ebook img

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Redaktor Yaqub Mahmudov PDF

476 Pages·20.191 MB·Azerbaijani
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Redaktor Yaqub Mahmudov

4 5 6 REDAKSĠYA HEYƏTĠ Yaqub MAHMUDOV (baĢ redaktor), Ġslam AĞAYEV, Tofıq BABAYEV (məsul katib), Azər BAĞIROV, Ġradə BAĞIROVA, Firdovsiyyə ƏHMƏDOVA, Anar ĠSGƏNDƏROV, Nigar MAKSVELL, Xeyrulla MƏMMƏDOV, Elmira MƏMMƏDOVA, Mirheydər MĠRZƏYEV, Ataxan PAġAYEV (baĢ redaktor müavini), Mehman SÜLEYMANOV, Kərim ġÜKÜROV 947.54 - dc 21 AZE Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Ġki cilddə. II cild. Bakı, "Lider nəĢriyyat", 2005,472 səh. ISBN 9952-417-44-4 © "LĠDER NƏġRĠYYAT", 2005 7 XAÇMAZ HƏRBĠ DƏSTƏSĠ - Azərbaycana Denikinin hücum təhlükəsinin gözlənildiyi dövrdə Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun əmri ilə 1919 ilin yayında yaradılmıĢ xüsusi taktiki qrup. Ölkənin Ģimal sərhədi boyunca müdafıə mövqeləri tutmuĢdu. Xaçmaz hərbi dəstəsinə Quba piyada alayı, 3-cü Gəncə piyada alayının bir taboru, 1-ci Tatar süvari alayı, 1-ci topçu briqadasının 2-ci divizionu və Ġstehkam məktəbinin Ģəxsi heyəti daxil idi. General-mayor Ġbrahim ağa Usubov dəstənin komandiri, general-kvartirmeyster vəzifəsinin müvəqqəti icraçısı podpolkovnik Zeynalov qərargah rəisi təyin edilmiĢdi. 1919 ilin iyulunda Xaçmaz dəstəsinə rəhbərlik Quba piyada alayının komandiri polkovnik ġirin bəy Kəsəmənliyə tapĢırıldı. 1-ci Tatar süvari alayı istisna olmaqla, digər hissə və bölmələr polkovnik ġ.Kəsəmənlinin əməliyyat tabeliyinə verildi. 1919 ilin noyabrında Xaçmaz dəstəsi ləğv edilərək, onun bazasında Quba hərbi dəstəsi yaradıldı. Bununla əlaqədar olaraq Ģimal sərhədlərinin qorunması ilə bağlı vəzifələr Quba dəstəsinə həvalə olundu. Əd.\ Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998; Osmanlı H.,ġimal sərhədləri və Bakı rayonunun müdafıəsi tarixindən, B., 1999. XALQ AZADLIQ PARTĠYASININ (KADETLƏRĠN) BAKI ġÖBƏSĠ-kadetlər partiyasının 1905 ilin dekabrında Moskvada təsis qurultayından iki ay sonra fəaliyyətə baĢlamıĢdı. ġöbənin təsis iclası isə 1906 il yanvarın 7-də keçirilmiĢdi. Ġclasda B.L.Baykov Bakı Ģöbəsinin sədri seçildi. ġöbənin bürosuna isə M.F.PodĢibyakin, S.A.Vənsoviç, Ġ.Miroslavski, A.M.Feyql, Ə. TopçubaĢov, Ġ.Hacınski, K.Ġ.Xatisov, S.Taqianosov, M.Q.Alibeqov, F.F.Skrepinski daxil oldular. Büroya namizədlər sırasmda Ġ.Səfərəliyev, Ġ.Hacıyev, S.ġifrin, Fridlandın adları çəkilirdi. Özlərini kadet adlandıran konstitusion-demokratlar Rusiyanın ilk liberal təmayüllü partiyası idi. DünyagörüĢlə- rinə görə islahatçı olan kadetlor zorakı çevriliĢi normal ta- rixi inkiĢafa zidd sayaraq, onun qəti əleyhinə çıxırdılar. Partiyamn 2-ci qurultayında (1906, yanvar) qəbul edilmiĢ 8 proqramında göstərilirdi ki, "Rusiya konstitusiyalı parlament monarxiyası olmalıdır. Rusiyanın dövlət quruluĢu Əsas Qanunla (Konstitusiya ilə) müəyyən edilir". 1906 ilin yanvarında təĢkilati cəhətdən formalaĢmıĢ Bakı kadetləri, əsas etibarilə, Moskva və Peterburq kadetlərinin proqramını qəbul etmiĢdilər. Sosial və milli tərkibinə görə Bakı Ģöbəsi, demək olar ki, bütün millətlərin yuxarı və orta təbəqələrini əhatə edirdi. Zorakılığa və xaosa aparan inqilabi yolun əksinə olaraq, kadetlər islahatlar və təkamül yolunu seçmiĢdilər. Kadetlərin milli proqramınm əsas tələbi xalqların mədəni müqəddəratını təyin etməsi və ya milli-mədəni muxtariyyəti idi. Bununla belə, rus dili bütün mərkəzi qurumların, ordunun və donanmanın dili olaraq qalmalı idi. Beləliklə, milli məsələnin həllində kadetlər Rusiyanın vahidliyi və bölünməzliyi ideyasını üstün tuturdular. Rusiyalı həmkarlarından fərqli olaraq, Bakı kadetləri öz məqalələrində Qafqaz xalqlarına muxtariyyət verilməsi tələbi ilə çıxıĢ edirdilər. Belə tələblərlə çıxıĢ edən S.A.Vənsoviç, M.F.PodĢibyakin, Ü.Turski muxtariyyət tələbini onunla əsaslandırırdılar ki, Rusiyadan fərqli olaraq, Qafqazda özünüidarəetmə orqanları - zemstvə hələ də yaradılmayıb və belə bir Ģəraitdə yeganə çıxıĢ yolu Qafqaz xalqlarının çoxdan arzuladığı muxtariyyət üsuli-idarəsinin tətbiq edilməsidir. Lakin muxtariyyət ideyası yalnız nəzəri cəhətdən təbliğ olunurdu, onun həyata keçirilməsi mexanizmləri açıqlanmırdı. Kadetlərin məhz yerli əhalinin problemlərinə laqeydliyi Bakı Ģöbəsinin azərbaycanlı üzvlərinin fəaliyyətsizliyinə gətirib çıxarmıĢdı. Onlar öz xalqının çoxsaylı problemlərini həll etmək üçün, ilk növbədə, Ümumrusiya müsəlmanları ilə birləĢməyi üstün tuturdular. Kadetlərin fəallığının artması ən çox seçki kampaniyaları dövrünə təsadüf edirdi. 1906 ildə 1-ci Duma seçkiləri kam- paniyasına da onlar birinci baĢladılar. Müxtəlif millətlərin nümayəndələrini öz seçiciləri sırasma cəlb etmək məqsədilə Bakı kadetləri müraciətnamə yaymıĢdı. Müraciətnamədə kadetlərin liberal proqramına Rusiyada yaĢayan çoxsaylı xalqların vəziyyətinin dəyiĢdirilməsi, xüsusilə onların öz doğma dillərində yazıb oxumaq və özünüidarəetmə orqanlarına malik olmaq hüquqları barədə bəndlər də salınmıĢdı. Lakin bu bəyannamələrə baxmayaraq, Bakı Ģöbəsinin namizəd siyahılarına azərbaycanlılar daxil olunmamıĢdı və onlar seçkilərdə müstəqil namizədlər kimi iĢtirak edirdilər. Kadetlərin gurultulu seçki kampaniyası gözlənilmədən yanmçıq qaldı. 1906 il mayın 3-də onların namizədlərindən biri - S.S.Yakovlev naməlum Ģəxslər tərəfindən öldürüldü. Kadetlər seçki təbliğatlarının dayandırılması barədə qəzetdə elan verdilər və bu qərarın səbəbini onların toxunulmazlığına təminat olmaması ilə izah etdilər. Beləliklə, namizədlərin partiya siyahıları ilə seçilməsi prosesi dayandırıldı. 1907 ilin yanvarında 2-ci Dövlət dumasına seçkiqabağı kampaniya baĢlandı. Bu dəfəki seçkilərdə kadet platforma- sının tələbi daha konkret və aydın idi: duma qarĢısında cavabdeh olan nazirlər kabinetinin formalaĢdırılması. Kadetlər əvvəlcə öz namizədlərinin siyahısını təqdim etmək idilər, lakin yanvarın ikinci yarısında onlar 6 dairədən ikisində "Земля и воля" ("Torpaq və azadlıq") ittifaqı ilə birgə siyahı təqdim etmək qərarına gəldilər. Bu ittifaq boykot taktikasından əl çəkib, seçkidə iĢtirak etmək qərarına gələn əsər və daĢnaklardan təĢkil olunmuĢdu. Lakin bir çox namizədlər blokda daĢnakların iĢtirakı haqqmda məlumat aldıqdan sonra, öz namizədliklərini geri götürdülər. Onları kadetlərin platformasma daban-dabana zidd olan əsərlərin və daĢnakların ekstremizmi qorxudurdu. Nəticə onların qərarınm düz olduğunu göstərdi. Belə ki, son nəticədə "Müsəlman bitərəflər blokunun" (bax "İttifaqi-Müslimin ") nümayəndəsi qalib gəldi. 2-ci Duma, hakim dairələrin gözlədiyinin əksinə, daha radikal oldu və 1907 il iyunun 3-də çar tərəfındən qovuldu. Elə həmin tarixli qanunla həm müxalifət partiyalarmın, həm də milli azlıqlarm Dumada təmsilçiliyi xeyli məhdud- laĢdırılmıĢdı. Bu dəfə seçkilərin son mərhələsində kadetlər, menĢeviklər və bitərəflər bir blokda birləĢmək qərarına gəldilər, lakin buna baxmayaraq, seçkilərin Tiflisdə keçirilən mərhələsində Cənubi Qafqazın sağ qaragüruhçu parti- yalarının vahid namizədi qalib gəldi. 1912 ildə 4-cü Dumaya seçkilər vaxtı kadetlər həmin il Rusiyada yaradılan Tərəqqi partiyasınm nümayəndələri qismində fəal seçkiqabağı kampaniyaya baĢladılar. Seçkilər ərəfəsində kadet partiyasının "ulduzları" Milyukov, ġinqaryov, Rodiçev təbliğat kampaniyası aparmaq üçün Bakıya gəlmiĢdilər. 1912 ilin sentyabrında keçmiĢ kadetlər 12 nəfərdən ibarət "birləĢmiĢ tərəqqipərvərlərin" siyahısını irəli sürdülər. BolĢeviklərin onları burjuaziya ilə əməkdaĢhqda ittiham etmələrinə tərəqqiçilər (keçmiĢ kadetlər) "Bakı" qəzetinin səhifələrində belə cavab verdilər: "Konstitusiya təhlükədədir, proletariatın isə gücü yoxdur, biz kapitalistləəri, iĢ adamlarını özümüzdən uzaqlaĢdırmamalıyıq və qaragüruhçuların qalib gəlməməsi üçün birləĢməliyik". Sosial-demokratlar (menĢeviklər) tərəqqiçilərlə kompromisə gedib onlarla birləĢmək qərarına gəldilər və bu ad- dımın nə qədər düzgün olduğunu tezliklə gördülər. MenĢevik M.Ġ.Skobelev, ilk dəfə olaraq, Bakıdan Dumaya deputat seçildi. Beləliklə, özlərini parlament partiyası sayan kadetlərin, sonra isə tərəqqiçilərin Bakı Ģöbəsi, böyük fəallığına baxmayaraq, 4 seçki kampaniyasının heç birindo qələbə qazana bilmədi. Bu, kadetlərin Azərbaycanda sosial bazasının məhdudluğu və yerli əhalinin problemlərinin arxa plana çəkilməsi ilə bağlı idi. 1915 il avqustun 9-da Dövlət Dumasında kadetlərin, tərəqqiçilərin və oktyabrist partiyalarının iĢtirakı ilə "Tə- rəqqipərvər blok" yarandı. Blokun əsas tələbi Birinci dünya müharibəsində tənəzzülə uğrayan Rusiyada dumaya hesabat verən "ictimai etimad hökumətinin" yaradılması idi. Bakı kadetləri də "Kaspi" və "Bakı" qəzetlərinin səhifələrində bu bloku dəstəkləyir və "cavabdeh hökumət" haqqında tələblər irəli sürürdülər. Fevral inqilabı (1917) nəticəsində Rusiyada çar mütlə-qiyyəti devrildikdən sonra, kadetlər iqtidar partiyasına çev- 9 rildilər. Bu dövrdə partiyanın Bakı Ģöbəsi öz fəaliyyətini bərpa etdi. Kadetlərin bir qismi (A.Leontoviç, K.Ġretski) Müvəqqəti hökumətin Bakıda təmsilçisi olan Ġctimai TəĢkilatlann Ġcraiyyə Komitəsinin (ĠTĠK) üzvü oldu. Digərləri isə, xalq azadlıq partiyasının təĢkilat komitəsini yaratdılar. Həmin komitəyə, bəzi mənbələrə görə, keçmiĢ partiya üzvləri -- B.L.Baykov, X.A.VermiĢev, M.Q.Alibeqov, M.F.PodĢibyakin, Fridland, P.M.KaraMurza ilə yanaĢı, F.x.Xoyski də üzv seçilmiĢdi. Kadetlərin təĢkilat komitəsi Müvəqqəti hökumətin dəstəklənməsi, siyasi qüvvələrin birliyi və Antantadakı müttəfıqlərlə birgə müharibəni qələbəyədək aparmaq haqqında bütün vətəndaĢlara ünvanlanmıĢ bəyanat qəbul etmiĢdi. Kadetlərin nümayəndələri, həmçinin, o dövrdə Qafqazı idarə edən Xüsusi Zaqafqaziya Komitəsinin (Особый Закафказскии Комитет-ОЗАКОМ) əsas tərkib hissəsini təĢkil edirdilər. Oktyabr çevriliĢindən (1917) sonra Rusiyada hakimiyyətə gəlmiĢ bolĢeviklər kadetlər partiyasını qadağan etdilər. Bakı Ģöbəsinin bəzi üzviəri Rus Milli ġurasının tərkibinə daxil oldu, bəziləri isə mühacirətə getdi. S.ġaumyanın rəhbərlik etdiyi Bakı Soveti azərbaycanlılara qarĢı 1918 ilin mart soyqırımı zamanı Rus Milli ġurasından öz məqsədləri üçün istifadə etmək istəyirdi. ġura ilk mərhələdə bu fıtnəkarlığa uysa da, sonradan bolĢevikləıiə daĢnakların öz məq-sədlərinə çatmaq üçün yerli əhalini kütləvi surətdə qırdığını görüb, onlarla əlbir olmaqdan çəkindi. 1918 ilin noyabrında Bakıya daxil olmuĢ ingilis qoĢunlarının komandanı general Tomson Rus Milli ġurasının üzvləri M.PodĢibyakini, Y.Smirnovu, B.Baykovu və A.Leontoviçi qəbul edərkən onlar Azərbaycan hökumətinə daxil olmaq barədə ingilislərin təklifıni rədd etmiĢdilər. Onlar Azərbaycanın öz milli müqəddəratını təyin etməsinin əleyhinə çıxır və onu yalnız Rusiyanın tərkibində görmək istəyirdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar edəndən sonra Rus Milli ġurası mövcud vəziyyətlə barıĢmalı oldu. Onun bəzi üzvləri Parlamentdə yaradılmıĢ slavyan-rus və Milli Azlıqlar fraksiyasına daxil oldular. Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), B., 1998; Багирова И.С., Политеческие партии и организации Азербаиджана в начале XX века, Б.,1997; Шелохаев B.B., Кадеты-главная партия либеральной буржуазии в борьбе с революцией 1905-1907 гг., M., 1983. XALQ DAXĠLĠ ĠġLƏR KOMĠSSARLIĞI (XDĠK) S.ġaumyanın baĢçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Sədri P.A.Caparidze idi. Onun 8 may tarixli əmri ilə, XKS tərəfindən təsdiq olunanadək, F.A.Çikalo və MəĢədi Əzizbəyov müvəqqəti olaraq Xalq Daxili ĠĢlər Komissarının müavinləri, Bünyad Sərdarov və L.D.Qoqoberidze isə komissarın müvəkkilləri vəzifəsinə dəvət olunmuĢdular. Bakı Soveti hakimiyyəti ələ aldıqdan sonra cəza orqanlarının fəaliyyətini öz səlahiyyətinə keçirməyə, sovet haki- miyyətini möhkəmləndirmək və onun düĢmənlərinə qarĢı mübarizə aparmaq üçün onlardan istifadə etməyə çalıĢırdı. Bu məqsədlə yeni məhkəmə təsisatları sistemi yaradılmasına xüsusi fıkir verilirdi. 1917 il dekabrın 12-də hərbi tribunal yaradılmıĢdı. 1918 il martın 7-də Bakı Soveti Ġcraiyyə Komitəsinin iclasında Ģəhər dumasının səlahiyyətində olan bilsin inqilabi qaydaların mühafızəsini təmin edə bilməməsi iddia olunmuĢ, Caparidzenin təklifı ilə milisin Ģəhər sovetinin ixtiyarına verilməsi barədə qərar qəbul edilmiĢdi. Komissarlığın təĢkili ilə daxili iĢlər orqanları onun səlahiyyətinə verilmiĢdi. Lakin XDĠK-in hüquq və səlahiyyətləri getdikcə artırıldı. O, köhnə məhkəmə aparatının ləğvi, yerli və dairə xalq məhkəmələrinin təĢkili ilə də məĢğul olurdu. Bakı XKS-nin qərarı ilə icraiyyə komitəsinin rekvizisiya (müsadirə) komissiyası XDĠK-ya verilmiĢ və ayrıca rekvizisiya Ģöbosinə çevrilmiĢdi. Komissarlıq öz fəaliyyətində sovet hakimiyyətinin ideya düĢmənlərinə qarĢı çıxanların həbsinə, təqib edilməsinə və fıziki cəhətdən məhvinə cəhd göstərir, fəal rekvizisiya siyasəti həyata keçirərək, sovet hakimiyyətinin maddi imkanlarını möhkəmləndirməyə çalıĢırdı. XDĠK-in qeyri millətlərin nümayəndələri tərəfındən baĢçılıq edilən cəza əməliyyatları, baĢlıca olaraq, türk-müsəlman əhaliyə qarĢı yönəldilmiĢdi. Xalq Daxili ĠĢlər Komissarlığı Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv edilmiĢdir. Əd.: Bax Xalq Komissarhğı məqaləsinin ədəbiyyatına "XALQ EVLƏRĠ" CƏMĠYYƏTĠ - Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət göstərmiĢ klub tipli müəssisələr. Əsas məqsədi Bakı Ģəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif iĢi aparmaq idi. Xalq evləri bir çox tədbirlərin mərkəzinə çevrilmiĢdi: burada savadartırma kurslarından tutmuĢ, universitet kurslarına qədər müxtəlif kurs məĢğələləri keçirilir, kitabxana-qiraətxanalar təĢkil edilir, teatr tamaĢaları, konsertlər göstərilirdi. QaraĢəhərdəki xalq evi böyük mədəni-maarif iĢi aparılır, teatr tamaĢaları təĢkil edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirir və həftədə iki dəfə opera tamaĢaları göstərirdi. QaraĢəhərdəki cəmiyyət nəzdində 1919 il mayın 1-də mədəni-maarif və musiqi-teatr bölmələri təĢkil edilmiĢdi. Ġyulun 2-də isə ġamaxı xalq evi təsis edilmiĢdi. Xalq evlərinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti xalq evlərinə avadanlıq almması üçün vəsait ayırmıĢdı. Məhz bu yardım sayəsində orada kino zalı yaradılmıĢ və filmlərin nümayiĢ etdirilməsinə baĢlanmıĢdı. Qısa vaxt ərzində Bakı Ģəhərində, onun bütün mədən və zavod ərazilərində "Xalq evləri" cəmiyyətinin Ģöbələri açılmıĢ, böyüklər üçün təĢkil edilmiĢ savad kurslarında 5 minə yaxın adam oxumaq və yazmaq öyrənmiĢdi. "Xalq evləri" cəmiyyəti bu kurslara 7 min manatdan çox vəsait xərcləmiĢdi. Aprel işğalından (1920) sonra cəmiyyət öz fəaliyyətini dayandırmıĢdır. Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001. 10 XALQ ƏDLĠYYƏ KOMĠSSARLIĞI (XƏK) Bakı Xalq Komissarları Sovetinın (XKS) hakimiyyot orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Komissar vəzifəsinə A.Qabrielyan (Karinyan) təyin edilmiĢdi. Əslində, Rusiya Sovet Federativ Sosialist Respublikası XƏK-in tədbirlərini təkrar edirdi. Səlahiyyətlərinə inqilabi qanunçuluğa əməl olunmasına nəzarət, sovet notarius orqanlarının təĢkili, əhaliyə hüquqi yardım göstərmək və s. daxil idi. Lakin S.ġaumyamn baĢçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti qanunçuluğa deyil, zorakılığa əsaslandığına görə XƏK-in əməli rolu az idi. Əsas üstünlük bilavasitə təsir imkanlarına malik olan istintaq komissiyası, fövqəladə komissiya və inqilabi tribunala məxsus idi. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv edildi. Əd.:Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına XALQ ƏKĠNÇĠLĠK KOMĠSSARLIĞI (XƏK) - Bakı Xalq Komissarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yarandığı elan edilmiĢ, lakin həmin qərarda bu vəzifənin hələlik boĢ qaldığı bildirilmiĢdi. Sonra bu vəzifəyə Mir Həsən Vəzirov təyin olunmuĢdu. 1918 il iyunun 18-də, Vəzirovun imzası ilə, mülkədar torpaqlarının müsadirəsi haqqında Bakı XKS-in dekreti verilmiĢdi. XƏK mülkədar torpaqlarının müsadirəsi ilə yanaĢı kəndlərdə torpaq komitələrinin təĢkili, kənd təsərrüfatı məhsullarının yığılmasının həyata keçirilməsilə də məĢğul olurdu. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv edilmiĢ, Vəzirov "Sentrokaspi diktaturası" tərəfindən həbs olunmuĢ, 1918 il sentyabrın 20-də isə 26-ların tərkibində güllələnmiĢdir. Əd.: Rəhimov Ə., 1920-ci ildə Azərbaycanda mülkədar torpaq sahibliyinin ləğvi, B., 1962. XALQ ƏMƏK KOMĠSSARLIĞI (XƏK) - Bakı Xalq Komissarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 22 mart tarixli qərarı ilə Bakı quberniyasının əmək komissarlığı təĢkil olunmuĢdu. Ona Ġ.D.Zevin baĢçılıq edirdi. Sonra Bakı XKS tərkibində XƏK yaradıldı. Zevin xalq əmək komissarı təyin edildi. XƏK 8 saatlıq iĢ gününün tətbiqi, əmək Ģəraitinin yaxĢılaĢdırılması və bu kimi baĢqa məsələlərlə məĢğul olurdu. Bakı Ģəhərinin rayonlarında əmək komissarları fəaliyyət göstərirdi. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv olunmuĢ, Zevin "Sentrokaspi diktaturası" tərəfindən həbs edilmiĢ, 1918 il sentyabrın 20-də 26-ların tərkibində güllələnmiĢdir. Əd: Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına XALQ ƏRZAQ KOMĠSSARLIĞI (XƏK) - Bakı Xalq Komissarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. 1918 il iyunun 18-dən komissarlığa P.Caparidze rəhbərlik edirdi. Caparidze, eyni zamanda, daxili iĢlər komissarı və Bakı Soveti Ġcraiyyə Komitəsinin sədri idi. Ġyulun 2-nə olan vəziyyətə görə, XƏK-də öncə yaradılmıĢ 8 Ģöbə (katiblik, təchizat, idxal və ixrac, nəzarət-qeydiyyat, rekvizisiya Ģöbələri və s.), sonralar müəssisələrarası qeydiyyat-rekvizisiya Ģöbəsində birləĢdirilmiĢdi. Bakı XKS-nin süqutu ilə (1918, 31 iyul) ləğv edilmiĢ, Caparidze "Sentrokaspi diktaturası" tərəfındən həbs olunmuĢ, sentyabrın 20-də isə 26-ların tərkibində güllələnmiĢdir. Əd.:Bax Xalq Komissarhğı məqaləsinin ədəbiyyatına "XALQ ƏYLƏNCƏLƏRĠ" CƏMĠYYƏTĠ - Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiĢ liberal istiqamətli qurum. Cəmiyyət müstəqillik əldə etmiĢ əhalinin istirahətinin təĢkilində, savadlanmasında, uĢaqların və yeniyetmələrin müxtəlif əyləncəli tədbirlərə və dərnəklərə, klub və kitabxanalara cəlb olunmasında xüsusi fəalhq və təĢəbbüskarlıq göstərmiĢ, onlara milli-mənəvi dəyərlərin aĢılanmasında əhəmiyyətli rol oynamıĢdır. 1919 ilin əvvəllərində Bakı və onun mədən-zavod rayonlarındakı mədəni-maarif cəmiyyətlərini birləĢdirmək məqsədilə konfrans çağırılması üçün təĢkilat komissiyası yaradılmıĢ, "Bakı Ģəhəri mədəni-maarif müəssisələri ittifaqının nizamnaməsi" təsdiq olunmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə təqdim edilmiĢdi. Nizamnamədə deyilirdi ki, mədəni-maarif cəmiyyətləri ittifaqının məramı Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək məqsədilə Ģəhərin bütün mədəni qüvvələrini birləĢdirməkdən ibarətdir. 1920 ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz fəaliyyətini dayandırmıĢdır. Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001. XALQ HƏRBĠ VƏ DƏNĠZ ĠġLƏRĠ KOMĠSSARLIĞI (XHDĠK) - Bakı Xalq Komissarları Sovetinin (XKS) haki- miyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Xalq hərbi və dəniz iĢləri komissarı vəzifəsinə Qafqaz ordusu hərbi-inqilab komitəsinin sədri Q.N.Korqanov təyin edilmiĢdi. O, 1918 ilin yanvarında hərbi-inqilab komitəsinin tərkibində Tiflisdən Bakıya gəlmiĢ, burada qırmızı ordu hissələrinin yaradılmasına rəhbərlik etmiĢ, Bakı və onun rayonlarının inqilabı müdafıə komitəsinin üzvü təyin olunmuĢdu. Korqanov azərbaycanlılara qarĢı 1918 il mart soyqırımının təĢkilatçılarından olmuĢ, dinc əhaliyə qarĢı soyqırımı əməliyyatlarına rəhbərlik etmiĢdi. Bu əməllərini xalq hərbi və dəniz iĢləri komissarı kimi də davam etdirmiĢdi. Komissarlıq, Bakı XKS-in digər orqanlan ilə birgə, Azərbaycan Xalq Cümhuriyyətinə qarĢı hərbi əməliyyatların təĢkilində əsas rol oynamıĢdı. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv edilmiĢ, xalq hərbi və dəniz iĢləri komissarı Korqanov isə "Sentrokaspi diktaturası" tərəfındən həbs olunmuĢ, 1918 il sentyabrın 20-də isə 26-ların tərkibində güllələnmiĢdir. Əd.: Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına 11 XALQ XARĠCĠ ĠġLƏR KOMĠSSARLIĞI (XXĠK) - Bakı Xalq Komissarları Sovetinin (XKS) hakimiyyot orqanı. Ba-kı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Bakı XKS-in sədri, Qafqaz iĢləri üzrə fövqəladə komissar S.ġaumyan, eyni za-manda, xalq xarici iĢlər komissarı təyin edilmiĢdi. Bakı XKS-in fəaliyyətindəki bir sıra ziddiyyətlər xarici siyasət məsələsində daha aydın təzahür edirdi. Bakı XKS-in 1 may bəyannaməsinə görə, o, müstəqil olmayıb, Ümumrusiya Ali Xalq Komissarları Sovetinin bütün dekret və sərəncamlarını yerli Ģəraitə uyğun həyata keçirməli, Bakı Soveti vahid, bö-yük ölkənin bir hissəsi olaraq qalmalı idi. Belə olduğu halda müstəqil xarici siyasətdən danıĢmaq mümkün deyildi. Digər tərəfdən, RSFSR hökuməti V Ümumrusiya sovetlər qurultayın qərarlarını əsas götürərək, Bakı XKS-in müstəqil beynəlxalq siyasət yeritməsini tələb edirdi. ġaumyanın rəhbərliyi ilə Bakı XKS Azərbaycanda milli qüvvələrə qarĢı mübarizə aparır, neft sənayesi və digər sənaye sahələrini Sovet Rusiyasının mənafeyinə tabe etməyə çalıĢırdı. Ona görə də XXIK, əslində, formal xarakter daĢıyırdı. Bütövlükdə isə, Sovet Rusiyası istisna olmaqla, digər dövlətlərlə xarici siyasət əlaqələri normal deyildi. Türkiyə ilə düĢmənçilik münasibətləri əsas götürülürdü. Antiazərbaycan xarici siyasət xətti Bakı XKS-in xarici iĢlərinin uğursuzluğu və onun süqutunun baĢlıca səbəblərindən idi. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv edilmiĢdir. Əd.\ Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına XALQ KOMĠSSARLIĞl -Bakı rayonu Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin idarəetmə orqanı (Bax Bakı Xalq Komissarlan Soveti). 1918 il aprelin 25-də təĢkil edilmiĢdi. Ümumrusiya Ali Xalq Komissarları Sovetinin (orqanın adı rəsmi sənəddə belə göstərilir, əslində Rusiya XKS olmalıdır) ümumi dekretlərini və göstəriĢlərini, həmçinin Bakı sovetinin qərarlarını həyata keçirməli idi. Ġdarəçiliyin ayrı-ayrı sahələri xalq komissarlarına tapĢırılmıĢdı. Komissarlar kollegiyası hökumət səlahiyyətinə malik olub, Xalq Komissarları Soveti (XKS) adlanırdı. Xalq komissarlarının fəaliyyətinə nəzarət və onları dəyiĢmək səlahiyyəti Bakı Sovetinə məxsus idi. XKS sovet və onun Ġcraiyyə komitəsi qarĢısında məsul idi. Bakı XKS-nın süqutu ilə (1918, 31 iyul) ləğv edildi. Əd.\ Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşcviklərin mübarizəsi (sənədlər və materiallar), 1917-1918-ci illər, B., 1960; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;Азимов Г.С., Бакинская коммуна Б., 1981; yenə onun, Великий в Азербайджане, Б., 1987; История государства и права Азербаиджанской CCP, Б., 1964. XALQ MAARĠFĠ KOMĠSSARLIĞI (XMK) - Bakı Xalq Komissarları Sovetinın (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Xalq maarifı komissarı vəzifəsinə N.N.Kolesnikova təyin olunmuĢdu. Komissarlığın məqsəd və vəzifələri onun 1918 il 3 may tarixli müraciətində əks olunmuĢdu. XMK köhnə təhsil sisteminin dağıdılmasına, xalq maarifı və mədəni-maarif iĢinin inqilabi yolla yenidən təĢkilinə cəhd edirdi. Bu məqsədlə XMK yanında xalq təhsili üzrə məĢvərətçi Ģura yaradılmıĢdı. Mayın 11-də müəllimlərə müraciətdə tədris müəssisələrində vəzifəli Ģəxslərin seçkili olacağı bildirilirdi. Həmin iĢi həyata keçirmək üçün pedaqoji heyətin seçilməsi haqqında əsasnamə də hazırlanmıĢdı. Komissarlığın fəaliyyət proqramı mayın 21-də Bakı Sovetinin iclasında müzakirə olunaraq bəyənilmiĢ, məktəbin dindən ayrıldığı elan edilmiĢdi. Mayın 26-da məktəbəqədər tərbiyənin təĢkili sahəsində tədbirlərə baĢlandı. Ġyunun sonlarında məktəbəqədər müəssisələr üçün tərbiyəçilər hazırlayan qısamüddətli kurslar açılmıĢ, kimsəsiz uĢaqların tərbiyə olunduğu uĢaq evlərinin yenidən qurulmasına baĢlanmıĢdı. Müsadirə olunan Nobel bağında və onun yanındakı klub binasında uĢaq koloniyası təĢkil etmək qərara alınmıĢdı. "Nəşri- maarifin məktəbləri komissarlığın ixtiyarına keçirilmiĢ, neft sənayeçiləri qurultayı Ģurasının və digər neft Ģirkətlərinin məktəblərinə rəhbərlik də ona tapĢırılmıĢdı. Lakin komissarlığın təhsil proqramı və fəaliyyəti milli xüsusiyyətləri və yerli Ģəraiti nəzərə almadığından ciddi etirazla qarĢılaĢırdı. XMK isə bunu nəzərə almır, iĢini proletariat diktaturası prinsipi əsa- sında qurmağa çalıĢırdı. Mədəni-maarif sahəsindəki tədbirlər xalqın deyil, bilavasitə sovet hakimiyyətinin mənafeyinə tabe edilmiĢdi. Buna görə də verilən vədlərin əksəriyyəti deklarativ xarakter daĢıyırdı. XMK Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv olundu. Əd.\ Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına XALQ MAARĠFĠ NAZĠRLĠYĠ (XMN), Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi -Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin təhsil və mədəni-maarif müəssisələri Ģəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı. 1918 il mayın 28-də Azərbaycan Milli ġurasının tapĢırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmiĢdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi. N.Yusifbəylinin təĢkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə RəĢid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuĢdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi. XMN öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləĢdirilməsi ilə baĢladı. Nazirlik xalq təhsilini sürətlə inkiĢaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim etdi. Xalq məktəbləri və tədris dairəlorinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil iĢinin idarə-olunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verildi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra iyunun 30-da Hökumətin qərarı ilə XMN-nə nazirliyin Ģtat cədvəlini müəyyənləĢdirmək və Əsasnaməsini hazırlayıb Hökumətə təqdim etmək tapĢırıldı. 1918 il avqustun 2-də xalq maarifı naziri tərəfindən hazırlanmıĢ Əsasnamə baxılmaq və təsdiq üçün Hökumətə təqdim olundu. Əsasnaməyə görə, XMN-nin Ģtatı nazirdən, nazir müavinindən, naziryanı Ģuradan, məktəbləri idarə etmək üçün ali və orta təhsil, 12 ixtisas təhsili sahələri üzrə üç Ģöbədən ibarət təsdiq olundu. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlordən biri də Hökumətin 1918 il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan Hökuməti ilk günlərdən baĢlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləĢdirilməsi oldu. Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918 il 28 avqust tarixli qəranna əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil Ģagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən Ģagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili Ģöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin Ģagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər. Xalq maarifi naziri N.Yusifbəyli 1918 il dekabrın 31-də Azərbaycan qubernatorlarına göndərdiyi məktubda göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyətində maarif sahəsində qarĢıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə aldı. Məktubda qeyd edilirdi ki, indiki zamanda yalnız yüksək maarif malik olan xalq tərəqqi edə bilər. Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919 ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. Müəllimlər seminariyaları istisna olmaqla, 1919-20-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 Ģagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən baĢlıca çıxıĢ yolu Türkiyədən müəllim kadrlan dəvət etmək və dərs vəsaitləri gətirmək, habelə qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı Ģəxslərdən müəllim kadrları hazırlamaq idi. XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədile xüsusi komissiya yaratmıĢdı. Həmin ko-missiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla ġaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmiĢdilər. 1919 il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəran ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmıĢdı. 13 Azərbaycan Cümhuriyyəti Hökumətinin və Xalq Maarifı Nazirliyinin təhsil sahəsində qarĢısında duran ən ümdə vəzi- fələrdən biri də ölkədə ali təhsilin təĢkili və ali təhsilli kadrların hazırlanması idi. Cümhuriyyət Hökumətinin fəaliyyət göstərdiyi qısa müddətdə Azərbaycanda üç ali təhsil ocağının - Bakı Dövlət Universitetinin, Əkinçilik Ġnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmıĢdı. Onlardan yalnız birini - Bakı Dövlət Universitetinin açılmasını reallaĢdırmaq mümkün oldu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919 il sentyabrın 1-də "Bakı Döv-lət Universitetinin təsisi haqqmda" qanun qəbul etdi. 1919 il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu (bax: Bakı Dövlət Universiteti). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarı əsasında XMN-nin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri Ģəbəkəsinin geniĢləndirilməsi idi. Təkcə 1919 ildə Azərbaycanda dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Cümhuriyyət Hökumətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də yaĢlıların savadlandınılması idi. Bu məqsədlə 1919 il sentyabrın 15-dən Bakı, Gəncə, ġuĢa, Nuxa (ġəki), Zaqatala və Qazaxda yaĢlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar, 1919 ilin noyabrından isə Bakıda azərbaycanlı fəhlələr üçün texniki axĢam kursları açıldı. Bu kurslarda 200 nəfərə yaxın azərbaycanlı fəhlə peĢə təhsilini artırırdı. Xalq Maarifi Nazirliyi bu kursların iĢinə yaxından kömək göstərirdi. Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Nazirliyi ölkədə maarifin inkiĢafi üçün geniĢ tədbirlər planı hazırlamıĢ, həmin plan Azərbaycan Hökuməti tərəfindən bəyənilmiĢ və onun həyata keçirilməsinə razıhq verilmiĢdi. Lakin Aprel işğalı (1920) bu planların gerçəkləĢdirilməsini yarımçıq qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təĢkili və inkiĢafma mühüm kömək göstərdi. Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Адрес-календарь Азербаиджанской Ресбублики на 1920 г., Б., 1920; Азербаиджанская Демократическая Республика (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998; Məhərrəmov A., Bakı Dövlət Universiteti, B., 2000; PaĢayev A., AçılmamıĢ səhifələrin izi ilə, B., Fransada təhsil alan azərbaycanlı tələbələr

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.