ebook img

The Educational Concept, Its Structure, Methodology And Teaching Tools Of Medieval Azerbaijan ( X XVI Centuries) PDF

2018·0.28 MB·English
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview The Educational Concept, Its Structure, Methodology And Teaching Tools Of Medieval Azerbaijan ( X XVI Centuries)

AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 TƏHSİL TARİXİMİZDƏN Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər) Əkbər Nəcəf Müəllif: Annotasiya. Müasir yerli və xarici tarixşünaslıqda Azərbaycanın Əkbər N. Nəcəf — orta əsrlər təhsil tarixi ümumi halda işıqlandırılıb. Həmin çalışmalar, Orta əsrlər ümumi Türk əsasən, tədris məkanları (mədrəsə və sufi dərgahları) və mədəniyyətin tarixi tədqiqatçısı. bəzi sahələrini (elm, ədəbiyyat və memarlıq) əhatə edir. Bizim Azərbaycan, Bakı. məqalədə isə tədris müddəti, səviyyəsi, qaydaları, dərsliklər, kitabxa- E-mail: nalar, dərs ilinin açılışı, tələbələrin təqaüd və müəllimlərin maaş [email protected] sistemi, yetim və kimsəsiz uşaqların tərbiyəsi və təhsili haqqında bu vaxta qədər mədəniyyət tariximizdə işlənməyən mövzular tədqiq olunub. Orta əsrlərin zəngin mədəni irsi çox zaman siyasi və sosial hadisələrin işığında araşdırıldığı üçün insan həyatı ilə birbaşa bağlı məsələlər arxa planda qalmışdır. Halbuki orta əsrlərin maddi, dini, hüquqi və mənəvi mədəniyyəti əksər hallarda siyasi hadisələrin önündə gəlirdi. Orta əsr Azərbaycan hökmdarlarının bir çox hallarda alim və şair kimliyi ilə diqqət çəkməsi məhz dövrün təhsil anlayışının səviyyəsinə və əhəmiyyətinə işarədir. Mənbələr orta əsrlər Azər- baycanında içində birdən çox orta və ali təhsil ocaqlarının olduğu şəhərlərdən, böyük vəqflərdən və hətta vəqf şəhərlərindən, məd- rəsələrdə dərs verən çoxsaylı alim və müdərrislərdən, böyük və məşhur kitabxanalardan, xalqın təhsil səviyyəsindən bəhs edirlər. Bu dövrdə elmin bəzi sahələrinin, xüsusilə də ədəbiyyat, siyasət elmi, tibbin geniş rəğbət gördüyünə və inkişafına şahid oluruq. Maraqlı cəhətdir ki, tədqiq edilən dövrdə mövcud olmuş dövlətlərin Açar sözlər: məmur və dövlət adamlarını, hətta hərbi kadrlarını hazırlamaq tədris, dərs, məktəb, üçün xüsusi məktəbləri fəaliyyət göstərirdi. Nəticə etibarilə orta mədrəsə, talib, talibə, əsrlərdə təhsilə maraq yüksək idi. Bu da bizə, müasir tarixçilikdə təlim, müəllim, kitab, zənn edildiyinin əksinə, orta əsr insanlarının təhsil və elmdən uzaq, vəqf, kitabxana. savadsız kütlələr olmadığını deməyə əsas verir. DOI: 10.32906/AJES/683.2018.02.08 Məqaləyə istinad:Nəcəf Ə. (2018) Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər).«Azərbaycan məktəbi». № 2 (683), səh. 107–123 Məqalə tarixçəsi Göndərilib: 16.05.2018; Qəbul edilib: 13.07.2018 http://journal.edu.az 107 Azerbaijan Journal of Educational Studies. 2018. №2 The educational concept, its structure, methodology and teaching tools of medieval Azerbaijan (X-XVI centuries) Akbar Najaf Author: Abstract. Some issues of the medieval history of Azerbaijan in Akbar N. Najaf, modern local and foreign historiography were considered in general. A researcher of general These studies mainly cover study areas (madrasah and Sufi associ- Turkish history of the ations) and some areas of culture (science, literature and architecture). Middle Ages. In our research, we studied issues that have not been covered in Azerbaijan, Baku. our cultural history, including teaching time, levels, educational E-mail: rules, textbooks, libraries, academic year, scholarships to students [email protected] and teachers' salaries, orphans and homeless children. Since the rich cultural heritage of the Middle Ages was often studied in the light of political and social events, issues directly related to human life were in the background. However, the material, religious, legal and spiritual culture of the Middle Ages was often at the forefront of political events. The attention of medieval Azerbaijani rulers in many cases to the personality of the scientist and poet indicates the level and importance of the period of instruction. Sources tell of medieval Azerbaijan about the great number of scholars and educators, large and renowned libraries and the education of the people, who teach in many madrasahs, cities of great importance and even foundations of cities. During this period, we have witnessed some areas of science, in particular literature, political science (sofas and palace schools), as well as the widespread popularity of medicine. It is noteworthy that special schools functioned for the Keywords: training of civil servants and statesmen, even state servicemen teaching, lesson, school, during the training period. As a result, interest in education in the madrasa, student, Middle Ages was high. This, unlike what we thought in modern training, teacher, book, history, gives us grounds to say that medieval people are far beyond foundation, library. education and science and are illiterate. DOI: 10.32906/AJES/683.2018.02.08 To cite this article:Najaf A. (2018) The educational concept, its structure, methodology and teaching tools of medieval Azerbaijan (X-XVI centuries).Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 107–123 Article history Received: 16.05.2018; Accepted: 13.07.2018 108 http://journal.edu.az Əkbər N. Nəcəf Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər) Təhsil sahələrinin müxtəlifliyi • məscidlər; • camilər; Orta əsrlərdə Azərbaycanın təhsil sistemi • saraylar və divan məktəbləri; Şərqi İslam coğrafiyası təhsil sisteminin bir • kitabxanalar və kitab dükanları; parçası idi. Bu təhsil sistemi, sadəcə, mədrə- • üləma evləri; sələrlə məhdudlaşmırdı. Birincisi, Şərqi İslam • ədəbi məkanlar; coğrafiyasında təhsil geniş bir sistem təşkil • badiyə (çöl); edirdi və siyasi-sosial sahənin bütün qollarına • hərəm məktəbləri (saray qadınları üçün); sirayət etmişdi. İkincisi, təhsil imkanları və • mədrəsələr; məkanları müxtəlifliyinə görə seçilirdi. • ribatlar və dərgahlar. Üçüncüsü, təhsilli olmaq cəmiyyətdə xüsusi bir status sayılırdı. Dördüncüsü isə orta əsr Adları qeyd olunanlar arasında əsas təhsil dövlətlərinin kadr siyasəti təhsilli insanların müəssisələri kimi mədrəsələr, saraylar, məscid- idari-inzibati mexanizmdə yer almasına camilər ilk sırada gəlirdi [Çelebi A. 2013, söykənirdi. s. 23 və d.]. Bu təhsil ocaqlarının hamısı xalq Tədqiqatçı alim Əli Məzahiri 1951-ci ildə arasında ümumilikdə məktəbadlanırdı. Dinin Parisdə fransızca nəşr etdirdiyi «Ortaçağda mərkəzində kitabolması səbəbindən, məktəb müslümanların yaşayışları» adlı əsərində X anlayışı kitaba əsaslanan bir oxuma və öyrənmə əsrdən etibarən təhsil sahəsində İslam sistemi idi. Lakin zamanla məktəb insanlara dünyasında bir inqilab olduğunu yazır: «O verilən ilk təhsil sistemini əhatə etməyə başladı. vaxta qədər orta əsrlərin Orta Şərqində məktəb George Makdisinin də qeyd etdiyi kimi, olaraq, sadəcə, məscidlərdə uşaqlara verilən «məktəb və ya küttab, sadəcə, ilk dərəcə təhsil əqaid (inanc) dərsləri və müsəlman filosoflar, verən məkanı» ifadə etməyə başladı [Makdisi yaxud mötəzilə tərəfindən yaradılmış olan və G. 2007, s. 58]. akademiya sayıla biləcək «Dar əl-Hikmət»lər O dövrün təhsil anlayışları arasında məlum idi. Bu ikisi arasında ikinci dərəcəli «badiyə»nin adı xüsusilə zikr edilməlidir. bir təhsil anlayışı mövcud deyildi. Buna görə Badiyə ərəbcə «çöl» mənasına gəlir. Bir dili də X əsrdən əvvəl təşkilatlanmış ümumi bir bütün incəlikləri və mükəmməlliyi ilə təhsil anlayışının olmadığını qəbul etməliyik. öyrənmək üçün təhsilli insanlar çöldə yaşayan Xalq əqaidi (inancları), dinin praktik tərəflərini, qəbilələr arasında yaşayırdılar. Bu təhsilə bəzi yazı və hesab qaydalarını öyrənməklə badiyə adı verilirdi. Məsələn, X əsrin məşhur kifayətlənərkən, sosial təbəqənin zirvəsində şairi Seyyiduk Bəsrədəki təhsilini və ədəbi yer alan, çoxu mötəzilə anlayışlı ilahiyyatçılar, araşdırmalarını tamamladıqdan sonra klassik hökmdarlar və siyasətçilər fəlsəfə və dəqiq ərəbcə təhsilini artırmaq məqsədilə badiyəyə elmlər oxuyurdular» [Mazaheri A. 1972, s. getmiş və fasiləsiz on il bədəvi qəbilələr 159]. arasında qalmışdır. Onun müasiri olan Tənubi, X əsrdə Orta Asiyada Qaraxanlılar (766- Seyyidukun çalışmalarından bəhs edərkən 1212) və Misirdə Fatimilərdən (909-1171) «Vasıtın ən məşhur şairi, bir lüğət müəllifi və başlayıb, Qacarların son dövrünə qədər təsirini dilçi alim» olaraq söz edir [Çelebi A. 2013, qoruyan mədrəsə təhsili yeganə təhsil sistemi s. 23 və d.]. Bu da badiyə təhsilinin bir növ deyildi. Aparılan araşdırmalar orta əsrlərdə praktika və ali dərəcəni artırmaq olduğunu Azərbaycan da daxil olmaqla İslam ölkələrində deməyə imkan verir. Eyni anlayış türklər başlıca təhsil mərkəzlərinin aşağıdakı kimi arasında da mövcud idi. Mahmud Kaşqari olduğunu qeyd edirlər: 1072-1074-cü illərdə yazdığı «Divani Lüğəti- t-Türk»də yer alan kəlmələrin çoxunu köçəri • məktəblər və küttablar; həyat sürən türk tayfalarının dilindən • suffə; toplamışdı. http://journal.edu.az 109 TƏHSİL TARİXİMİZDƏN Təhsil müddəti və səviyyəsi Yaqut əl-Həməvinin Qəznəvi sultanlığının (962-1187) məşhur tarixçisi Beyhakinin Məktəblərin təhsil anlayışı, zənn edildiyi avtobioqrafiyasında verdiyi məlumatlara kimi, şagirdlərə ibtidai təhsil verməklə müraciət etmək olar. Həməviyə görə, Əbül- məhdudlaşmırdı. Məktəb və ya küttab təhsili fəzl Beyhaki 15 yaşına çatana qədər məktəbdə alan şəxs əsər yazacaq dərəcədə savada nəhv, lüğət və ədəb-şeir təhsili almış və bu yiyələnirdi. Məsələn, Zahiriyyə məzhəbinin dərsləri 11 kitabdan keçmişdir. Həmin əsərlər banisi olan Davud ibn Əli əz-Zahirinin oğlu arasında fiqh (hüquq-şəriət), canlılar (təbiət), Məhəmməd küttab təhsili alsa da, «Kitab üz- səmavi cisimlər (astronomiya) və ərzi varlıqlar zəhra» adlı məşhur əsərini ərsəyə gətirmişdi.1 haqqında məlumat verən ərəbcə-farsca lüğət O, bu əsəri yazdığı vaxt 15 yaşında idi. Yenə də yer alırdı [Makdisi G., s. 59]. Bu son məlumat XI əsrdə Vasıt şəhərindən olan bir şairin mək- məktəbdə şagirdlərə elmlərin təməl təb təhsilini bitirdikdən sonra dövlət idarəsində terminologiyasının öyrədildiyini deməyə əsas katibliyə başladığı qeyd edilir. Rum mənşəli verir. olan və «Kitab əl-buldan» adlı ensiklopedik Məktəbi tamamlayanlar əlavə 10-11 illik bir əsər ərsəyə gətirən Yaqut əl-Həməvi kölə ali təhsilə davam edə bilərdi. Ali təhsil, əsasən, həyatı yaşadığı halda, tacir olan sahibindən hüquq (fiqh), tibb (təbabət) kimi yüksək oxumağı və yazmağı öyrənmiş və onun peşəkarlıq tələb olunan sahələrdə çalışmaq tərəfindən məktəbə göndərilmişdir. Yaqut üçün vacib idi. XII əsrdə yaşamış Orta Asiya əvvəlcə sahibi üçün, onun vəfatından sonra tarixçisi, mühəddis, ilahiyyatçı və filoloqu Əbu isə özü həm tacir, həm də sahaf (kitab satıcısı) Səad Əbdülkərim ibn Məhəmməd əs-Səmani olaraq fəaliyyət göstərmişdir. O aldığı ibtidai ət-Təmimi əl-Mərvəzi (1113-1167) içində təhsillə içində Azərbaycan haqqında da mühüm yüzdən çox Azərbaycan alimi haqqında da məlumatların yer aldığı çoxcildli və qiymətli məlumatın yer aldığı «Kitab əl-ənsab» (Nisbələr bir əsəri bizə miras qoymuşdur [Brockelmann kitabı) adlı əsərində İslam dünyasında təhsilin Carl.1942, s. 249-250]. Bu nümunələrdə mükəmməlliyi haqqında qiymətli məlumatlar məqsəd, məktəb və küttablarda verilən təhsilin verir. Onun əsərində adını zikr etdiyi Urmiyə, yüksək səviyyəsini vurğulamaqdır. Xoy, Ərdəbil, Maku, Naxçıvan, Şamaxı, Gəncə, Məktəblər şagirdi, əsasən, ədəb elmləri Beyləqan və s. şəhərlərdən çıxmış yüzlərlə sahəsində ustad hesab edilən bir alimin alimin 10 il məktəb və 10-11 illik mədrəsə nəzarətində, bir növ, ali təhsilə hazırlayırdı. təhsili aldıqdan sonra Misir Qahirəsindən Orta Bu elm ocaqlarında təhsil 10 ildən az davam Asiyanın Şaşına qədər geniş coğrafiyada ka- etmirdi. Xəlifə Məmun nəslindən olan Əhməd tiblik, təbiblik, qazılıq və müdərrislik (mədrəsə ibn Əli əz-Zəvvalın (1115-1190) on illik müəllimliyi) etdikləri xəbər verilir təhsildən sonra məktəbdən 14 yaşında [N.Əliyeva.2010, s. 91-133]. ayrıldığını nəzərə alsaq, bir müsəlman üçün Təhsilin səviyyəsinə və dərəcəsinə görə ibtidai təhsilin 4-5 yaşından başladığı, bu yaş Azərbaycan məktəbləri və mədrəsələrinin, həddinin 7-8-i keçmədiyi məlum olur [Makdisi, vəqfiyyə və saraylarının digər böyük İslam s. 59]. Lakin oxumaq və yazmaq arzusunda şəhərlərindəkindən heç də geri qalmadığını olan və bu istəyini uşaq və gənclik yaşlarında XI əsrdə Azərbaycanda olmuş görkəmli ərəb həyata keçirmək imkanı əldə etməyənlər də alimi İbn Makulanın (1030-1082) Gəncə istədikləri yaşda ibtidai təhsil üçün məktəblərə məscidi, mədrəsəsi və kitabxanası haqqında müraciət edə bilərdilər. Belə ki, Yaqut əl- Həməvi böyük yaşlarında məktəbə getmişdi. ............................................................................................... Orta əsrlərdə Azərbaycanın da daxil olduğu 1«Kitab əz-zəhra», yəni «Çiçək kitabı» bir növ şeir Şərqi İslam coğrafiyasında təhsilin müddətini antologiyasıdır. Məhəmməd ibn Davud həmin və təhsil səviyyəsini tam dəqiqləşdirmək üçün kitaba seçdiyi şeirləri nəsr şəklində toplamışdır. 110 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 Əkbər N. Nəcəf Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər) verdiyi məlumatlardan anlayırıq. O, əsərində tələbə mübadiləsinin olduğunu düşünmək 55 nəfər azərbaycanlı alimin adını qeyd edərək olar. [Əliyeva N. 2015, s. 86]. onların yetişdiyi elmi mühitin təhsil Tədqiqatlardan belə məlum olur ki, oxumaq imkanlarına da işıq tutur [Əliyeva N. 2014, s. arzusunda olanlara verilən ilkin təhsil müddəti 20]. Azərbaycan şəhərlərində yüksək təhsil maksimum 10-11 il idi. Ancaq məktəbə verən ocaqların hələ VII-VIII əsrlərdə başlayan bütün şagirdlərin bu təhsil müddətini formalaşdığını təbrizli alim Vəliyuddin Əbu tamamladıqları iddia edilə bilməz. Böyük Abdullah Məhəmməd ibn Abdullah əl-Əmri əksəriyyətin, Əli Məzaherinin qeyd etdiyi kimi, ət-Təbrizinin Azərbaycan mütəfəkkirlərini də təməl əqaid elmlərini əldə edərək məktəbləri əhatə edən VIII əsr alimlərinin qısa həyat tərk etdiyinə inanmaq lazımdır. Məktəb və hekayəsini əks etdirən «əl-İkməl fi əsmə ər- küttabları tamamladıqdan sonra başlayan ali ricəl» əsərindən anlayırıq.2 Digər tərəfdən, təhsil isə minimum 10-11 illik olub, bu «Kitab əl-Müştərək» adlı əsərdə ümumilikdə müddətdən sonra icazət (diplom) alanlar Azərbaycanın 21 məntəqəsi haqqında məlumat xəstəxanalarda, mədrəsələrdə, hüquq verilib, həmin yerlərdəki təhsil məkanlarına sistemində işlə təmin olunurdular. Bu bizə da toxunulmuşdur [Əliyeva N. s. 62]. bir mütəxəssisin təhsil həyatının, orta hesabla, Artıq XI əsrdən etibarən Səlcuqlar, sonra 20 ildən az olmadığını deməyə əsas verir. Belə isə Atabəylər dövründə Azərbaycanda bütün məlum olur ki, 4-5 yaşından məktəb həyatına Şərqi İslam coğrafiyasında tanınan məktəblər, başlayan bir uşaq, 25 yaşında ali təhsil mədrəsələr, saray məktəbləri mövcud idi. ocaqlarının birindən məzun olmaq şansına Tədqiqatçı Nərgiz Əliyeva bir əsərində həmin sahib idi. Ancaq təhsilini bu müddətlə dövrdəki Azərbaycanın ali məktəblərinin məhdudlaşdırmayıb, davam etdirənlər də siyahısını tərtib etməyə çalışıb. Həmin əsərdə vardı. Məsələn, Beyhaki təhsil həyatını 37 Gəncə, Şamaxı, Beyləqan, Marağa (Atabəylər, yaşında tamamlamışdı. Bu onun, təqribən, 30 Qazı, Əhmədağa), Zəncan, Naxçıvan, Mərənd ildən çox təhsil aldığını deməyə əsas verir və Xoy mədrəsələrinin adları çəkilir [Əliyeva [Makdisi G., s. 60]. N. 2015, s. 67-74, 78, 84, 85, 86]. Ali təhsilin müddətləri arasında fərq Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular məktəblərin dərəcə və əhəmiyyətinə görə də və Səfəvilər dövründə Azərbaycanda çox sayda yaranırdı. Məsələn, divan məktəbləri,bir növ, mədrəsələr fəaliyyət göstərirdi. Tacəddin şah siyasi idarəetmə profilli universitetlərin Əlişah mədrəsəsi, Rəşidəddinin oğlu missiyasını icra edirdi. Bu məktəblərdə dövlət Qiyasəddin Məhəmmədin Qiyasiyyə mədrəsəsi, işlərində katiblikdən vəzirliyə qədər xidmət Əmir Şeyx Həsən Cəlayiri mədrəsəsi, Şeyx edən şəxslər təhsil alırdılar. Sultanlar qulam Üveys mədrəsəsi, Sultan Əhməd Cəlayiri olaraq işə götürdükləri hərbi, siyasi və mədrəsəsi, Sahənşahın arvadı Xədicə Bəyimin təhlükəsizlik xidmətlərindəki məmurlarını da tikdirdiyi Müzəffəriyyə və Bəyim mədrəsələri həmin məktəblərdə yetişdirirdilər. Qul kimi bunlara nümunədir. Bu mədrəsələrin hər biri alınıb dövlət məmuru dərəcəsinə qədər elmin müxtəlif sahəsində mütəxəssislər yüksəldilən həmin qulamların 30 yaşından yetişdirirdilər. Məsələn, Şamaxının Məlhəm tez rəsmi vəzifə tutmadıqlarını Nizamülmülk kəndində açılan və uzun illər fəaliyyət göstərən «Siyasətnamə» əsərində qeyd edir [Niza- «Mədrəseyi-tibb» həm yüksək səviyyəli tibbi mülmülk, Siyasətnamə, 1999, s. 74; Əkbər N. təhsil mərkəzi, həm də xəstəxana idi. Bu 2017, s. 160]. Bu məktəblərdə riyazi elmlərə mərkəz görkəmli şair Xaqaninin əmisi Qafiyəd- din Ömər ibn Osman tərəfindən açılmışdır. ............................................................................................... Məşhur həkim və filosof olan Qafiyəddinin 2Bu əsər «Muşkətul-məsahib» adlı əsərlə birlikdə Şamaxı mədrəsəsi ilə olan əlaqələrini nəzərə 1898-1899-cu ildə Peterburqda rus dilində nəşr alsaq, həmin dövrdə mədrəsələr arasında olunub. http://journal.edu.az 111 TƏHSİL TARİXİMİZDƏN böyük üstünlük verildiyi də qeyd edilir. X aşağı səviyyədə katib, müxtəlif dini vəzifələrə əsrdə yaşamış Əbu Cəfər ibn Şirzad 20 yaşına sahib olduqları kimi, elmin müxtəlif sahələrində çatdığı halda divan məktəblərində təhsilinə də fəaliyyət göstərə bilərdilər. davam etdiyini xəbər verir. Hətta Şirzad • İkinci dərəcə isə suhbə adlandırılırdı, özündən böyük qardaşının da eyni məktəbdə hazırkı dövrün magistratura və doktorantura oxuduğunu yazır [Makdisi G., s. 76]. təhsilinə bərabər hesab olunan təhsil idi. Saray və ya divan məktəbində təhsil almaq İxtisaslı kadr hesab olunan suhbə təhsilli dövlət sistemində çalışmaq və yüksəlmək məzunlar vəzirlikdən qazılığa, divan rəis- üçün əsas vasitə idi. Məsələn, Fatimilər dövrünə liyindən müdərrisliyə, həkimlikdən fəqihliyə, aid bir məlumatda həmin vəziyyət belə izah kitabxanaçılıqdan elçiliyə qədər bütün rəsmi edilir: «O zamanlar hər divan məmurunun (saray) və qeyri-rəsmi (vəqflərdə) üst səviyyəli ədəb sahəsində bir az dərs almış oğlunu vəzifələrdə çalışa bilərdilər. katiblik sənətini öyrənməsi üçün divana gətirməsi adətə çevrilmişdi. Tələbə burada Dərs ilinin açılışı təhsil alır, ədəb elmlərinə maraq göstərib, öyrənirdi». Bu məlumatın Əyyubilər dövlətinin Məktəb və mədrəsələrdə tədris ilinin açılışı vəziri olmuş Qazi Fazil əl-Beysani tərəfindən XI əsrdə təkmilləşdirilmişdir. Açılışlar, əsasən, qeyd edilməsi olduqca mühümdür. Çünki təntənəli şəkildə gerçəkləşdirilirdi. Buna səbəb Beysani özü həmin təhsil sistemində yetişərək hakim dairələrin belə açılışları özləri üçün əvvəlcə Fatimilər dövlətində yüksək rütbəli hörmət əlaməti saymaları idi. Açılış dərsləri dövlət məmuru, sonra isə Əyyubilər dövründə sadəcə müdərrislər üçün deyil, həmin bölgənin baş vəzir olmuşdur [İbn Xəllikan, 1948-1949, qazıları, qadıl-qudatları (baş qazı, qazılar s. 219]. Belə ki, Beysaninin özünü də divan qazısı), elm mənsubları və alimləri üçün də məktəbinə Fatimilər dövründə divan rəisi əhəmiyyət kəsb edirdi. Açılış dərsində ilk dəfə olan İbn əl-Xəllal imtahanla qəbul etmişdi müdərrisliyə başlayan müəllimlər böyük [İbn Xəllikan, 1948-1949, s. 220]. İbn Xəlliqanın kütlənin hüzurunda kürsüyə çıxır və ilk dərsini verdiyi məlumatlardan aydın olur ki, məmur keçirdi. Demək olar ki, şəhərin bütün övladları olmasına baxmayaraq, divan təbəqəsindən insanlar onun dərsinə qulaq məktəbinə qəbulda şagirdlərə güzəşt edilmirdi. asıb qiymət verirdilər [Makdisi G., s.235]. Belə qəbul imtahanları xeyli çətin və ciddi Məktəb və ya mədrəsəyə təyin olunan alim elmi mühakimələr aparılaraq keçirilirdi. açılış dərsində müxtəlif mövzulara və ya bir Beysaninin özü həmin qəbul imtahanında mövzu içərsində bir neçə məsələyə toxuna «Hamasə»də yer alan iki hadisəni təhlil etdiyini, bilərdi. Buna görə də müəllimin istədiyi verilən nəzm parçalarını nəsr halına gətirdiyini, mövzunu seçib, həmin mövzuda mühazirə hətta lazım gələrsə, əvvəldən axıra bütün oxumağa ixtiyarı var idi. Təhsil ilinin açılışı kitabın bu şəkildə təhil edilməli olduğunu təntənəli mərasim halında qeyd edildiyindən qeyd edir [İbn Xəllikan, 1948-1949, s. 220]. mədrəsə, məscid və camilərin həyətində Yeri gəlmişkən, onu da qeyd edək ki, Beysaninin müxtəlif növ şirniyyatlar bişirilir və bunlar atası Fələstin qazısı olub, dövlət sistemində şəhərin bütün təhsil məkanlarına və xeyriyyə məmurlardan da yüksək mövqeyə sahib idi ocaqlarına paylanırdı. Açılış dərsində iştirak [İbn Xəllikan, 1948-1949, s. 224]. edənlərin sayı, eyni zamanda, o müdərrisə Bu qeyd etdiklərimiz orta əsrlərdə təhsil verilən ümumxalq qiymətinin ölçüsü sayılırdı. sisteminin əsas iki dərəcəli olduğunu deməyə Əgər iştirak edənlər çoxdursa, bu həmin alimin əsas verir: elmi savadına və böyüklüyünüə dəlalət edirdi. • Birinci dərəcə — təlimadlandırılan təməl Açılışa gələnlərin azlığı müdərrisin alimliyinə təhsil, bir növ, günümüzdəki orta və ali məktəb xalqın etinasız yanaşdığını ifadə edirdi. Əgər təhsili idi. Buradan məzun olanlar məmur, açılışda kifayət qədər adam yoxdursa, bu, 112 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 Əkbər N. Nəcəf Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər) müdərrisin müəllimlik fəaliyyətinin sona əxlaqi böyüklüyünə Sədrəddin Konəvinin çatdığını xəbər verirdi. Onun ya yerini «Cami əl-üsul» dərslərində şahid olmuşdu dəyişdirir, ya müdərrislikdən uzaqlaşdırır, ya [Kaymaz N., Pervae M., 1970, s. 185]. da öz üzərində işləməsi üçün əlavə vaxt və Bu, mədrəsələr, şəhərlər, hətta idarəçilər imkan tanınırdı [Makdisi G., s. 238]. arasında rəqabətə səbəb olurdu. Belə ki, Açılış dərsləri müəllimlərin öz bacarıqlarını, alimlikdə ad çıxarmış bir müdərrisin hansısa təhsil səviyyələrini, suallara necə yanaşdıqlarını şəhərə gəlib oradakı mədrəsədə müəllimlik və elmi məsələləri necə təhlil etdiklərini fəaliyyətinə başlaması o bölgə və şəhərdə nümayiş etdirirdi. Burada əsas məsələ alimin güclü sosial, mədəni, insani təsir yaradırdı. öz fikrini ifadə etmək bacarığının olub- Bir alimin yer dəyişdirməsi onunla birlikdə olmadığını, hər hansı bir məsələyə yeni ciddi bir elmi gücün yerini dəyişdirməsi yanaşma gətirib-gətirmədiyini xalqın hüzu- mənasına gəlirdi. Bir anda adi bir şəhər elm runda aşkarlamaq idi. Təhsil sisteminin başlıca mərkəzinə çevrilə bilərdi. Bu öz növbəsində xüsusiyyətlərindən biri, bəlkə də ən mühümü həmin şəhərin ticari imkanlarına təsir edir, «kitaba əsaslanan fikirlərə tənqidi yanaşma» dini ziyarətlər sırasında böyük karvanların metodu idi [Makdisi G., s. 247]. Müəllim və ya öz istiqamətini o şəhərdən salmasına yol alim oxuduqlarını təkrar etməməli və onların açırdı. təbliğatçısına çevrilməməli idi. Bir növ, alimin Açılış mərasimlərinin bu qədər təntənəli elminin xalq tərəfindən təsdiqləndiyi bir keçirilməsindəki məqsədlərdən biri də sistemdə insanlar öz uşaqlarını həmin müdərrislə birlikdə həmin şəhərin və ida- müəllimə etibar etmələrinin imtahanını rəçilərin öz təbliğatını aparmaq fürsəti əldə keçirirdilər. Nəzərə alsaq ki, açılış dərslərində etmələri idi. Buna görə də bir çox idarəçilər mədrəsələrin olduğu bölgə və şəhərlərin bütün tanınmış alimlərin öz mədrəsələrini də- elm adamları, fəqihləri, dövlət məmurları, yişdirməsini istəmir və lazım gəlsə, onun üçün katibləri, hökumət üzvləri iştirak edirdi, o za- əlavə maddi-mənəvi imkanlar yaradırdılar. man müdərrislər üçün bu imtahanların elə Orta əsrlərin müəllifləri, xüsusilə də avto- də rahat keçmədiyi ortaya çıxır. Bəzi bioqrafiya yazan elm adamları ölkələr müdərrislərin açılış dərslərinə rəğbət o arasındakı səyahətlərini şöhrətini eşitdikləri dərəcədə böyük olurdu ki, hətta ətraf alimlərin dərslərinə və bu dərslərdəki ölkələrdən və şəhərlərdən alimlər və məharətlərinə şahid olmaq üçün planlayırdılar. müdərrislər də bu məclislərdə iştirak edirdilər. Əgər İbn Məqkulə, Səmani, Yaqut əl-Həməvi İnsanların kütləvi şəkildə təhsil mərkəzlərində alimlərin həyat hekayəsini yazmaq və toplanması üçün ən uyğun zaman isə Həcc hazırlamaq üçün Azərbaycana gəlmişsə, bunda mərasimlərinin başladığı zamanlar idi. Bu da onların dərslərində iştirak etdikləri bizə, tədris ilinin açılış tarixinin Həcc mühəddislərin rolu böyükdür. Artıq XI əsrdə mərasimlərinin başladığı aylarda olduğunu Gəncəni ziyarət edən alimlərin sayında artım deməyə əsas verir [Keleş M., 2016, 4 (8), dövrün mənbələrində də əks olunmağa s. 158-159]. başlayır. N.Əliyeva yazır ki, «ərəbdilli Bəzi idarəçilər müdərrislikdə şöhrət sahibi müəlliflərdən bəziləri şəhərə səfər edərək olan alimləri öz mədrəsələrinə dəvət edirdilər. onun məscidi, kitabxanası, tədris müəssisələri, Həmin alimin bu təklifi qəbul edib, o mədrəsəyə burada təşkil olunan hədis məclisləri, yerli gəlməsi, o şəhərin etibar qazanmasına yol alimlərlə görüş və müzakirə apardıqları açırdı. Məsələn, Anadolu Səlcuqlu dövlətinin məclislər və s. haqqında bilgi vermişlər» vəziri Pərvanə 1273-cü ildə Kayseridə tikdirdiyi [Əliyeva N., s. 31]. Oxşar mənzərəyə Təbriz, mədrəsəyə Elxanlı dövrünün böyük alim- Şamaxı, Ərdəbil və digər şəhərlərdə də rast lərindən olan Qütbəddin Şirazini dəvət etmişdi. gəlmək mümkündür. Vəzir Pərvanə bu alimin elmi istedadına və http://journal.edu.az 113 TƏHSİL TARİXİMİZDƏN Müəllimlər və tələbələr əsasını təşkil edirdi. Hifz etmək, G.Makdisinin açıqlamasına görə, «bol miqdarda materialların Orta əsr təhsil sistemində müəllimlər və əzbərlənməsinə, mənalandırılmasına və tələbələr arasında dərəcələndirmə onların müəyyən məsafələr buraxmaq şərti ilə təkrar- aid olduqları mədərəsə, məktəb və küttablara lanmasına söykənirdi». Xüsusilə də Quran, görə fərqlənirdi. Müəllimlər arasındakı lüğət, rəvayət, fiqh və şeir dərsləri sözün dərəcələndirmə bu şəkildə idi: həqiqi mənasında tələbənin hafizə gücünə • Muid3 ; bağlı dərslər idi [Makdisi G., s. 241]. Lakin • Müfid4 ; belə hafizə gücünə sahib tələbələr nadir hal- • Müdərris və ya dərsiam5. larda ortaya çıxırdı. Məhz bu səbəbdən Şabi kimi bir alim «əgər biri, sadəcə, mənim Şagirdlər və ya tələbələr arasında dərəcə- unutduqlarımı əzbərləmiş olsaydı alim olardı» ləndirmə isə belə aparılırdı: deməklə hifzin hər zaman mümkün olmadığını • Tələbə-i ülum (suxtə, softa)6 ; dilə gətirmişdi. Amma Şabidən fərqli olaraq • Danişmənd7; güclü hafizəyə sahib tələbələr və alimlər də • Müləzim8. Bu sıralama xaricində müəllimlər və tələ- bələrin öz titulları var idi. Məsələn, müəllimlər ............................................................................................... arasında molla, əllamə, qare, mühəddisvə fəqih 3Mədrəsələrdə müzakirələr aparanlar, müdərrislərin köməkçiləri səviyyəsində olanlara kimi titullar əsas qəbul edilirdi. Mədrəsə verilən ad. Bəzi mədrəsələrdə xüsusi bir sinfə kadrlarının çoxalması və mədrəsə təhsil sis- nəzarət edənlərə, tam olaraq dərs demək vəzifəsi teminin təkmilləşdirilməsi ilə müdərrislər olmayanlara bu ad verilirdi. Muid, bir növ arasındakı dərəcələndirmə də dəyişmişdir. müdərris ilə tələbə arasında vasitəçi rolunu Buna görə hər mədrəsədə ulə (ilk), saniyə oynayırdı. Bu vəzifə günümüzdə «assistent» dərəcəsinə uyğun gəlir. (ikinci) və səlisə (üçüncü) olmaqla üç müdərris 4Əsasən, XV-XVI əsrlərdə işlədilməyə başlanılan vəzifələndirilmişdir. bu termin muiddən bir dərəcə yüksək, Yuxarıda da qeyd etdiyimiz kimi, tələbəlik müdərrisdən bir dərəcə aşağıda yer alan, dövrü 14-15 yaşdan başlayırdı. Bu yaşa qədər günümüzdə «dosent» dərəcəsində olan uşaqlar şagird sayılır və məktəb təhsili alırdılar. müəllimləri ifadə edirdi. Müfidlər mədrəsələrdə 14-15 yaşından mədrəsə təhsilinə başlayan oxudulan dərslərdə müdərrisin ərz etdiyi, ancaq tələbənin tam vaqif olmadığı məsələləri təhlil edib tələbə 20-21 yaşlarında mübahisə etmək, bir açıqlayırdılar. mövzunu sərbəst işləmək, tələbələr arasında 5Müdərris və ya dərsiam mədrəsələrdə dərs çalışmalar aparmaq səviyyəsində elmi bacarığa demək hüququ olan müəllimi ifadə edirdi. sahib olurdu [Anameriç H., Rukancı F., 2008, Müdərrislər tam elm sahibi olub, təhsil sistemində s. 40]. ən üst səviyyədə yer alan alimlik dərəcəsinə sahib şəxslər idi. Təhsil metodologiyası 6Softa – mədrəsə tələbəsi mənasında olub, xalq arasında istifadə edilən bir termin idi. Mədrəsə müəllimlərinin sözlərinə görə, elm eşqi ilə alışıb- Mədrəsələrdəki təhsil deduktivadlandırılan yanan uşaqları xalq bir az da kinayə ilə «suxtə» metoda əsaslanırdı. Bu metodun əsasını adlandırırdı. Həmin ad daha sonra dəyişərək softa müəyyən mövzularda əsər yazmış və bir neçə şəklini alıb. məsələdə fikir bəyan etmiş alimlərə bağlılıq 7Mədrəsə təhsili almış insanlar üçün istifadə və onları dinləmək təşkil edirdi. Bu təhsil edilən bir sifətdir. Farsca bir termin olan danişmənd Elxanilərdən sonrakı dövrlərdə sürətlə metodu əzbər (hifz), təkrar, qavrama, müzakirə yayılmağa başladı. Danişmənd adını alan tələbə və qeydlər aparmaq (dəftər)şəklində gerçək- «elm sahibi» hesab olunurdu. ləşirdi. 8Mədrəsə təhsilini tamamlayıb icazət (diplom) Hifz, yəni əzbər, təhsil metodologiyasının alan tələbəyə verilən ad. 114 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2 Əkbər N. Nəcəf Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər) vardı. Məsələn, Makdisi, Xələf əl-Əhmərin 40 köməkçi rolunu icra edirdi [Makdisi G., s. 255 min beyt əzbərlədiyini qeyd edir [Makdisi G., və d.]. Elmdə qeydlər aparmaq elmin açarı s. 241]. sayılırdı. Lakin bəzi elmi dairələrdə kağıza Hifz etmək təhsildə çox mühüm idi. Qəzali yazılan biliyə münasibət mənfi olmuşdur. Bunu bir səyahət sırasında kitablarının quldurlar İbn əl-Əllaf (IX-X əsrlər) yazdığı bir mərsiyyədə tərəfindən talan edilməsindən sonra artıq belə dilə gətirir: oxuduğu bütün kitabları əzbərlədiyini qeyd edir. XII-XIII əsrlərdə yaşamış Ziyaəddin İbn Biliyi kağıza əmanət etdi və onu da itirdi, əl-Əsir hafizənin əhəmiyyətini vurğulayaraq Kağız onu mühafizə etmək üçün çox pis əzbərləmənin müəyyən zaman və ya ehtiyac yerdir. halında lüzumundan bəhs edir [Makdisi G., [Makdisi G., s. 256]. s.243]. Hafizə orta əsrlər təhsil sistemində olduqca Kağıza qarşı bu iddialara etibar etmək hər mühüm idi. Fiqhi hökmlərin verilməsində, zaman mümkün deyildir. Əks halda orta hədislərin nəqlində, yazılı münasibətlərin az əsrlərdə sayları milyonları aşan ədəbiyyatın olduğu dövrdə məlumatların ötürülməsində ortaya çıxması qeyri-mümkün olardı. əzbərin əhəmiyyəti ortaya çıxır. Dilçi və tarixçi Orta əsrlərdə qeydaparmanın xüsusi bir Qazı Vaki (918-ci ildə vəfat edib) təhsildə metodu da formalaşmışdı. Fihristadlanan bu hafizə və əzbərin əhəmiyyətinə diqqət çəkərək metod, bir növ, mənbə və ədəbiyyatın, orada yazır: yer alan məlumatların qısa xülasəsini əks edirdi. Ən-Nədimin məşhur «Fihrist» əsəri Tələbələr elm tələbi ilə erkəndən qalxar, belə sistemə ən yaxşı nümunədir [Ən-Nədim, Bu bir gün kitablarda əbədiləşir, 2017, s. 67 və d.]. Mən də irəliləyirəm şövq və ciddiyətlə Dəftərdir qəlb, hoqqadır qulaqlar. Dərslər və dərsliklər [Makdisi G., s. 244]. 1067-ci ildə Böyük Səlcuqlar dövlətinin Təhsildə qavrama və müzakirə də hafizə (1038-1157) rəsmi «universiteti» kimi qədər əhəmiyyətli idi. Əslində, həm qavrama, fəaliyyətə başlayan Nizamiyyə mədrəsəsinin həm də müzakirə əzbər təhsil anlayışına açılması ilə təhsildə əsas dərs olaraq nəqli dəstək mənasına gəlirdi. Terminlərin, (şifahi) elmlər oxudulmağa və öyrədilməyə kəlmələrin, mənaların qavranılması onların başlandı. Nəqli elmlərə xüsusi diqqət yaddaşda tutulmasını asanlaşdırırdı. Müzakirə yetirilməsinin başlıca səbəbi Böyük Səlcuqlar üsulu tələbənin aldığı, müdərrisin isə verdiyi dövlətinin Şərqi İslam coğrafiyasında məzhəb dərsin öyrənilməsində istifadə edilən əsas fərqlilikləri və dini ixtilafları ortadan qaldırıb, metod hesab olunurdu. Müdərris tələbələri məzhəbi və dini müzakirələri təhsil ocaqlarına sorğu-suala çəkdiyi kimi, əksi də olurdu. daşıyaraq, elmi ixtilafları alimlərin rəyinə və Həftənin bəzi günlərində müdərrislər xalqa görüşünə həvalə etməklə, geniş sosial kütlələri açıq dərslər təşkil edirdilər. Müəllim bir dini münaqişələrin mərkəzinə çəkməyə cəhd məsələdə özünün gəldiyi qənaətləri açıqlarkən, edən qrupların təsirini azaltmaq idi. Lakin tələbə müzakirə sırasında, əsasən, əzbərlədiyi qısa müddətdən sonra nəqli elmlərlə birlikdə alimlərdən istinadlar gətirərək fikrini ifadə əqli elmlər də mədrəsə proqramlarına daxil edirdi [Anameriç H., Rukancı F., s. 41]. edildi. Belə olan halda mədrəsələrin təhsil Təhsil metodologiyasında müraciət edilən bazası riyaziyyat, tibb, heyət (astronomiya), bir digər vasitə qeydlər aparmaqdır. Dəftər fəlsəfə, bəlağət (ritorika), hesab, həndəsə adı verilən bu vasitə biliklə dolan və bir növ (geometriya), lüğət, tarix (əxbar), coğrafiya, «bilik anbarı halına gələn yaddaşın» bərpasında nəhv (ədəbiyyat), sərf (qrammatika) hesabına http://journal.edu.az 115 TƏHSİL TARİXİMİZDƏN genişləndi. Əqli elmlər təbiət elimləri də mövzu baxımından sahəsinin genişləndiyi adlandırılırdı ki, bunlar müşahidə və məntiq diqqəti cəlb edir. Məsələn, Səlcuqlar dövründə olaraq təsnif edilərək, bəzən ümumi halda mədrəsə sisteminə təsəvvüf dərsləri də daxil fəlsəfiyyat adlandırılırdı [Mustafa B., 1984, edilmişdir. Şihabəddin Ömər Sührəverdinin s. 41-43]. və XVI əsrin böyük sufi alimi Nemətullah Oğuz türkləri tərəfindən əsası qoyulan Naxçıvaninin təsəvvüf haqqında və Quranın Böyük Səlcuqlar dövləti fiqhi əsası olan bütün təsəvvüfi təfsirinə dair kitabları da dərsliklər məzhəblərə özlərinin təhsil strukturunu yarat- arasında idi. maq imkanı verərək, bu məzhəblərin özlərinin Bütün mədrəsələrdə eyni dərslərin keçi- təyin etdiyi dərslərə və dərsliklərə də müdaxilə rildiyini və eyni dərsliklərin oxudulduğunu etmədilər. Üstəlik, Səlcuqlar bütün məzhəblərə düşünməməliyik. Mədrəsələr hazırkı univer- mənsub olan təhsilli adamlara dövlət sitetlər kimi müxtəlif fakültə və ixtisaslardan sistemində fəaliyyət göstərməyə şərait ibarət idi. Nəqli elmlər sahəsində təhsil alanlara yaratdılar. Səlcuqların təhsildə «islahat» təbiət elmləri tədris edilmədiyi kimi, tibb səviyyəsində apardıqları bu təkilatlanma təhsili alanlara da fiqh dərsləri keçmirdilər. nəticəsində IX-X əsrlərdə Şərqi İslam Məsələn, tibb mədrəsələrində tələbələrin əsas coğrafiyasını parçalayan dini-məzhəbi təhsil müddəti 3 il idi. Bu üç illik müddətdə ixtilafların və münaqişələrin kökü kəsildi. onlar tibbin, bir növ, nəzəriyyəsini öyrənirdilər. XI-XVI əsrlərdə mədrəsələrdə oxudulan Tələbə həmin dövrdə aşağıdakı kitabları oxu- dərslər və istifadə edilən dərsliklər haqqında yurdu: kifayət qədər məlumat mövcuddur. Bu dövrdə Birinci il Azərbaycanda şafi, hənəfi, şiə məzhəbinə bağlı • Hüneyn ibn İshaqın «əl-Məsail fit-tibb» insanlar çoxluq təşkil etdiyindən mədrəsələr- və «Mədhal fit-tibb»; dəki tədris sistemi də buna uyğun formalaşdı- • Hippokratın «Füsulu-bukrat»və «Mə üş- rılmışdı.9 şair»; Mədrəsələrdə tələbələrə keçirilən başlıca • Nili Nişaburinin tibb risalələri. dərslər Quran, təfsir, hədis, fiqh, üsuli-fiqh, Qeyd edilən kitablar, bir növ, tibb elminə əqaid, kəlam, bəlağət, sərh-nəhv, astronomiya, başlanğıc xarakterli olub, əsasən, tələbədə bir həndəsə, hesab (arifmetika), elmi-hikmət «sənətkar» kimliyini formalaşdırırdı. (fəlsəfə) olaraq təsnif edilir. Dərsliklər arasında Kəşşaf təfsiri, Qazı Beyzavi təfsiri, sünni İkinci il məzhəbinin başlıca hədis mənbəyi olan Kütübi- • Razinin «Kitab ət-tibb əl-Mənsuri»; sittə və şiə hədis kitabları, fiqhdə Əbubəkr • Kalenosun «Summeria Alexandrionorum»u Mərginaninin «Bidayə əl-mübtədi» (hüquq), ilə (Kalinosun 16 məqaləsi)«Təşrih-i bozorg»; Səfər əl-Hənəfinin «Əqaid ət-Təhavi» (əqaid), ............................................................................................... Sədrəddin Təftəzaninin «Təlvih» (hüquq metodologiyası), Nəsrəddin Tusinin «Təcrid 9Səlcuqlar dövrü Azərbaycanda yaşayan xalqın dini tərkibi haqqında bəzi məlumatlar üçün bax: əl-kəlam» (kəlam), öz dövrünün məşhur Nəcəf Ə., Aran Atabəyləri,s. 287-294. bəlağət alimi olan Azərbaycan mütəfəkkiri 10Bu əsər məntiqin bütün sahələrini əhatə edən və Ömər əl-Əbhərinin «İsaquci» (ritorika)10, mədrəsələrdə oxudulan ilk kitab olması Məhəmməd Caqmini Xarəzminin «əl- baxımından çox mühümdür. İşlədiyi mövzular və Mülaxxas» (astronomiya), Şəmsəddin hadisələrə orijinal yanaşmalar baxımından Məhəmməd Səmərqəndinin «Əşkal ət-təsis» olduqca qiymətli olan bu əsər Avropada da diqqəti çəkmiş və hətta erkən bir dövrdə latın dilinə (həndəsə) və Evklidin «Geometria»sı, müəllifi tərcümə edilmişdir. naməlum «Risaləyi-bəhaiyyə» (arifmetika) 11Dərslər və dərsliklər haqqında geniş məlumat kitabları əsas dərs vəsaitləri idi.11 üçün bax: İzgi Cevat, Osmanlı Medreselerinde İlim Zamanla dərslərin və dərsliklərin elmi və II, İstanbul: İz Yayınları, 1997. 116 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.