ebook img

Erika Leonard Ceyms Bozun əlli çaları PDF

645 Pages·2015·2.82 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Erika Leonard Ceyms Bozun əlli çaları

Erika Leonard Ceyms Bozun əlli çaları 1 www.vivo-book.com Erika Leonard Ceyms Bozun əlli çaları ©Vivo-Book.com |Bakı - 2015 2 www.vivo-book.com Erika Leonard Ceyms Bozun əlli çaları I hissə 3 www.vivo-book.com 1-ci fəsil Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır – biz kimi durur! Ketrin Kavana da xəstələnməyə vaxt tapdı, indi əzabı mən çəkməliyəm!.. Bir həftədən də az vaxt qalmıĢ buraxılıĢ imtahanlarına hazırlaĢmaq əvəzinə, sürüĢən tellərimi hamarlamağa cəhd edirəm. ―YaĢ saçla yatağa uzanmaq olmaz, yaĢ saçla yatağa uzanmaq olmaz‖ – bu mantranı bir neçə dəfə təkrarlayaraq yapıxmıĢ tüklərimi qaydaya salmağa cəhd edir və yorğunluqdan gözlərimi yumuram. Aynadan mənə solğun simalı, tünd-Ģabalıdı saçlı və sifəti üçün çox iri olan, mavi gözlü qız boylanır. Yeganə çıxıĢ yolu – saçları at quyruğu kimi peysərdə yığmaqdır: belədə, heç olmasa, abırlı görünər. Keyt – otaq qonĢumdur. ĠĢə bir bax, adını belə heç vaxt eĢitmədiyim bir sənaye maqnatından tələbə qəzeti üçün müsahibə götürəcəyi bir gün qrip onu yatağa sərib. Buna görə də müsahibə üçün onun yerinə mən getməli olacam. Bugün-sabah imtahanlardır, tamamlanmamıĢ kurs iĢləri... və bu axĢam öz iĢlərimlə məĢğul olmalıydım, amma bunun yerinə, Sietli mərkəzinə doğru altmıĢ beĢ mil yol ölçməliyəm – ―Qrey enterprayzes‖in baĢ direktoru ilə görüĢmək üçün. Sirli Mister Qrey – tanınmıĢ sahibkar və universitetimizin ən böyük sponsoru, vaxtı qızıl, mənim vaxtımdan da dəyərli bilən insan – Keytə müsahibə verməyə razılıq verib. ―Hər gün ələ düĢməyən bəxt‖, – dedi Keyt. Lənətə gəlsin onun ictimai fəaliyyətini! O, divanda özünə yer eləyib. – Hirslənmə, Ana! Düz doqquz ay müsahibə üçün onu dilə tutmuĢam. Ġndi vaxtı dəyiĢməli olsam, yarım il xahiĢi-xahiĢə calamalıyam. O vaxtacan hər ikimiz universiteti bitirərik. Redaktor kimi bu Ģansı əldən buraxa bilmərəm. YaxĢı da, xahiĢ edirəm! 4 www.vivo-book.com Keyt mənə xırıltılı, soyuqlamıĢ səslə yalvar-yaxar edir. Bunu, görəsən, necə bacarır? Hətta xəstə ikən o, elf kimi füsunkardır: qızılı-kürən saçlar kip halda bir-birinə oturub; qızarmıĢ, yaĢarmıĢ yaĢılı gözlər isə bununla belə Ģölə saçır. – Əlbəttə, gedərəm, Keyt. Sənə ―naykvil‖ alım? Yoxsa ―taylenol‖? – ―Naykvil‖, zəhmət olmasa. Suallarım olan siyahını və portativ diktofonu özünlə götürmək yaddan çıxmasın. Sən ancaq ―play‖ düyməsini basmalısan. Sonra mən yazıya köçürərəm. – Axı mən onun haqqında heç nə bilmirəm, – deyə təlaĢımı yatırtmaq üçün donquldanıram. – Səndə hazır suallar var – bu artıq iĢin yarısıdır. Get, yoxsa gecikərsən. Yol uzundur. – YaxĢı, gedirəm. Yatağa uzan. Səninçün Ģorba biĢirmiĢəm, sonra qızdırıb içərsən. Mən Ģəfqətlə ona baxıram. ―Yalnız sənin xətrinə, Keyt‖. – Oldu. Uğurlar. Sağ ol, Ana, sən həmiĢə xilaskarımsan. Çəpəki gülümsəyib və çantamı çiynimə atıb küçəyə, maĢına doğru çıxıram. Məni razı salmasına özüm də inana bilmirəm. Hərgah Keyt diliylə ilanı da yuvadan çıxarar. Ondan yaxĢı jurnalist çıxar. Bunun üçün onda bütün keyfiyyətlər var: aydın zəka, iradə, qüdrət, inandırmaq məharəti. Bundan əlavə, o, sadəcə, gözəldir və mənim ən sevimli rəfiqəm!.. *** Səhər tezdən Vankuverdən – VaĢinqton Ģtatı – I-5 Ģosesinə çıxıram. Yolda maĢın hələ azdır, Sietldə isə saat ikidə olmalıyam. XoĢbəxtlikdən Keyt özünün idman üslublu ―Mercedes SLK‖sını mənə verib. Çətin ki, Vanda – mənim köhnə ―Folksvagen-Böcək‖im qısa müddətə bu məsafəni vaxtında-vədəsində qət edə bilərdi. ―Mers‖də yol getmək xoĢdur: sonadək qaza basıram və millər bir-bir arxada qalır. 5 www.vivo-book.com Mister Qreyin qlobal imperiyasının iqamətgahına gedirəm. Bu, Ģahanə görkəmli əyri ĢüĢə və metaldan ibarət iyirmi mərtəbəlik ofis binasıdır – memarın utilitar fantaziyası... ġüĢə giriĢ qapılarının üzərində polad hərflərlə ―Qrey Haus‖ yazısı həkk olunub. Ġkiyə on beĢ dəqiqə qalmıĢ (Tanrıya Ģükür, gecikmədim!) böyük, adamı ürpərdən qumdaĢı ilə bəzədilmiĢ holla daxil oluram. Masa arxasından sığallı-sarıĢın qız mənə baxıb gülümsəyir. Əynində gözqamaĢdırıcı ağ köynəkli boz pencək var. Çox yaraĢıqlı görünür. – Mənim mister Qreylə görüĢüm nəzərdə tutulub. AnasteyĢa Stil Ketrin Kavana əvəzinə. – Bir dəqiqə, miss Stil, – sarıĢın qaĢlarını azca əyir. QarĢısında durub dəhĢətli dərəcədə ürkək dayanmıĢam və Keytdən pencəyini götürmədiyimə və göy gödəkcədə gəlməyimə heyifsilənirəm. Yeganə ətəkliyimi geymiĢəm, dizədək olan çəhrayı çəkmələri və mavi cemperi. Mənim meyarlarıma görə, bu, çox zövqlüdür. Telimi qulağımın arxasına çəkirəm və özümü elə göstərirəm ki, sanki qorxmuram. – Miss Kavana üçün görüĢ təyin edilib. Zəhmət olmasa, burda imza atın, miss Stil. Sağ tərəfdə sonuncu lift, iyirminci mərtəbə. SarıĢın qız mənim necə imza atmağıma baxaraq məmnunluqla gülümsəyir. Görünür, onun üçün bu gülməlidir. O, buraxılıĢ vəsiqəsini mənə uzadır; üstündə iri hərflərlə ―Qonaq‖ yazılıb. Mən səfeh təbəssümü gizlədə bilmirəm. Hə, əlbəttə, alnıma yazılıb ki, mən, sadəcə, qonağam. Belələrinə burada yer yoxdur. ―Bunda yeni heç nə yoxdur‖, – deyə içimdə özümə deyirəm. Minnətdarlığımı bildirib, əla tikilmiĢ qara geyimi olan iki mühafizəçinin arasından keçərək liftlərə doğru gedirəm. Onlar məndən də yaraĢıqlı görünür. Lift quduz sürətlə məni iyirminci mərtəbəyə qaldırır. Qapılar avtomatik açılır və mən baĢqa bir böyük hollda peyda oluram – yenə ĢüĢə, polad və ağ qumdaĢı. QarĢımda daha bir masa və növbəti bir sarıĢın qadın var. Qara iĢgüzar kostyumda və ağ köynəkdə. Məni görcək o yerindən qalxır. 6 www.vivo-book.com – Miss Stil, burada gözləyə bilərsinizmi? – o, ağ dəri üzlüklü kürsü cərgəsini mənə göstərir. Dəri üzlüklü kürsülərin arxasında ĢüĢə divarla ayrılmıĢ geniĢ danıĢıqlar zalı var. Tünd, uzun ağac masa və yanlarında düzülmüĢ iyirmi stul. Onun arxasında divar boyu ĢüĢə pəncərə. Buradan körfəzədək uzanan Sietlin panoramı görünür. GörünüĢ möhtəĢəmdir və mən ani olaraq məftunluqdan yerimdə donub qalıram. MöhtəĢəmdir! Kürsüyə oturub çantamdan sual siyahısını çıxarıram və onları yenidən nəzərdən keçirirəm – fikrən Keyti lənətləyərək. Mister Qreyin qısa tərcümeyi-halını belə mənə vermədiyi üçün. Axı mən müsahibə götürəcəyim adam haqqında heç nə bilmirəm. Onun otuz yaĢı da ola bilər, doxsan da. Mübhəmlik məni qıcıqlandırır. Və həyəcandan oturduğum yerdə qurcalanıram. Heç vaxt üz-üzə müsahibə götürməyi xoĢlamamıĢam. Mətbuat konfranslarının anonimliyi daha yaxĢıdır, orda arxa sırada sakitcə otura bilirsən. Əgər lap düzünü desəm, kürsüdə yumağa dönərək klassik Britaniya romanını oxumaq daha ürəyimcədir, nəinki həyəcandan haldan düĢərək iri, Ģəffaf zallarda oturmaq. Fikrən gözlərimi yumuram: ―Özünü cəmlə, Stil!‖ Steril təmizliyi və binanın müasirliyini nəzərə alaraq mister Qreyin qırx yaĢından təzəcə adlamıĢ olduğunu demək olar: təmkinli, əsmər və sarıĢın – öz əməkdaĢlarına tay. Daha bir yaraĢıqlı, Ģıq geyinmiĢ sarıĢın qız sağdakı böyük qapıdan çıxır. Maraqlıdır, burdakıların hamısı belədir? Lap Stepfordakı kimi. Dərindən nəfəs alaraq yerimdən qalxıram. – Miss Stil? – deyə sonuncu sarıĢın soruĢur. – Hə, – xırıltılı səslə deyirəm və boğazımı arıtlayıram. – Hə. – Ġndi azca inamlı səsləndi. – Mister Qrey bir azdan sərbəst olacaq. Gödəkcənizi verərsinizmi? – Hə, buyurun. – Jaketdən xilas oluram. – Ġçki istərdinizmi? – E-e... yox. 7 www.vivo-book.com Ah, deyəsən, mən bir saylı sarıĢına badalaq vurdum? Ġki saylı sarıĢın sımsırığını sallayır və masa arxasındakı qadına sərt nəzərlə baxır. – Nə istərdiniz: çay, qəhvə, su? – deyə yenidən mənə sarı çönür. – Bir stəkan su, zəhmət olmasa, – deyə donquldanıram. – Oliviya, zəhmət olmasa, miss Stilə bir stəkan su gətirin. – Səsində metal cingiltisi var. Oliviya yerindən qopur və dördnala foyenin əks tərəfində, sondakı qapı arxasında yox olur. – BağıĢlayın, miss Stil, o, bizim yeni əməkdaĢdır. XahiĢ edirəm, bir qədər oturun. Mister Qrey sizi beĢ dəqiqədən sonra qəbul edəcək. Oliviya bir stəkan su ilə geri qayıdır. – Buyurun, miss Stil. – Sağ olun. Ġki saylı sarıĢın dabanlarını cingiltiylə Ģaqqıldadıb Ģəstlə yerə vuraraq böyük masaya doğru addımlayır və otururlar, hər ikisinin baĢı iĢ- gücə qarıĢır. Yəqin ki, mister Qrey iĢə yalnız sarıĢın qadınları götürür. Mən dağınıq halda düĢünürəm: görəsən, bu, qanuna zidd hərəkət deyil ki? Və bu an kabinetin qapısı açılır. Ordan ucaboy, zövqlə geyinmiĢ zənci kiĢi çıxır. Hə, geyim məsələsində mən yanlıĢlığa yol vermiĢəm. O çevrilir və çiyni üstdən deyir: – Qolf oyunu bu həftəyədir, Qrey. Cavabı eĢitmirəm. O çevrilir, məni görüb azca tünd gözlərini qıyaraq gülümsəyir. Oliviya yerindən atılır və liftin düyməsini basır. Deyəsən, o, bu iĢi yaxĢıca məĢq edib və məndən də artıq həyəcanlıdır. – Salamat qalın, xanımlar, – deyə kiĢi açılıb-bağlanan qapı arxasında yox olur. – Mister Qrey sizi qəbul eləməyə hazırdır, miss Stil, içəri keçin, – bunu iki saylı sarıĢın deyir. 8 www.vivo-book.com Yerimdən qalxıram və hiss edirəm ki, ayaqlarım qatlanır. Əsəblərimi cilovlamağa çalıĢır çantamdan yapıĢıram və su stəkanını elə kürsüdə qoyaraq yarıaçıq qapıya doğru istiqamətlənirəm. – Qapını döyməyə bilərsiniz, sadəcə içəri keçin, – deyə o, nəzakətlə gülümsəyir. Qapını açıram, içəri boylanır, öz ayaqlarıma dolaĢıram və baĢımla içəri yıxılıram. Lənət Ģeytana, axı bu qədər də yöndəmsiz olmaq olmaz! Diz üstə çökərək mister Qreyin kabinetinin qapısında dayanmıĢam və kiminsə xeyirxah əlləri ayağa qalxmağıma yardımçı olur. Səfeh bir durum!.. BaxıĢlarımı qaldırmağa qorxuram. Lənət Ģeytana! O, çox cavandır. – Miss Kavana. – Təzəcə ayağa qalxıram ki, o, uzunbarmaqlı əlini mənə uzadır, – Kristian Qrey. Əzilmədiniz ki? ƏyləĢin. Gənc, ucaboy və çox yaraĢıqlı. Valehedici boz kostyumda və qara qalstuklu ağ köynəkdə. Tünd-mis rəngli saçları, nüfuzedici boz gözləri ilə məni diqqətlə süzür. DanıĢmaq qabiliyyətimi bərpa edənədək nə qədərsə vaxt keçir. – Yox, belə alındı ki... – deyə donquldanıram. Əgər onun otuz yaĢı varsa, onda mən lap uĢağam. Ġxtiyarsız olaraq əlimi ona uzadıram. Barmaqlarımız bir-birinə toxunduqda bədənimdən qəribə, ovsunlayıcı titrətmə keçir. Mən əlimi geri dartıram. Yəqin ki, elektrik qığılcımı. Kirpiklərim ―döyünür‖, ürəyimin döyüntüsü kimi. – Miss Kavana xəstələnib, mən onun yerinə gəlmiĢəm. Ümid edirəm, etiraz etmirsiniz, mister Qrey. – Bəs siz kimsiz? Səsdə bir hərarət var. Görünür, durum onu əyləndirir, hərgah təmkinli simasına baxaraq mühakimə yürütmək çətindir. Ola bilsin ki, o cazibədardır, lakin əsas məsələ – nəzakətlidir. – AnasteyĢa Stil. Mən Keytlə birgə ingilis ədəbiyyatını öyrənirəm, e- e... Miss Kavana ilə. 9 www.vivo-book.com – Aydındır, – o, çox sadə danıĢır. Deyəsən, üzündə təbəssüm dolaĢır, amma mən əmin deyiləm. – ƏyləĢin. – O, ağ, dəri üzlüklü künc divanına yönəlik jest edir. Onun kabineti bir adam üçün qədərindən artıq böyükdür. Divarı büsbütün əhatə edən əks tərəfdəki nəhəng pəncərədə qara ağacdan olan bənzərsiz bir iri masa durur, onun ətrafında altı nəfər asanlıqla yer tuta bilər. Divanın yanındakı jurnal masası da eyni üslubdadır. Yerdə qalanlar – tavan, döĢəmə və divarlar ağ rəngdədir – qapının yanında asılmıĢ otuz altı kiçik rəsmdən ibarət iri kvadrat mozaika istisna olunmaqla. Sıradan bir, gündəlik əĢyalar rəsmlərin üzərində elə dəqiq çəkilib ki, sanki qarĢındakı fotolardır. Hər Ģey ümumən heyrətamiz görünür, adam heyran qalır. – Yerli rəssamdır. Trouton, – deyə baxıĢlarımı izləyərək Qrey izahat verir. – Əladır. Heyrətamizdir, – deyə onun rəsmlə bağlı qeydindən utanaraq donquldanıram. O, baĢını yana əyir və diqqətlə mənə baxır. – Sizinlə tamamilə razıyam, miss Stil, – deyə Qrey astaca deyir və nədənsə sifətim allanır. Rəsmləri saymasaq, onun kabineti soyuq, təmiz və tamamilə sterildir. Maraqlıdır, bu – incəliklə mənimlə üzbəüz olan kürsülərdən birinə oturan adam məhz Adonisin daxili aləminin inikasıdır? Gərəksiz fikirləri özümdən qovmağa çalıĢaraq baĢımı silkələyirəm və Keytin mənə verdiyi suallar siyahısını çantamdan çıxarıram. Sonra portativ diktofonu iĢlək hala gətirməyə çalıĢıram. Heç nə alınmır, onu iki dəfə jurnal masasının üstünə düĢürürəm. Mister Qrey susur və əminəm, səbirlə gözləyir, mən isə daha çox həyəcanlanır və əsəbiləĢirəm. Nəhayət, gözlərimi ona zilləmək cəsarətini özümdə tapdım. O, bir əlini sərbəst halda dizi üstünə, digər əlini çənəsinin altına, uzun Ģəhadət barmağını isə dodağına qoyaraq, məncə, gülüĢünü boğmağa çalıĢır. – Üzr istəyirəm... – Ah, nəhayət, alındı. – Mən hələ alıĢmamıĢam. – Tələsməyin, miss Stil, – deyə Qrey dillənir. 10 www.vivo-book.com

Description:
www.vivo-book.com. 1-ci fəsil. Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır – biz kimi durur! Ketrin Kavana da xəstələnməyə vaxt
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.