İMRAN AXUNDOV FATMA QƏDRİ Bakı-2017 Redaktor: H. M. Nəbili Əməkdar mədəniyyət işçisi İmran Axundov. Fatma Qədri. Monoqrafiya.- Bakı: 2017. – 131 səh. Monoqrafiyada bu il 110 yaşı tamam olan, görkəmli səhnə ustası, xalq artisti, Azərbaycanda ilk peşəkar ali təhsilli aktrisa Fama Qədrinin həyat və yaradıcılığından bəhs olunur. Onun ifa etdiyi müxtəlif xarakterli obrazlar təhlil edilir. A-062-17 © İ. Axundov, 2017 FATMA QƏDRİ (14.04.1907 – 29.02.1968) GİRİŞ Əsl aktyor kimi çalışmaq, həyəcanlanmaq və işə can yandırmaq istəyirəm. Xalq artisti Fatma Qədri Altmış iki illik ömrünün qırx ilini teatr sənətinə həsr etmiş xalq artisti Fatma Qədri maraqlı səhnə ömrü yaşamış nadir sənətkarlardandır. O, səhnəyə sıxdığı ilk günlərdən özündən əvvəl ki, səhnə ustalarından çox şey öyrənmiş, sənətini bu görkəmli sənətkarların ənənələri konteksində inkişaf etdirməyə nail olmuşdur. F. Qədri ifa etdiyi hər hansı rolu sənətkar qəlbinin istisi ilə qızdıra bilirdi. Onun klassik və müasir əsərlərdə yaradığı zəngin xarakterli obrazlar aktrisanın daxili zənginliyinin bariz nümunəsi idi. Böyük və kiçik rolları eyni hərarətlə yaradan bu böyük sənətkar obrazı boyalarla, hərəkət, jest və mimika ilə bəzəyərək, ümumi ansambl səviyyəsinə yüksəldə bilirdi. Fatma Qədri ifa etdiyi obrazları düzgün boyalarla zəngiləşdirərək, tamaşaçıları yaratdığı personajın ətrafına toplaya bilirdi. Aktrisa yaradıcılıq axtarışlarından və düşüncələrindən ayrı təsvir etmək mümkün deyildir. O, daim yaradacağı obraz haqqında düşünmüş və tamaşaçıları da düşünməyə məcbur etmişdir. F. Qədri yaratdığı obrazları daim təkmilləşdirmiş və kamilləşdirmişdir. Onun istər mənfi və istərsə də müsbət obrazları eyni yaradıcı düşüncənin məhsulu idi. Aktrisa müxtəlif xarakterli qadınların halına acımaqla bərabər, onlara haqq qazandırırdı. Ona görə də Fatma xanımın ifa etdiyi müxtəlif millətlərdən olan qadınları tamaşaçılarda sevirdilər. 5 I FƏSİL HƏYATI VƏ SƏHNƏ FƏALİYYƏTİNİN BAŞLANĞIC DÖVRÜ (1907-1925) Fatma Qədrinin yaradıcılığı təbiiliyi, həyatiliyi, emosionallığı və koloritliyi ilə fərqlənirdi. Onu dünya teatrının Adelaida Ristori, Eleonora Duze və Mariya Yermolova kimi sənətkarları ilə müqayisə etmək olar. Adilə İsmayılova Azərbaycan səhnəsinin fəxr olunası aktrisalarından biri də xalq artisti Fatma Qədir qızı Qədridir. Bu görkəmli səhnə ustası, incə duyğulu insan və neçə-neçə aktyor və aktrisanın müəllimi olan Fatma xanım 1907-ci ildə aprel ayının 14-də, gözəl bir yaz fəslində Rusiyanın Odessa şəhərində dünyaya gəlmişdir. İbtidai təhsili mədrəsədə, orta təhsilini rus dilində alan F. Qədri çox gənc yaşlarında ailəsi ilə Bakı şəhərinə köçür və Azərbaycan Pedaqoji İnstitutunu bitirir. İnstitutda təhsil aldığı müddətdə aktyorluq sənəti ilə maraqlanmış, 1923-cü ildə yeni təşkil olunmuş teatr məktəbinin müdiri Şövkət Məmmədovanın məsləhəti ilə Azərbaycan Teatr Texnikumuna daxil olur. Burada görkəmli rejissor, xalq artisti A. A. Tuqanovun sinfinə oxuyur və həmçinin M. A. Mudrov, V. V. Sladkopevsev kimi zəngin təcrübəyə malik olan müəllimlərdən sənətin sirlərini mənimsəyir, 1926-ci ildə oranı başa vurur, ilk buraxılışda aktyor diplomunu alır. Teatr texnikumunda yeganə qadın Fatma Qədri idi. O, tələbəlik dövrünü “Həyatımdan səhifələr” adlı xatirələrində belə qeyd edir; “Zəng çalınır... Azərbaycanın ilk Teatr Məktəbində (1922-ci ildə Azərbaycan Dövlət Teatr məktəbi fəaliyyətə başlamışdır-İ.A) 6 birinci məşğələ başlanır... Həyəcanlı tələbələr səs-küylə öz yerlərini tuturlar. Onların nəzərləri qarşıdakı direktor kabinetinin qapısına dikilmişdir. Hamı bir-biri ilə pıçıldaşır, elə bu gün Moskvadan gəlmiş, Roma Akademiyasının fəxri üzvü, akademik Vyaçeslav İvanovu tezliklə görməyə və dinləməyə tələsir... Nəhayət, qapı açılır, Teatr Məktəbinin direktoru Şövkət xanım Məmmədova və Vyeçeslav İvanov görünürlər... ... Biz otağa girənləri sürəkli alqışlarla qarşıladıq. Şövkət xanım səs-küy kəsilən kimi, İvanovu bizə təqdim etdi... Tanınmış akademik Vyaçeslav İvanovun incəsənət barədə mühazirəsini dinlədikcə mən özümü tamam unutmuşdum. Böyük maraqla ona qulaq asır, vaxtilə incəsənət haqqında düşünməyə belə hüququ çatmayan bir qızın, indi Teatr Məktəbinin tələbəsi olmasına inana bilmirdim... Sonrakı iki saat aktyor sənətinə həsr olunmuşdu. Bu çox vacib fənni Aleksandr Aleksandroviç Tuqanov aparırdı. O, ucaboylu və təmkinli idi. İçəri girib bizimlə salamlaşdı. Böyük maraqla hamıya nəzər salıb gülümsədi. Sözünü onunla başladı ki, incəsənət bir məbəddir, ora qara fikirlə, çirkli ayaqla girmək olmaz... Və yüksək teatr ənənəsi, teatr üçün vacib sayılan, hərbdə olduğu kimi möhkəm nizam-intizam haqqında danışdı. Daha sonra sənət yolundakı çətinlikləri dəf etməyə, yaşamağa və teatrda çalışmağa köməklik göstərən sənətə məhəbbətdən dedi. Bu, Aleksandr Aleksandroviç Tuqanovun ilk mühazirəsi idi. O məndə unudulmaz təəssürat oyatdı və ömrüm boyu xatirimdən çıxmadı. Bəlkə də, həmin gündən bütün həyatımı incəsənətə, teatra həsr etmək fikrinə düşdüm. Mən Tuqanovun danışdığı böyük sənət ustalarına bənzəmək istəyirdim. Sarsılmış halda evə döndüm. Mənliyimdə böyük mübarizə gedirdi; ailə, ağır həyat, qohumlarımın məni aktyor görmək istəməmələri, iztehzalar, söz-söhbətlər. Elə həmin gün axşam Ali Qadın Pedaqoji İnstitutuna məşğələyə getdim. İkinci kursda oxuyurdum. Teatr Məktəbinə daxil olduğumu hamıdan gizlədirdim. Əlbəttə, iki təhsil müəssisəsində məşğul olmaq mənim 7 üçün çətin idi. Amma qərara gəlmişdim ki, heç birini buraxmayım. Teatr Məktəbində məşğələlər olduqca maraqlı keçirdi... Həmin il mən dramaturq Cəfər Cabbarlı ilə tanış oldum. O, Teatr Məktəbinin tələbəsi deyildi, ancaq demək olar ki, bütün mühazirə məşğələlərinə gəlirdi. Sakitcə, hiss olunmadan içəri girərək utana- utana küncdə hər hansı bir yerdə oturar və diqqətlə qulaq asardı. O məndə olduqca xoş təəssürat oyatmışdı. Həmişə eynək taxar, təmiz və sadə geyinərdi. Artıq tanınmış dramaturq olmasına baxmayaraq, onun çəkinmədən vaxt tapıb öz biliyini zənginləşdirmək üçün mühazirələrdə iştirak etməsi mənə çox xoş gəlirdi. İkinci tədris ilində Leninqraddan (indiki Sankt Peterburq- İ.A.) professor Vladimir Vladimiroviç Sladkopevtsev dəvət olundu. O da aktyor sənətindən dərs deyirdi. Məşğələlərini özünəməxsus bir şəkildə, ancaq maraqlı aparırdı. Onun məşğələlərində şərti teatr ünsürləri çox olardı. Səhnədə hərəkətə xüsusi diqqət yetirir və deyirdi: “Minimum hərəkət-maksimum ifadə”. Biz bunu öyrəndik. Onun məşğələlərini çox sevir, əvvəlcədən hazırlaşır, əyləncəli etüdlər düşünür, həmişə təriflənirdik. Bəlkə də, biz bunları lazımi səviyyədə yerinə yetirə bilmirdik. Lakin o, nöqsanları elə göstərməyi bacarırdı ki, biz ruhdan düşmür, əksinə, daha ilhamla və böyük səylə işimizi davam etdirirdik...” (16). Beləliklə, Fatma Qədri Azərbaycanda ali təhsil almış ilk profssional aktrisa olur. Sənət müəllimi Aleksandr Tuqanov diplom tamaşasında ona M. F. Axundovun “Hacı Qara” komediyayasında Sona obrazını tapşırır. “Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün işləri bizim öhdəmizə buraxmışdı. Ancaq hiss olunmadan, məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşdı. Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən artıq həyacanlanırdım. Nəhayət tamaşa günü gəlib çatdı. 8 Tamaşanın başlanmasına iki saat qalmış teatra gəldim və qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, bizə ürək- dirək verdi. Ancaq özü də bir az narahat idi. O bizim Azərbaycan teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra çoxlu gül-çicəklər gətirdilər. Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü” (16). İlk obraz uğurlu alınır. Onun ifa etdiyi Sona A. Tuqanovun xoşuna gəlir. “Onun diplom tamaşasında yaratdığı Sona (“Hacı Qara”) gözəl təbiəti, sadəliyi, cəsarəti və inandırıcılığı ilə diqqəti cəlb edirdi” (14). Teatr Məktəbini bitirəndən sonra Fatma Qədri təhsil aldığı tələbə yoldaşları ilə birlikdə A. Tuqanovun təşəbbüsü ilə Xalq Maarif Komissarlığının vasitəsilə Moskvaya ezam olunurlar. Onlarla birlikdə müəllimləri V. V. Sladkopevtsev və məktəbin direktorunun müavini Ağakərim Şərifov da yola düşürlər. F. Qədri Moskvanı ilk dəfə idi ki, görürdü. Ona görə bu böyük şəhərdə bərk həyacan keçirirdi. Onun arzusu Bədaye və Malı teatrlarında olmaq idi. O, Malı teatrlarında çalışan Mixail Semyonoviç Şepkin (1788- 1863), Pavel Stepanoviç Moçalov (1800-1848) və Mariya Nikolayevna Yermolova (1853-1928) kimi sənətkarlar haqqında çox oxumuşdu. Ona görə onların çalşdığı teatrı görmək Fatma xanıma nəsib oldu. O, həmçinin Bədaye teatrında teatr nəzəriyyəçisi, pedaqoq, aktyor, SSRİ xalq artisti Konstantin Sergeyeviç Stanislavski (1863-1938) ilə tanış olur. Moskvada olan müddətdə F. Qədri yoldaşları ilə birlikdə Meyerxold teatrında da olur. Bu teatrda onları Vsevolod Emiloviç Meyerxold (1874-1940) özü qarşılayır və səhnə arxasına aparır. Onları teatrın daxili ilə tanış edir. Meyerxoldla tanış olan V. V. Sladkopevtsev tələbələrini Vsevolod Emiloviçə təqdim edir. O da mehrbanlıqla qonaqların salamlayır və onların əlini sıxır. Və Meyerxold onlara özünün teatrı, repertar və aktyorları barədə məlumat verir. Sonra qonaqları A. N. Ostrovskinin “Meşə” 9 pyesinin tamaşasına baxmağa dəvət edir və tamaşa qonaqların xoşuna gəlir. 10
Description: