Allah, Allah... deyir ürək Allah, Allah... deyİr ÜRƏK Şeirlər Firudin Qəmbər Saleh “İRFAN” Bakı-2012 1 Firudin Qəmbər Saleh Redaktor: Tapdıq Əlibəyli şair – publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü “Qızıl qələm” mükafatı laureatı Korrektorlar: Fizuli Rəhimoğlu Ceyhun Xankişiyev Firudin Qəmbər Saleh Allah, Allah... deyir ürək (şeirlər) “İRFAN” Bakı 2012-ci il – 212 səh Kitabda şair Firudin Qəmbər Salehin Ulu Yaradanın dərga- hına üz tutaraq irfani məqamdan qaynaqlanan, ilahi sevginin hakim olduğu duyğu və düşüncələrini özündə ehtiva edən poetik örnəkləri, eləcə də mayasına torpaq həsrəti, yurd nisgili hopmuş, əsas qayəsi işğal olunmuş torpaqlarımızın azadlığına çağırış olan şeirlər yer almışdır. 4702000000 грифли няшр N0982012 © Firudin Qəmbər Saleh, “ĠRFAN” 2012 2 Allah, Allah... deyir ürək Könü L ix ası Firudinəm, qəlbi kövrək, Ömür fani, sevgi görək. Allah, Allah.... deyir ürək, Yaradanım, ovundur sən. 3 Firudin Qəmbər Saleh “Bu dünya bir ağaca bənzər. Biz də bu ağacın yarısı kal, yarısı da yetişmiş meyvələri kimiyik”. Mövlana Cəlaləddin Rumi Nur içində nur olan Həzrəti Məhəmmədin (s.ə.s.) mübarək ruhuna pənahlanaraq özümdə bir cəsarət tapıb, müqəddəsliyi qarşısında qəlbimdə dolub-daşan sevgimi poetik çalarlarla dilə gətirə bildiyimdən Ulu Yaradanıma şükürlər və həmd olsun! Uca Allah içimdə nurlaşan bu məhəbbət və sevgi çələngini yaratdığının bir zərrəcə qul borcu hesab edərsə, özümü rahat xoşbəxt sanardım. İnşallah! Özümü dərk edəndən qəlbimdə yer tapdığından andım Allah kəlməsi olmuş, qusurum qədərincədən artıq olmuşsa belə, bu tək mənim suçum yox eləcə də dövrün, zamanın ayağına yazmaq daha düzgün olardı... Çünki hər işimi “Bismillahla!” başlamış, şükürlə dolaşmışam bu fani dünyada. Köləlik zəncirini qırıb müstəqilliyə qovuşmağımız bizə həm də islam dəyərini əxz etməklə dinimizin gözəlliyini bəxş etdi. Şükürlər olsun! MÜƏLLĠFDƏN 4 Allah, Allah... deyir ürək Aşıq Ələsgər Baş endirir Ələstindən bəli deyən Sübhana baş endirir. Məhəmmədə tabe olan Qurana baş endirir. Özü birdir, adı minbir, Bəhdəhuəl laşərik, Əhli-mömin görə bilməz, Pünhana baş endirir. Ölməyincə bu sevdadan Çətin dönəm, usanam; Həqiqətdən dərs almışam – Təriqətdən söz qanam; Sahi - mərdan sayəsində Elm içində ümmanam; Dəryaların qaydasıdı: Ümmana baş endirir. Biçarə Aşiq Ələsgər, Olma elmə nabələd; Danışanda doğru danış, Sözün çıxmasın qələt. Çox qazansan az qazansan, Beş arşın ağdı xələt; Mal-dövlət baş endirən Əfsana baş endirir. 5 Firudin Qəmbər Saleh İbadət edin Salavat çevirsən üzün nurlanır, Xəyalın göylərdə gəzib-dolanır. Duyqun çeşmə kimi bax, durulanır, Nə gözəl ibadət, ibadət edin. İlahi rəng verir doğru niyyətdə, Tanrıya yaxınlıq bu ibadətdə. Əsil ibadətdir xalqa xidmət də Nə gözəl ibadət, ibadət edin. Eşqlə qılınandı xalis ibadət, İbadət edənə olsun bir adət. Səhrada damla su kimidir ləzzət, Nə gözəl ibadət, ibadət edin. Hər namazı xuşi ilə et bəyan, Allahın əzəmət qüdrəti əyan. İbadət bir sirr zənn edəndi duyan, Nə gözəl ibadət, ibadət edin. Şeytana aldanan günaha düçar, Təkəbbürlü o kəs olsa puç olar. Şöhrət şeytanlığa tələsi olar, Nə gözəl ibadət, ibadət edin. Əməli salehdir o bəndələrin, İbadət sayılan sədəqələrin. Qəfil etmə günah puş əməllərin, Nə gözəl ibadət, ibadət edin. 6 Allah, Allah... deyir ürək Atəş yandırdığı kimi odunu, Həsəd yaxşılığı siləndi onu. Tövbədən də tutar saleh yolunu, Nə gözəl ibadət, ibadət edin. İzzət, tək Allahın bil, əlindədir, Saleh bəndələrə sevgisindədir. Haqqı bəndəsinin öz dilindədir, Nə gözəl ibadət, ibadət edin. İbadət zamanı olma riyakar, Haramdır, batildə olandı aşkar. Xalis niyyətin də ixlasdı, baxar Nə gözəl ibadət, ibadət edin. Qırx günlük ixlasdı, məktəbi hikmət, Ruhundan dilinə ağıl bərəkət. Öncül işlərdədi dəyər ibadət, Nə gözəl ibadət, ibadət edin. Odur Alın tərimlədi zəhmətim bəlli, Məsləhət özünün ülfətim bəlli. Haqqı ədaləti sevdiyim bəlli, Haqqımı talehmi yazanda odur. Adəmə göndərdi əql, həya, dini, Cəbrayıl söylədi gəl seç birini. Əqlə görə onlar qaldı ikisi, Məsləhət, talehmi yazanda odur. 7 Firudin Qəmbər Saleh Mən kiməm, nəçiyəm sadə quluyam, Yaradan yaradıb, məndə yolçuyam. Adəmnən başlanan oğuz uluyam, Şükürlər talehmi yazanda odur. Halal damcı-damcı gələr deyiblər, Haramsa sel kimi, axar deyiblər. Gedəndə çoxları baxar deyiblər, Ruzi bərəkəti yazanda odur. Nəsib et bizə Sözdən qəlb, könül qoxusu gələr Rumi Pərvərdigar! nə xoş hər günün bizə, Nurlu səhərlərin açılır üzə. Bəsirət gözüylə görünər gözə, Hər günün öz yeri, nəsib et bizə. Halal genişliyi ruzi əta et, Saxla qəm-qüssəsiz bir amanda et. Salavat təbəssül var bir ona yet, Haqq olan bir yeri, nəsib et bizə. Nə qədər diriyəm, sabit-qədəm et, Qəlbimi hidayət, rəhmət əta et. Əhli-beytə salam, xidmət əta et, Qulunun öz yeri, nəsib et bizə. Öləcəyim günü o bir yaz eylə, Tanrım aylarımı xuşu hal eylə Mizanında savab kəlmə söz eylə, İlmə söz xalısı, nəsib et bizə. 8 Allah, Allah... deyir ürək Bitər Lalənin məskəni düzlər, Hər biri qırmızı bir tər... Bənzəri al yanaq üzlər, Hərə öz payilə bitər... O Tanrı sevgisi ulu, Onunçün yarandıq qulu. Qayıtmaq var üzü sulu... İlahi sevgiylə bitər. Firudin sevildi, sevdi, Çox susdu qəlbidi dindi. Bu sevgi əbədi sirdi İlahi sevgiylə bitər. Haqq aynasında Allaha təqvalı olasan gərək, Əməlində saleh qalasan gərək. Könüllər mülkünü duyasan gərək, Hərə öz “rəngində” haqq aynasında. Bu yeri bu göyü veribsə bizə, Haqla yaşa, yarat deyibsə bizə. Üstəlik sevgi bəxş edibsə bizə, Hərə öz “rəngində” haqq aynasında. Hər ayə sözündən bir dünya baxır, Duyub düşündükcə əvvəldir axır. Hər kəs özü kimi dünyaya baxır, Hərə öz “rəngində” haqq aynasında. 9 Firudin Qəmbər Saleh Haqqı unutduqca nahaqq meydanda, Pusquda durandı bəbxah şeytanda. Yalan “həqiqətdir” ayaq tutanda, Hərə öz “rəngində” haqq aynasında. Qandırsın Səbirli olmağı bacaran gec- tez öz istəyinə çatacaq. C.Rumi Bilmə güclü o kəs sən, Ən ağır bir şey qaldırsın. Güclü bil ki, o kəsi sən, Qəzəbində səbri olsun. Səbrdir işin ilki, sonu, Səbr ağılın bil ki donu Səbrlə bitən işin sonu Xeyirnən an səbr qandırsın. “Ol” sözündə səbr dolandı, Dolandıqca durulandı. Səbrsiz olma burulğandı, Xeyirnən an səbr qandırsın. Firudinəm, ömür azdı. Cavanlıq da bahar, yazdı, Qocalmaq da arzu-kamdı... Qismətnən səbr dolandırsın. 10
Description: