1 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A. A. BAKIXANOV adına TARİX İNSTİTUTU Əlyazması hüququnda AĞASİYEV İKİRƏM KƏRİM oğlu QAFQAZDA ALMAN MƏSKƏNLƏRİNİN YARANMASI VƏ ONUN REGİONAL XÜSUSİYYƏTLƏRİ (Şimali Qafqaz və Gürcüstanın nümunəsində) İxtisas: 07.00.03- Ümumi tarixi Tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş D İ S S E R T A S İ Y A BAKI -2010 2 MÜNDƏRİCAT GİRİŞ...................................................................................................................... 3 I Fəsil. Qafqazda almanların məskunlaşmasının ilkin tarixi şərtləri, səbəbləri, başlanğıcı və XIX əsrin birinci yarısında onun dinamikası............................. 35 1.1. Rusiya imperiyası ərazisində alman məskunlaşmasının əsas mərhələləri və Qafqazda alman koloniyalarının yaranmasının ilkin tarixi şərtləri........................35 1.2. Qafqazda almanların məskunlaşmasının etno – siyasi aspektləri və coğrafi lokallaşma xüsusiyyətləri..........................................................................................53 1.3. Qafqazda alman məskunlaşmasının birinci mərhələsi və onun sosial-iqtisadi nəticələri.................................................................................................................. 85 II Fəsil. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Qafqaz almanları Rusiya – Almaniya dövlətlərarası münasibətlərində.................................................... ....107 2.1. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində almanların Qafqazda kütləvi məskunlaşması prosesi və onun sosial – iqtisadi, siyasi nəticələri..........................107 2.2. “Alman məsələsi”nin yaranması və onun həllinin əsas mərhələləri ............. 144 2.3. Qafqaz almanları Birinci Dünya müharibəsi illərində............................... .....168 III Fəsil. 1917-1920-ci illərdə Qafqaz almanlarının sosial – siyasi həyatı............... 206 3.1. Qafqaz alman koloniyaları çarizmin devrilməsindən sonrakı dövrdə (1917-ci ilin martı- 1918-ci ilin mayı)...................................................................................206 3.2. Qafqazda geosiyasi vəziyyət və alman kolonistlərinin ictimai – siyasi həyatı (1918- 1920-ci illər)................................................................................................. 233 IV Fəsil. Qafqaz almanlarının dini-mədəni həyatı, yerli xalqlarla etnik inteqrasiya, etno - konfessional və mədəni diffuziya problemləri............... 262 4.1.Koloniyalarda məktəb işinin təşkili................................................................ 262 4.2.Kolonistlərin dini həyatının əsas məsələləri.................. .................................274 4.3.Alman kolonistlərinin ailə-məişət həyatı, yerli əhali ilə münasibətləri........ 295 Nəticə.............................................................................................................. ...... 315 İstifadə olunmuş mənbələr və ədəbiyyat............................................................ .. 326 Əlavələr ................................................................................................................ 360 3 GİRİŞ Mövzunun aktuallığı. XIII əsrdən başlayan almanların kütləvi miqrasiyası tarixdə baş verən ən möhtəşəm, dünyanın siyasi xəritəsinə, onun etnik, konfessional tərkibinə önəmli təsir etmiş ən güclü əhali miqrasiyalarından biri olmuşdur. XX əsrin ortalarına qədər davam etmiş bu proses geniş coğrafi areala malik olmuş, Şimali və Cənubi Amerikanı, Afrikanı, Avstraliyanı, Ön Asiyanı, Şərqi Avropadan tutmuş Uzaq Şərqə qədər, yəni ingilis politoloqu C. Makinderin «yerin ürəyi» adlandırdığı böyük bir Avrasiya məkanını əhatə etmişdir. Göründüyü kimi, almanların məskunlaşması ayrı-ayrı istiqamətlərdə getmiş, müxtəlif dövrlərdə, müxtəlif regionlarda bu prosesin xarakteri, məqsədləri, məzmunu, sosial və siyasi bazası eyni olmamışdır. Əhalinin bu qlobal yerdəyişməsi prosesində milyonlarla alman əhalisi iştirak etmişdir. Almanların məskunlaşmasının əsas və ilk istiqaməti şərq istiqaməti olmuşdur ki, təqribən yeddi əsrə yaxın vaxt ərzində alman əhalisi Mərkəzi Avropadan başlayaraq geniş Avrasiya məkanına - indiki Baltikyanı dövlətlər, Polşa, Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan, Türkiyə, Avstriya, Rumıniya və keçmiş Rusiya imperiyası ərazilərinə yayılmağa başlamışdır. Rusiya imperiyası məkanında almanlar Baltikyanı ərazilərdə, Şimal-Qərb rayonu (Peterburq), Mərkəzi rayon (Moskva), Cənub-Qərbi Ukrayna, Şimali Qara dəniz sahilləri, Şimali və Cənubi Qafqaz, Volqaboyu, Ural, Mərkəzi Asiya, Qərbi Sibir, Şərqi Sibir, Altay, Uzaq Şərq (Saxalinə qədər) kimi regionlarda kompakt halda məskunlaşmışlar. Dispers halda almanlara Rusiya imperiyasının demək olar ki, bütün ərazilərində rast gəlinirdi. 1897-ci ildə əhalinin siyahıya alınmasına görə çar Rusiyasının ərazisində 1 mln. 813 min alman əhalisi qeydə alınmış, XX əsrin əvvəl- lərində onların sayı artıq 2 milyonu keçmişdi (366, s.35). Stalinizm dövründə SSRİ-nin başqa xalqları ilə yanaşı, almanlar da repressiyalara məruz qalmış, ədalətsiz olaraq onlara “casus”, “diversant” damğaları vurulmuş, SSRİ –nin Avropa hissəsində yaşayan yüzminlərlə alman əhalisi Orta Asiya, Sibir və Uzaq Şərqə deportasiya edilmişdir. Bütün bu məhdudiyyətlərə baxmayaraq, SSRİ dövründə də alman əhalisi sovet cəmiyyətinin əhəmiyyətli 4 hissəsini təşkil edirdi: 1989-cu ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə SSRİ-də 2 milyondan artıq alman əhalisi qeydə alınmışdır (367, s.38). Son 20 il ərzində onların müəyyən hissəsi xaricə mühacirət etsə də, bu gün postsovet məkanında almanların sayı 700 mindən artıqdır və onların da təqribən 30 mini Qafqazda yaşayır (410,s.6-15). Alman kolonistlərinin Qafqazda məskunlaşmasının başlanğıcı XVIII əsrin sonlarına təsadüf edir və 150 ilə yaxın – yəni 1941-ci ilə qədər Qafqazda mövcud olmuş alman koloniyaları regionun sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynamış, alman əhalisi yerli Qafqaz əhalisi ilə qaynayıb-qarışaraq regionun etnik xəritəsinin ayrılmaz elementinə çevrilmişdir. 1941-ci ilin avqustunda Qafqaz almanlarının deportasiyası, onların adı ilə bağlı toponimikanın ləğv edilməsi tarixi yaddaşın aberrasiyasına gətirdi: postsovet məkanında, o cümlədən Qafqazda almanların məskunlaşması, alman koloniyalarının fəaliyyəti faktı süni şəkildə unutduruldu, sonrakı dövrlərdə “alman koloniyaları” mövzusuna “məxfilik” qayəsi vuruldu, onun tədqiq olunmasına müəyyən məhdudiyyətlər qoyuldu. SSRİ dağıldıqdan sonra Azərbaycan, o cümlədən başqa Qafqaz respublika- larının müstəqillik qazanması nəticəsində sovet dövrü qadağan olunmuş bir çox mövzuların, o cümlədən alman koloniyalarının tarixinin tədqiqinə qoyulan məhdudiyyətlər aradan qaldırıldı və adı çəkilən tarixşünaslıq probleminin araşdırılması üçün münbit şərait yarandı. Bu gün Qafqazda alman məskunlaşmasının tarixi həm elmi, həm ictimai, həm də siyasi dairələrdə böyük maraq doğurur və bu nöqteyi nəzərdən Qafqazda mövcud olmuş alman koloniyalarının tarixinin araşdırılması böyük aktuallıq kəsb edir. Öncə qeyd etmək lazımdır ki, Qafqaz alman koloniyalarının tarixi –eyni zamanda, həm Azərbaycan, həm də Qafqaz tarixinin bir hissəsidir və bu problemin tədqiq olunması Qafqaz regionunun, o cümlədən Azərbaycanın inkişaf tarixinin bütöv elmi – obyektiv mənzərəsinin yaranmasına xidmət edə bilər. Təəssüflər olsun ki, bu vaxta qədər Qafqaz alman koloniyalarının tarixi istər Azərbaycan, istərsə də xarici ölkə tarixşünaslığında lazımi səviyyədə araşdırılmamış, nəticədə mövzu ilə 5 bağlı bir sıra vacib məsələlər müxtəlif regionlar çərçivəsində tədqiqat aparan tarixçilərin nəzərindən kənarda qalmışdır. Qafqaz almanlarının tarixinin öyrənilməsi region dövlətləri və ilk növbədə Azərbaycan üçün vacib olan bir sıra məsələlərə aydınlıq gətirilməsində yardımçı ola bilər. Belə ki, çarizmin XVIII əsrin ikinci yarısından başlayaraq apardığı məskunlaşdırma siyasətinin əsas obyektlərindən biri də Qafqaz regionu idi və məzmun etibarı ilə Qafqazdan türksoylu və digər müsəlman xalqların sıxışdırılmasına, bölgənin daha çox xristian dininə etiqad edən xalqlarla məskunlaşdırılmasına xidmət edirdi. Bu mənfur siyasətin həyata keçirilməsində çar hökumətinin əlində alətə çevrilən alman əhalisinin tarixinin tədqiqi Rusiyanın Qafqaz siyasətinin əsas məzmununu, istiqamətlərini aydınlaşdırmağa imkan verər, müasir dövrdə Azərbaycan cəmiyyəti üçün aktual olan bəzi məsələlərin və birinci növbədə Qafqazda slavyan, erməni elementlərinin sayının artması, türk mənşəli, islam dininə aid xalqların öz tarixi torpaqlarından sıxışdırılması faktlarının bir daha sübut olunmasında yardımçı ola bilər. Qafqazda yaşamış alman əhalisinin tarixinin öyrənilməsinin aktuallığını artıran başqa bir amil bugünkü qloballaşan dünyada Qərb-Şərq qarşıdurmasının yaranma təhlükəsidir. Avropa mədəniyyətində Şərqin Qərbə qarşı qoyulmasının iki min ildən də artıq tarixi var. Müxtəlif amillərin təsiri ilə Qərb və Şərq xalqları arasında, dünyanın bu iki hissəsi haqqında müxtəlif obrazlar formalaşmışdır: Şərq aləmi Qərb dünyasını mənəvi dəyərlərdən uzaq, özünəməxsusluğunu itirmiş, yalnız maddi rifah marağı ilə yaşayan bir toplum kimi təsəvvür edirdisə, Qərb Şərqə “yad mədəniyyətin, adət və ənənələrin, psixologiyanın daşıyıcısı” kimi baxmışdır. Avropa ictimai şüurunda şərq dünyasına münasibət, bəzən “sivil”, yüksək mədəniyyətli dünyanın “barbar” dünyasına münasibəti formasını almışdı və təəssüflər olsun ki, bu cür stereotiplər bu gün də qalmaqdadır. Qərb – Şərq qarşıdurmasının yaranması onun gələcəkdə daha təhlükəli qarşıdurmaya – dünya dinləri əsasında formalaşan sivilizasiyalar arası qaşıdurmanın meydana gəlməsinə zəmin yarada bilər. Bu nöqteyi – nəzərdən müasir dövrdə bəşər sivilizasiyalarının zaman və məkanda əlaqəliliyinin bərpasına, müxtəlif konfessiyalara aid xalqlar arasında qarşılıqlı inamın yaranmasına, 6 qarşılıqlı anlaşmaya, birliyə, razılığa, Qərb və Şərq mədəniyyətlərini birləşdirən ümumi cəhətlərin üzə çıxarılmasına və təbliğ edilməsinə xidmət edən elmi araşdırmalara böyük ehtiyac var. Etnik xəritəsinə görə dünyanın ən spesifik regionlarından biri olan Qafqazda həm Şərq, həm də Qərb mədəniyyətinin daşıyıcıları olan onlarla xalqın, etnik qrupların, müxtəlif konfessiyaların nümayəndələri yüzillərlə yan-yana yaşamış, əməkdaşlıq etmişlər. Bir əsr yarım Qafqaz ərazilərində yaşamış və sayı 120 mini keçən alman əhalisinin bu regionda məskunlaşması, təsərrüfat həyatı qurması, müxtəlif dil qrupuna, konfessiyalara aid yerli xalqlarla sosial-iqtisadi, mədəni əlaqələr yaratması və sair kimi məsələlərin öyrənilməsi bu gün dünyada gedən qloballaşma, inteqrasiya, mədəniyyətlərin dialoqu dövründə xüsusi əhəmiyyət kəsb edir. Qafqaz kimi polietnik bir regionda yaşamış alman kolonistlərinin tarixinin araşdırılmasının aktuallığı həm Azərbaycanda və həm də qonşu Qafqaz dövlətlərində çoxsaylı milli və etnik azlıqların yaşaması ilə izah olunur. Tarix sübut edir ki, milli azlıqlar, milli qurumlar dövlətin daxili və xarici siyasətində müsbət rol oynamaqla yanaşı, müəyyən tarixi məqamlarda dövlətlərarası münasibətlərin qurbanına çevrilə bilər. Qloballaşma dövründə, dünya ölkələrinin polietnik xüsusiyyətlərinin daha qabarıq şəkildə özünü bürüzə verdiyi bir dövrdə bu çox narahatedici simptom olardı. Qafqaz almanlarının çar hökuməti dairələri ilə münasibətlərinin, çarizmin “alman” siyasətinin xüsusiyyətlərinin dərindən araşdırılması keçmişin mənfi və müsbət dərslərini nəzərə almaq şərti ilə region dövlətlərinin apardığı milli siyasət strategiyasının daha da təkmilləşdirilməsinə xidmət edə bilər. Qafqazda mövcud olmuş alman koloniyalarının tarixi həm də ona görə xüsusi aktuallıq kəsb edir ki, bu Rusiya imperiyasında, özgə bir coğrafi, etnik, mədəni məkanda fəaliyyət göstərən milli azlığın, milli diasporanın tarixidir. Müasir dövrdə dövlətlərin xarici siyasətində, dövlətlərarası problemlərin həllində milli diaspor təşkilatları böyük təsirə malikdir. Əsasən də, Azərbaycan üçün milli diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı məsələlər daha aktualdır. Belə ki, bu gün dünyanın 70-dən artıq ölkəsində 150-dən çox Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir və onlar öz ətrafında 20 mln. soydaşımızı birləşdirirlər. Bu təşkilatların fəaliyyətinin 7 effektivliyinin yüksəldilməsi, daha optimal metodların işlənib hazırlanması, onların siyasi təsir dairəsinin genişləndirilməsi bu sahədə qazanılmış dünya təcrübəsindən səmərəli istifadə əsasında mümkündür. Bu baxımdan tarixi vətəni - Almaniyadan çox-çox uzaqda, fərqli bir coğrafi, sosial-iqtisadi, mədəni, dini mühitdə yaşayan Qafqaz almanlarının öz etnik eyniliyini, milli adət-ənənələrini, mentalitetini, milli birliyi, həmrəyliyi qoruyub saxlaması, assimilyasiyaya uğramaması, öz ana vətənlərinə daim sadiq qalması və bununla yanaşı yaşadıqları ölkənin iqtisadi, siyasi, mədəni həyatına fəal inteqrasiya olmaq bacarığı bu günkü Azərbaycan milli diaspor təşkilatları üçün nümunə rolu oynaya bilər. Bu gün müstəqil Azərbaycan Respublikası iqtisadi cəhətdən Qafqazın ən dinamik inkişaf edən ölkəsi olmaqla yanaşı, həm də regionun siyasi, mədəni həyatında aparıcı rol oynayan dövlətə çevrilməkdədir. Son illər dünyanın aparıcı ölkələri, o cümlədən Almaniya Qafqaz regionu ilə əməkdaşlıq məsələlərinə böyük önəm verir. Bu səbəbdən, Almaniya Qafqazın lider ölkəsi – Azərbaycan Respu- blikası ilə əlaqələrin genişlənməsinə və dərinləşməsinə maraq göstərir. Qafqazda yaşayan azərbaycanlılar, ruslar, gürcülər, ermənilər, çeçenlər, osetinlər, abxazlar və sair xalqlarla alman əhalisi arasında mövcüd olmuş münasibətlərin xarakterinin elmi- obyektiv şəkildə araşdırılması bir daha göstərir ki, Qafqazda alman kolonistləri ilə daha sıx əməkdaşlıq etmiş, həmişə kolonistlərə təmənnasız yardım əli uzatmış xalq azərbaycanlılar olmuşdur ki, bu faktın daha dərindən tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması Azərbaycan – Almaniya dostluq münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcəkdir. Beləliklə, Qafqaz alman koloniyalarının tarixinin aktuallığı bu problemin arxiv sənədləri və sair mənbələr, elmi ədəbiyyat əsasında, geniş şəkildə tədqiq olunması zərurəti yaradır. Tədqiqat işinin xronoloji çərçivəsi XVIII əsrin sonlarından 1921-ci ilə qədər olan dövrü əhatə edir və xronoloji cəhətdən həm alt, həm də üst hüdud Qafqaz tarixində gedən proseslərdə keyfiyyət dəyişikliklərini əks etdirir. 1768 – 1791 - ci illər arasında baş verən rus-türk müharibələrinin nəticəsi kimi Şimali Qafqazın böyük bir hissəsi Rusiya imperiyasına qatıldı. İşğal olunmuş yeni 8 ərazilərin iqtisadi, siyasi, kulturoloji cəhətdən mənimsənilməsi məqsədi ilə çarizm burada fəal köçürmə siyasəti yeritməyə başladı və Şimali Qafqazda ilk alman koloniyalarının yaradılmasına yönələn tədbirlər məhz 1770-ci illərə təsadüf edir. XIX əsrin əvvəllərindən almanların məskunlaşması prosesi Qafqazın, demək olar ki, bütün regionlarını əhatə etdi və 1917-ci ilin Fevral inqilabına qədər onlar çar Rusiyasının iqtisadi, siyasi, mədəni həyatında mühüm yer tutdular. Çar Rusiyasında yaşadıqları dövrdə alman kolonistlərinin həyatında demoqrafik, sosial-siyasi, mədəni-dini xarakterli həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş vermişdi və “Rusiya almanları” etnoniminin formalaşması prosesi başlamışdı. Lakin bu proses 1917-ci ilin Oktyabr çevrilişi və ondan irəli gələn siyasi hadisələr nəticəsində qırıldı. Qafqaz almanları üç dövlətin tərkibində - Sovet Rusiyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Demokratik Respublikasının tərkibində yeni həyat qurmağa başladılar. Xronoloji çərçivənin üst hüdudu 1921-ci illə məhdudlaşır, çünki 1920-1921-ci illərdə Qafqaz almanlarının həyatında taleyüklü dəyişikliklər baş verdi – 1920-ci ilin əvvəllərinə Şimali Qafqazda bolşevik hakimiyyəti bərqərar oldu, apreldə Azərbaycanın, 1921-ci ilin fevralında isə Gürcüstan Respublikasının müstəqilliyinə son qoyuldu və Cənubi Qafqaz alman koloniyalarının da yeni sosial-iqtisadi, siyasi- mədəni şəraitdə fəaliyyəti başlanğıc mərhələsində yarımçıq qaldı. Sovet Rusiyasının bütün Qafqazı işğal etməsi ilə Qafqaz almanlarının tarixində məzmunca yeni bir dövr – sovet dövrü başladı. Əsərdə, ərazi baxımından Qafqaza daxil olan bütün regionlarda yaşayan alman əhalisinin sovet dövrünə qədər keçdiyi tarixi yol araşdırılmışdır. Bununla yanaşı, Azərbaycanda mövcud olmuş alman koloniyalarının tarixi qane edici səviyyədə tədqiq edildiyindən, dissertasiyada Şimali Qafqaz və Gürcüstan alman koloniyalarının tarixinin daha geniş və dərindən işıqlandırılmasına üstünlük verilmişdir. Qafqazın böyük hissəsini əhatə edən Şimali Qafqaz, bu gün Rusiya Federasiyasının tərkibinə daxil olan 9 federal subyektdən - Stavropol və Krasnodar diyarlarından, Adıgey, Qaraçay-Çərkəz, Kabarda-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və 9 Dağıstan respublikalarından ibarətdir. Tədqiqat işinin xronoloji çərçivəsində, yəni XVIII əsrin sonlarından 1921- ci ilədək, Şimali Qafqaz ərazisində dəfələrlə inzibati islahatlar keçirilmiş, yeni inzibati vahidlər yaradılmış, köhnələri ləğv edilmiş, onların birləşməsi və ayrılması nəticəsində sərhədlər dəfələrlə dəyişdirilmişdir. Yalnız XIX əsrin 60-cı illərindən başlayaraq Şimali Qafqazın inzibati quruluşunda nisbi sabitlik yarandı. Kiçik ərazi vahidlərinin birləşdirilməsi nəticəsində 4 böyük inzibati vahid – Stavropol quberniyası, Kuban, Terek və Dağıstan vilayətləri yaradıldı. Birinci Dünya müharibəsinin sonlarınadək bu inzibati bölgü dəyişməz qalmışdır. İnzibati bölgünün qeyri-sabitliyi Qafqazın ikinci hissəsinə - Cənubi Qafqaza da xas olmuşdur. XIX əsrin birinci yarısında bu regionda çarizmin inzibati siyasəti dəyişkənliyi ilə xarakterizə olunurdu. Yalnız XIX əsrin ikinci yarısından Cənubi Qafqaz ərazisi əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Bakı, Yelizavetpol, İrəvan və gürcülərin çoxluq təşkil etdiyi Tiflis və Kutaisi quberniyalarına bölündü. Cənubi Qafqaz almanları dispers şəkildə bütün adı çəkilən quberniyalarda yaşasalar da, onların kompakt yaşayış məntəqələrinə Yelizavetpol, Kutais və xüsusən də Tiflis quberniyalarında rast gəlinirdi. Şəhərdə alman əhalisi daha çox Bakıda və Tiflisdə məskunlaşmışdı. Problemin öyrənilmə səviyyəsi.Qafqaz almanlarının tarixi hələ lazımi səviyyədə tədqiq olunmamışdır və keçmiş Rusiya imperiyası ərazisində almanların məskunlaşması problemi ilə məşğul olan müasir tədqiqatçılar bu məsələyə dəfələrlə diqqət yetirmişlər (465, s.355). Çar Rusiyası, sovet, postsovet və xarici ölkələrin tarixşünaslığında tədqiq olunan problemi sistemli və kompleks şəkildə əks etdirən heç bir elmi əsər yazılmamışdır. Ayrı- ayrı dövrlərdə Qafqaz almanlarının tarixinin müxtəlif aspektlərinə həsr edilmiş və daha çox regionlarda məskunlaşan kolonistlərin tarixinə aid əsərlərdə almanların məskunlaşmasına, onların Qafqaz tarixində yeri məsələsinə ideoloji tələblərdən yanaşıldığından bir – birinə zidd konsepsiyalar meydana gəlmişdir. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində çar Rusiyasında nəşr olunan bir sıra əsərlərdə Rusiya imperiyasında almanların məskunlaşması prosesi təhlil edil-miş, alman kolonistlərinin ölkənin inkişafında oynadığı rolu müsbət qiymətlən-dirən konsepsiya 10 formalaşmışdı. Bu konsepsiyanın ən parlaq nümunəsi kimi A.Klausun, Q.Q.Pisarevskinin, K.E.Lindemanın əsərlərini xüsusilə qeyd etmək lazımdır. Rusiya imperiyası əhalisinin etnik tərkibi haqqında yazılan ilk əsərlərdən biri rus tədqiqatçısı A.Klausa məxsusdur. 1870-ci illərin əvvəllərində A.Klaus alman kolonistlərinin tarixinə aid bir-neçə əsər yazdı (368;369;370). Tədqiqatçı alman kolonistlərinin XVIII əsrin ortalarından başlayan iqtisadi, siyasi, mədəni fəaliy-yətini təhlil edərək gələcək üçün çox dəyərli təkliflər irəli sürdü. O, Cənubi Ukrayna ərazisində yaranan koloniyalarda fermer təsərrüfatının inkişafını müsbət qiymətləndirir və bu təcrübənin bütün Rusiya imperiyasında tətbiqinin zəruriliyini vurğulayırdü. A.Klausun əsərləri birbaşa Qafqaz almanlarının tarixinə aid olmasa da, müəllifin Rusiya almanlarının sosial - iqtisadi, mənəvi həyatı haqqında nəticələri almanların məskunlaşma prosesinin ümumi qanunauyğunluqlarını və onun regio-nal xüsusiyyətlərini ayırd etməkdə böyük əhəmiyyət kəsb edir. Q.Q.Pisarevski dərc edilməmiş arxiv materialları əsasında Prussiyadan, Bava- riyadan, Hessendən və başqa alman torpaqlarından mühacirlərin Rusiyaya köçməsi prosesini araşdırmışdır (405).Onun əsərlərində mennonit dini sektasının yaranma tarixi, onların dini təliminin xüsusiyyətləri, almanların mentaliteti haqqında əvəzolunmaz məlumatlar vardır.Q.Q.Pisarevskinin mennonitlər haqqında tədqi-qatları Qafqaz almanlarının tarixinin öyrənilməsində yardımçı material rolu oynaya bilər, belə ki, XIX əsrin ikinci yarısında Şimali Qafqazda məskunlaşan kolonistlərin əhəmiyyətli hissəsini mennonitlər təşkil edirdi. K.E.Lindeman XX əsrin əvvəllərində alman kolonistlərinin kənd təsərrüfatı sahəsində qazandıqları nailiyyətlər haqqında geniş həcmli material toplamış və bu materiallar əsasında bir neçə əsər yazmışdır.Tədqiq etdiyimiz mövzu üçün onun rus dilində yazdığı “02 fevral və 15 dekabr 1915-ci il qanunları (Rusiyada alman torpaq mülkiyyətçiliyinin məhdudlaşdırılması haqqında) və onların Cənubi Rusiyanın iqtisadi vəziyyətinə təsiri” adlı əsəri böyük əhəmiyyət kəsb edir (376).Əsərdə adı çəkilən qanunların Rusiya, o cümlədən Qafqaz almanlarının təsərrüfatlarına vurduğu ziyanın miqyası göstərilir və Birinci Dünya müharibəsi illərində alman təsərrüfatlarında hökm sürən tənəzzülün səbəbləri araşdırılır.
Description: