ARTUR KONAN DOYL BOSKOMB VADİSİNİN SİRRİ hekayələr 2-ci nəşr 1 Türkcədən dilimizə uyğunlaşdıran: Cəlil Cavanşir Redaktor: Müşfiq XAN Korrektor: Asifə Əfəndiyeva Mətn tərtibatı: Rövşən Yerfi Dizayn və qrafika: Teymur Fərzi Texniki redaktor: Bəxtiyar Ələkbərov Artur Konan Doyl. Boskomb vadisinin sirri. Hekayələr Hədəf Nəşrləri, 2-ci nəşr. Bakı-2015. 168 s. “Boskomb vadisinin sirri” kitabında dünya detektiv ədəbiyyatının klassiklərindən biri sayılan Artur Konan Doylun bir neçə əsəri toplanıb. Kitabı oxumaqla məşhur xəfiyyə Şerlok Holms və onun dostu Doktor Uatsonun səylə araşdırdığı bir-birindən maraqlı hadisələrlə tanış ola- caqsınız. “Bohemiyada qalmaqal”, “Boskomb vadisinin sirri”, “Beş porta- ğal çəyirdəyi”, “Qırmızı saçlılar klubu”, “Büzük dodaqlı adam”, “Bir şəx- siyyət hadisəsi” kimi əsərləri sizə müəmmalı cinayətlərin üstünün açıl- ması prosesinin şahidinə çevrilmək imkanı qazandıracaq. Hədəf Nəşrlərinin rəsmi razılığı olmadan kitabın, yaxud onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır. ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 5 3 - 8 www.hedefnesrleri.az © Hədəf Nəşrləri / 2015 2 3 KİTABIN İÇİNDƏKİLƏR BOHEMİYADA QALMAQAL........................................5 BOSKOMB VADİSİNİN SİRRİ ...................................35 BİR ŞƏXSİYYƏT HADİSƏSİ .......................................65 QIRMIZI SAÇLILAR KLUBU ......................................89 BEŞ PORTAĞAL ÇƏYİRDƏYİ ....................................117 BÜZÜK DODAQLI ADAM ..........................................139 4 BOHEMİYADA QALMAQAL 5 I Şerlok Holms onun haqqında danışanda deyirdi: “O qa- dındır”. Ondan bəhs edərkən başqa ifadə istifadə etdiyini xa- tırlamıram. Holmsun nəzərində cinsiyyətinin bütün özəllik- lərini biruzə verən bir qadın idi. Holmsun İren Adlerə qarşı hiss etdiyi qətiyyən sevgi deyildi. Bütün duyğular, xüsusilə də bu duyğu onun maksimalist amma heyran olunacaq qə- dər sabit düşüncələrinə həddindən artıq yad idi. Mənə görə o, dünyanın ən mükəmməl ağıl və müşahidə makinası idi. Ancaq aşiq kimi o qədər də uğur qazana bilməyəcəyi aydın idi. Sevgi haqqında hər zaman lağlağıyla danışardı. Bir mü- şahidəçi üçün bu hisslər insanın məqsədlərinin və hərəkət- lərinin arxasında qalan həqiqəti göstərən işarələrdən başqa heç nə deyildi. Amma təcrübəli bir müdrik belə təhlükəli duyğuların həssas və tarazlaşmış təbiətinə qarışmasına icazə versə, bun- lar, gəldiyi məntiqi nəticələrə kölgə sala biləcək çaşdırıcı fak- torlara dönürdü. Həssas bir ölçü alətinin üzərində bir toz zərrəsi nədirsə və ya güclü bir böyüdücü şüşədəki çatlaq nə idisə, onun kimi təbiətə sahib insan üçün ehtiraslar elə idi. Ancaq hər şeyə rəğmən onun üçün sadəcə bir qadın vardı: xatirələri şübhə və suallarla dolu olan İren Adler. Son vaxtlar Holmsu çox az görürdüm. Evli olduğum üçün bir müddət idi ki, görüşmürdük. Mən öz torpaqlarının sahibi olmanın gözəlliyini kəşf etmiş bir insan olaraq, evimlə məşğul olub tamamən xoşbəxtliyi əldə etdiyim halda bohem ruhuyla sosial fəaliyyətin bütün növlərinə nifrət edən Holms 6 isə özünü qədim kitablara həsr etmiş, həftələr keçdikcə ko- kain və ehtiyacları arasında vurnuxarkən, dərmanın yarat- dığı süstlük və güclü təbiətin vəhşi enerjisi arasındakı sa- vaşla, dəyişən ruh halları ilə Beyker küçəsindəki evimizdə qalmışdı. Düzü, əvvəlki kimi cinayət araşdırmalarına davam et- miş, qeyri-adi bacarıqlarından və müşahidələrindən istifadə edərək rəsmi polisin belə çarəsiz qaldığı bəzi hadisələri çöz- müşdü. Hərdənbir gördüyü işlərdən xəbərim olurdu. Trepov hadisəsində Odessaya çağrılmasını, Trinkomalidəki Atkin- son qardaşlarının faciəsini aydınlığa çıxarmasını və son ola- raq Hollandiya Kral xanədanı üçün göstərdiyi uğurlu xid- məti hər zaman izləmişdim. Doğrusunu desəm, gündəlik qə- zetləri oxuyan hər kəs kimi əsas səhifələrdən əldə etdiyim bu məlumatlardan başqa köhnə dostumdan və yoldaşımdan başqa xəbərim yox idi. 20 mart 1888-ci ildən etibarən xüsusi həkimliklə məşğul olmağa başlamışdım. Bir gecə xəstələrimdən birinin yanın- dan dönərkən, yolum təsadüfən Beyker küçəsinə düşdü. Ya- dımda “Qızıl çalışma”nın 10 qaranlıq hadisələri ilə özünə yer etmiş o qapının qarşısından keçərkən, Holmsu yenidən görmək və qeyri-adi imkanlarını necə istifadə etdiyinə yeni- dən şahid olmaq üçün qarşısıalınmaz bir arzu baş qaldırdı içimdə. Otaqların işıqları yanırdı və yuxarı baxanda onun uzun, zəif kölgəsinin iki dəfə pərdənin qarşısından keçdiyini gör- düm. Başını önə əymiş, əlləri arxasında otaqda ora-bura gə- zir, sürətlə vurnuxurdu. Bütün vərdişlərini bilən biri olaraq, hərəkətlərinin mənasını o dəqiqə başa düşdüm. Yenə iş ba- şında idi. Narkotikin yaratdığı sərxoşluqdan sıyrılmış, yeni izə düşmüşdü. Qapının zəngini basdım və bir zamanlar 7 onunla birlikdə yaşadığım otağa girdim. Məni coşquyla qar- şılamadı. Onsuz da nadir hallarda elə olurdu. Fəqət mənə elə gəlir ki, məni gördüyünə sevinmişdi. Artıq söz demədən sevgi dolu baxışlarla kresloya işarə etdi. Sonra o da yaxın da- yanaraq, özünəməxsus baxışlarla məni təpədən-dırnağa diq- qətlə süzdü. -Evlilik sənə düşüb, - dedi. - Səni gördüyüm gündən bu yana təxminən dörd kiloqram kökəlmisən Uatson. -Üç kiloqram yarım, - etiraz etdim. -Doğrudan? Mənə qalsa bir az çox olar. Bir parça artıq olduğuna əminəm sevimli Uatson. Belə başa düşdüm ki, praktik fəaliyyətə geri dönmüsən. İşləməyə başlamaq niyyə- tində olduğunu deməmişdin. -O halda hardan bilirsən? -Görürəm. Gördüklərimdən də bu nəticəyə gəlirəm. Yaxşı, son dəfə yağışın altında iliklərinə qədər islandığını və çox bacarıqsız və diqqətsiz bir xidmətçi tutduğunu necə bilə bilərəm səncə? -Əziz Holms, - dedim. - Daha bu qədər də yox. Bir neçə əsr əvvəl yaşasaydın mütləq sehirbaz kimi yandırılacaqdın. Çərşənbə günü gəzməyə çıxmağım və evə pis gündə qayıt- mağım doğrudur. Ancaq paltarlarımı dəyişdirdiyim halda bunu necə anladın? Meri Cenə gəlincə, arvadım da ona tez- tez xəbərdarlıq edir, amma qadın çarəsiz söhbətdir. Yenə də bütün bunları necə başa düşürsən, ağlım kəsmir. Öz-özünə güldü və uzun əllərini ovuşdurdu. -Sadədən də, sadədir. Gözlərim mənə ayaqqabının sol tayının yanında, işıq düşən yerdə, ayaqqabı dərisinin üzə- rində təxminən yan-yana altı kəsik olduğunu deyir. Quru- muş palçığı təmizləməyə çalışmış bacarıqsız birinin əlindən çıxdıqları açıq-aydındır. Ona görə də ikili fikir yürütməklə, 8 pis havada çöldə olduğunu və Londonun ən pis çəkmə tə- mizləyəninə sahib olduğunu başa düşə bilirəm. Sənin sənə- tinə gəlincə, yodform qoxusu verən, sağ əlinin şəhadət bar- mağında qara azot turşusu ləkəsi və şlyapasının sağ tərə- fində stetoskop olduğunu hiss etdirən bir şişkinlik olan cə- nab otağıma girəndə onun bir tibb işçisi olduğunu başa düş- məməyim axmaqlıq olar. Müşahidələrini bölüşdükcə elə rahat idi ki, özümü gül- məkdən saxlaya bilmədim. -Bunları izah etdiyin zaman, “mən də edə bilərəm” dü- şüncəsi yaranır, asan görünür. Fəqət, başqa bir nümunə ilə qarşılaşanda sən açıqlayana qədər çaşqınlığım keçmir. Üstə- lik də gözlərim səndən daha yaxşı görür. -Elədir, - deyə cavab verdi. - Bir siqaret yandırdı və kres- loya çökdü. - Görürsən, amma müşahidə etmirsən. Ortadakı fərq açıqdır. Məsələn, girişdən bu otağa qalxan pilləkənləri çox görmüsən. -Çox. -Nə qədər çox? -Nə bilim, yüzlərlə dəfə. -Yaxşı, neçə pillə var? -Neçə dənə? Bilmirəm. -Tam təxmin etdiyim kimi! Görmüsən, amma müşahidə etməmisən. Amma görmüsən. Üzərində dayandığım nöqtə budur. Mən on yeddi pillə olduğunu bilirəm. Çünki həm görmüşəm, həm də müşahidə etmişəm. Bir anlıq dayandı və yenə davam etdi: -Bu arada, kiçik problemlərlə maraqlandığın və mənim bəzi önəmsiz təcrübələrimi başqalarına çatdırmaq vərdişinə sahib olduğun üçün diqqətini çəkər məncə. – Masanın üs- tündəki çəhrayı kağızı mənə atdı. 9 -Son poçtla gəlib, - dedi. - Ucadan oxu. Məktub tarixsiz idi və üzərində nə bir imza, nə də bir ünvan var idi. Məktubda deyilirdi: “Bu gecə saat səkkizə iyirmi dəqiqə qalmış, vacib bir mövzu barədə danışmaq üçün bir cənab gə- ləcək. Son zamanlarda Avropanın kral ailələrindən birinə göstərdiyiniz xidmətlər sizin belə önəmli bir mövzuda eti- barlı olduğunuzu göstərir. Hər çevrədən sizin haqqınızda məlumat toplanıldığı üçün, bu qənaətə gəlmişik. Lütfən hə- min saatda otağınızda olun və maskalı qonağınızı gözlə- yin.” -Çox sirlidir. Səncə nə məna verir? -Hələlik əlimdə lazım olan qədər fakt yoxdur. Əlimdə fakt olmadan nəzəriyyə irəli sürmək xətadır. İnsan nəzəriy- yələri həqiqətlərlə əlaqələndirməkdənsə, hiss etmədən həqi- qətləri nəzəriyyələrə uyğunlaşdırmağa çalışırlar. Yaxşı, sən qeydin əslini əlinə götür. Burdan nə başa düşürsən? Yazını və yazının yazıldığı kağızı diqqətlə gözdən ke- çirdim. -Yazı sahibinin vəziyyəti heç də pis deyil, - deyə dostu- mun düşüncə tərzini təqlid edərək sözə başladım. - Bu kağı- zın paketi üç penidən az deyil. Öyrəşmədiyimiz qədər qalın və keyfiyyətli kağızdır. -Öyrəşmədiyimiz...düzgün ehtimaldır, - Holms dillən- di. - İngilis kağızı deyil. İşığa tut. Dediyini elədim və kağızın səthində “Eg”, “P” və “Gt” hərflərinin həkk olunduğunu gördüm. Holms soruşdu: -Burdan nə nəticəyə gəlirsən? -İstehsalçının adıdır, şübhəsiz. Adının qısaltmasıdır yə- qin ki. 10
Description: