni hakimiyyətin etnik dilin inkişafı üçün şərait yaratmağa hazır olmaması öz əksini tapmışdı. İnqila- bın qələbəsindən keçən 30 ildən artıq bir dövr ərzində etnik birlik- lərin, xüsusən azərbaycanlıların milli qüvvələrinin tələblərinə bax- mayaraq, Konstitusiyanın həmin maddəsinin icra edilməməsi deyilənləri əyani şəkildə göstərir. Konstitusiyanın qəbul edilməsindən az müddət sonra İran-İraq müharibəsinin başlanması bir tərəfdən azərbaycanlıların həmin məsələni qaldırmasını bir növ yersiz etmiş, digər tərəfdən İran xalqlarının müharibədə daha güclü birliyinə nail olmaq üçün hə- min maddənin icrasına təşəbbüs edilmir, üçüncü tərəfdən mühari- bədən istifadə edərək həmin maddənin icrasını tələb edən qüvvə-   9 Yeganə Əziz qızı Hacıyeva  lərə qarşı təzyiqi artırmış oldu. Həmin vəziyyət milli qüvvələrin milli hüquqlar, o cümlədən Əsas qanunda təsbit edilmiş hüququn icra edilməsi uğrunda mübarizəni, həm də qanuni əsası olan mü- barizəni davam etdirməsini şərtləndirirdi. İran-İraq müharibəsi başa çatdıqdan sonra İranda və az sonra SSRİ-nin süqutu ilə dün- yada baş vermiş köklü dəyişikliklər, o cümlədən azərbaycanlıların daha geniş şəkildə təmsil olunduğu sol qüvvələrin ardınca getdiyi idealogiyanın iflası. Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi Cənubi Azərbaycanda və ondan xaricdə milli hüquq- lar və onun ən çox hiss edilən və birləşdirici ünsürü olan etnik dil uğrunda daha geniş şəkildə mübarizə aparmağa şərait yaratdı. İranda hakimiyyətin zaman-zaman necə deyərlər yumşalması və sərtləşməsi həmin mübarizənin xarakterinə təsir etsə də qarşıya qoyulan tələb yerinə yetirilmədiyindən davam etməsini şərtləndi- rirdi. Həmin mübarizənin davam etməsi, iştirakçıların sosial tərki- binin genişlənməsi, mübarizə formalarının müxtəlifliyi, İranın elmi, ideoloji həyatının siyasi həyat və proseslərin tərkib hissəsinə çevrilməsi çox çətinliklə də olsa, öz nəticələrini göstərməyə başlamışdır. Hakimiyyət milli birliyi möhkəmləndirmək istiqamə- tində hərəkət edərək milli tələblərin bəzilərini yarımçıq şəkildə, əsasən milli münasibətlərdə yaranan gərginliyi azaltmaq daha çox vaxt qazanmaq üçün yerinə yetirməyə məcbur olur. Həmin dəyi- şikliklər milli qüvvələrə mübarizəni davam etdirməyin zəruri olduğunu göstərməklə həmin mübarizənin demokratik vasitələrlə davam etdirilməsini nisbətən asanlaşdırır. Oxuculara təqdim olunan kitabda cənubi azərbaycanlıların milli qüvvələrinin Cənubi Azərbaycanda İranda və ölkədən kənar- da milli hüquqlar və ilk növbədə Azərbaycan dilinin funksiyala- rının genişləndirilməsi və statusunun yüksəldilməsi uğrunda mü- barizəsi tarixilik və sistem yanaşması əsasında hərtərəfli şəkildə araşdırılmışdır. İranda və Cənubi Azərbaycanda milli məsələ həll 10

Description:
türkləri ilə fars dilində söhbət müşkül olduğundan istifadə etmişdilər [194 Barahani R. The Crowned Cannibals; Writings on. Repression in Iran.
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.